Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1909/2024 18.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 5000 (beş min) manat məbləğində pulun və tərəfindən ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəldən tanımışdır və Zaur şəhid qardaşı, qazi olduğunu bildirmişdir. 2019-cu ilin əvvəllərində tanıdığı Rasim adlı şəxs ona Zaurun pensiya işlərinin düzəldilməsində səriştəsi olduğunu, istərsə onun vasitəsilə Zaurun ona köməklik edə biləcəyini söyləmişdir. Rasimin vasitəsilə 2019-cu ilin aprel-may aylarında Zaurla aralarında onun pensiya məsələsi ilə əlaqədar qarşılıqlı məsləhətləşmələri olmuşdur. Belə ki, 2016-cı ildə baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına ağır zərər vurulmuş, fəaliyyət qabiliyyəti məhdudlaşmışdır. Söhbət zamanı Zaur geniş əlaqələri olduğunu və onun pensiya məsələsini həll edə biləcəyini, lakin bunun üçün pul lazım olduğunu bildirmişdir. O, Zaurun sözlərinə inanıb bir ay ərzində birinci dəfə 3000 manat, ikinci dəfə 500 manat və sonuncu dəfə 300 manat pul vermişdir. Razılaşmaya əsasən cavabdeh ondan lazımı sənədləri almış və qısa müddətdə bu məsələni həll edəcəyini bildirmişdir. Bu məsələlərdən Rasimin də xəbəri vardır. Lakin cavabdehlə razılaşmadan sonra xeyli müddət keçməsinə baxmayaraq onun pensiya məsələsi ilə əlaqədar hər hansı xəbər olmadığından Zaurla əlaqə saxlamışdır və cavabdeh ona bildirmişdir ki, darıxma məsələn tezliklə qaydasına düşəcəkdir. Mütəmadi əlaqə saxlamağına baxmayaraq pensiya işi ilə bağlı müsbət xəbər olmadığından 2022-ci ilin əvvəlində sənədlərini və aldığı pulu geri qaytarmasını xahiş etmişdir. Lakin hal-hazıra kimi Zaur nə sənədlərini, nə də aldığı pulu geri qaytarmamışdır. Məsələ barədə telefon söhbəti olarkən cavabdeh hər dəfəsində vəziyyətinin ağır olduğunu, lakin sənədləri və pulu tezliklə qaytaracağını bildirmişdir. Hər dəfədə aldadıldığından onun Zaura inamı qalmadığı üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Həmçinin ötən müddət ərzində Zaura verilmiş pulun onda olması halında əldə edəcəyi gəliri də 1200 (bir min iki yüz) manat dəyərləndirdiyindən, cavabdehdən ümumilikdə 5000 (beş min) manat məbləğində pul tələb edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh əvvəldən tanımışdır 2019-cu ilin əvvəllərində tanıdığı Rasim adlı şəxs ona Zaurun pensiya işlərinin düzəldilməsində səriştəsi olduğunu, istərsə onun vasitəsilə Zaurun ona köməklik edə biləcəyini söyləmişdir. Rasimin vasitəsilə 2019-cu ilin aprel-may aylarında Zaurla aralarında onun pensiya məsələsi ilə əlaqədar qarşılıqlı məsləhətləşmələri olmuşdur. Belə ki, 2016-cı ildə baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində onun sağlamlığına ağır zərər vurulmuş, fəaliyyət qabiliyyəti məhdudlaşmışdır. Söhbət zamanı Zaur geniş əlaqələri olduğunu və onun pensiya məsələsini həll edə biləcəyini, lakin bunun üçün pul lazım olduğunu bildirmişdir, Zaurun sözlərinə inanıb bir ay ərzində birinci dəfə 3000 manat, ikinci dəfə 500 manat və sonuncu dəfə 300 manat pul vermişdir. Razılaşmaya əsasən cavabdeh ondan lazımı sənədləri almış və qısa müddətdə bu məsələni həll edəcəyini bildirmişdir. Lakin cavabdehlə razılaşmadan sonra xeyli müddət keçməsinə baxmayaraq onun pensiya məsələsi ilə əlaqədar hər hansı xəbər olmadığından Zaurla əlaqə saxlamışdır və cavabdeh ona bildirmişdir ki, darıxma məsələn tezliklə qaydasına düşəcəkdir. Mütəmadi əlaqə saxlamağına baxmayaraq pensiya işi ilə bağlı müsbət xəbər olmadığından 2022-ci ilin əvvəlində sənədlərini və aldığı pulu geri qaytarmasını xahiş etmişdir. Lakin hal-hazıra kimi Zaur nə sənədlərini, nə də aldığı pulu geri qaytarmamışdır. Məsələ barədə telefon söhbəti olarkən cavabdeh hər dəfə vəziyyətinin ağır olduğunu, lakin sənədləri və pulu tezliklə qaytaracağını bildirmişdir, aldadıldığından onun Zaura inamı qalmadığı üçün məhkəməyə müraciət etmişdir, ötən müddət ərzində Zaura verilmiş pulun onda qalması halında əldə edəcəyi gəliri də 1200 manat dəyərləndirir, ona görə də cavabdehdən 5000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh İddiaçı aldığı 3800 manat və əldən çıxmış faydaya görə 400 manat, cəmi 4200 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə iş üzrə ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumunun da cavabdehə aid edilməli olduğu qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul və ödənilmiş 42 (qırx iki) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1909/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1909/2024
18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver