Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1907/2024 29.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Həsən qızının sədrliyi, Məhkəmə iclasının Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay uşaq üçün Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 70 manat alimentin miqdarının artırılaraq, 500 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir. Münasibətləri pozulduğundan 2021-ci ildə Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, uşaq onun himayəsində saxlanılmış, cavabdehdən uşağın saxlanılmasına görə 70 manat və aylıq qazancının ¼ hissəsi alimentin tutulması qət edilmişdir. Uşağın təlim-tərbiyəsi və təhsili ilə özü məşğul olduğundan, heç bir yerdə işləyə və kəsilmiş alimentlə uşağın tələbatını ödəyə bilmir. Cavabdeh fərdi əməklə məşğul olaraq, yüksək səviyyədə pul qazanmasına baxmayaraq, övladına heç bir maddi yardım göstərmir. Cavabdehdən dəfələrlə alimentin miqdarının artırmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, başqa şəxslə olan nikahından himayəsində iki yetkinlik yaşına çatmayan uşağı da vardır. Odur ki, yeni aliment miqdarının müəyyən olunması zamanı məhkəmə tərəfindən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(050)-1471/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25 avqust 2018-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində 96 nömrə ilə qeydə alınmış nikahın pozulması, 19 iyul 2018-ci il təvəllüdlü X1 anası İddiaçı yanında və himayəsində saxlanılması, 19 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşım çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (gəlirinin) ¼ hissəsi miqdarında və 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi və alimentin tutulmasının 19 avqust 2021 -ci li tarixdən hesablanması qət edilmişdir. Doğum haqqında arayışdan görünür ki, 19 iyul 2018-ci X2 adlı uşaq doğulmuş, uşağın atası Cavabdeh, anası isə İddiaçı qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00316 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən əsaslıdır. İşin faktiki hallarına əsasən Masallı rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(050)-1471/2021 saylı qətnaməsi ilə 19 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşım çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının (gəlirinin) ¼ hissəsi miqdarında və 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 19 iyul 2018-ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onların maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Qeyd olunanlardan əlavə məhkəmə qeyd edir ki, alimentin 500 manat sabit pul məbləğində tutulması üçün cavabdehin aylıq qazancı barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, 2021-ci ilə müqayisədə hal-hazırda minimum istehlak məbləği artmış, uşaq böyüməklə sosial tələbatları artmışdır. Ona görə də aylıq qazancının (gəlirinin) ¼ hissəsi miqdarında və 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulması uşağın əvvəlki təminat səviyyəsini saxlamaq üçün onların mənafeyinə, qayğı və sosial təlabatlarına uyğun deyildir. Ona görə də məhkəmə bu halı alimentin sabit pul məbləğində tutulması üçün əsas olaraq qiymətləndirir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq, belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı rayon məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(050)-1471/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər Cavabdeh aylıq qazancının (gəlirinin) ¼ hissəsi miqdarında və 70 (yetmiş) manat sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 170 manat sabit pul məbləğində müəyyən olunsun və Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Sabit pul məbləğində alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-1907/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1907/2024
29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver