Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1961/2024 25.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona verdiyi 2000 manat pulun, vurduğu 500 manat mənəvi ziyanın, ödənilmiş 45 manat dövlət rüsumunun, cəmi 2545 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək cavabdehdən ona verdiyi 2000 manat pulun, vurduğu 500 manat mənəvi ziyanın, ödənilmiş 45 manat dövlət rüsumunun, vəkillə müqavilə bağlayan zaman ödədiyi 319 manat müqavilə pulunun, cəmi 2864 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin artırılması barədə ərizənin qəbulundan, ərizənin məhkəmə hazırlıq iclaslarında verilmədiyindən və baxış iclasında verilməsi barədə üzürlü səbəb olması barədə məhkəməyə sübut təqdim edilmədiyindən ərizənin qəbulundan imtina etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2022-ci ilin əvvəllərində tanış olmuşdur. Ramin Sumqayıt şəhərində yerləşən “Mərkəzi Univermaqda” qızıl alveri ilə məşğul olmuşdur. xx.xx.2022-ci ildə Ramin ondan 1000 manat borc almışdır. Borc götürməyi və onu 3 ay müddətinə qaytaracağı barədə qəbz yazıb imza etmişdir. Lakin deyilən vaxtı həmin pulu qaytarmamışdır. Bununla belə Ramin yenidən ondan borc pul istəmişdir. Söz vermişdir ki, hər iki borcu artıqlaması ilə qaytaracaq. xx.xx.2022-ci ildə yenidən ona 1000 manat borc pul vermişdir. Ramin yenidən borc pul götürməsi və onu üç ay müddətinə qaytaracağı barədə qəbz yazaraq onu imza etmişdir. Bir neçə ay keçmiş, o, Ramini Univermaqda tapa bilməmişdir. Oradan bildirmişlər ki, artıq burada işləmir. Bir müddət keçəndən sonra Ramin telefona da cavab verməmiş, artıq başa düşmüşdür ki, Ramin onu aldadıb. 14 dekabr 2022-ci ildə ərizə ilə Sumqayıt şəhər Polis idarəsinə müraciət etmişdir. Onun ərizəsi aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində araşdırılmışdır. xx.xx.2023-cü ildə Ramin 4-cü polis bölməsinə dəvət edilərək onun izahatı alınmışdır. O, verdiyi izahatında ona 2000 manat borclu olduğunu etiraf etmiş və ayda 200 manat verməklə borcu qaytaracağını bildirmişdir. Polis araşdırmanın nəticəsi olaraq arayış tərtib etmiş, arayışda Cavabdeh ona 2000 manat borclu olduğu, ayda borcu ödəmək üçün ona 200 manat ödəyəcəyinə söz verdiyini, işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunması öz əksini tapmışdır. Bundan sonra Ramin yenidən telefonu söndürərək yoxa çıxmışdır. Bununla belə o, ailəsini dolandırmaq üçün xırda bizneslə məşğul olur. Göstərilən müddət ərzində ona verdiyi pullardan başqa 500 manat mənəvi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun nəvələrinin tanışı olmuşdur. Onların vasitəsi ilə onu tanımışdır. Münasibətləri yaxşı olmuşdur. O, qızıl alveri ilə məşğul olmuşdur. Raminə nə vaxt pul lazım olduqda ona müraciət etmiş və ona dəfələrlə pul vermişdir. Sonuncu dəfə iki dəfə olmaqla hər dəfə ondan 1000 manat pul almışdır. Sonra ona Rusiya Federasiyasına gedəcəyini və ona borcunu qaytaracağını bildirmişdir. Lakin verdiyi sözə əməl etməmiş, borcunu qaytarmamışdır. Məcbur qalıb polisə müraciət etmiş, polisdə onun izahatı alınarkən ona 2000 manat borcu olduğunu etiraf etmişdir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X3 verdiyi izahatla eyni məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin 28 aprel 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək Cavabdeh onun etibarından istifadə edərək iş görmək adı ilə pul alaraq pulunu mənimsəməsi barədə araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh izahat verərək, İddiaçı 2000 manat pul borcu olduğunu, ayda 200 manat ödəyəcəyini bildirmişdir. Ərizədə göstərilən xüsusatların mülki xarakterli olması nəzərə alınaraq İddiaçı məhkəməyə müraciət etməsi izah olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış əlyazması qəbzdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı 100 manat pulu aldığını, borcu aldığı gündən üç ay müddətinə qaytaracağına söz vermişdir. Qəbzin imzalar olan hissəsində CavabdehS və İddiaçıZ imza etmişlər. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış əlyazması qəbzdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı Zenalabdin oğlundan 1000 manat pulu aldığını, borcu aldığı gündən üç ay müddətinə qaytaracağına söz vermişdir. Qəbzin imzalar olan hissəsində CavabdehS və İddiaçıZ imza etmişlər. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsində xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, O, İddiaçı 1000 manat aldığını, 4 aya 300 manatdan ödəyərək tam şəkildə qaytardığını, daha sonra xx.xx.2022-ci il tarixdə 1000 manat aldığını, daha sonra yenə 1000 manat götürdüyünü, ümumilikdə İddiaçı 2000 manat borcunun olduğunu bildirmişdir. Həmçinin borcundan ayda 200 manat ödəyəcəyinə söz vermişdir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ayrı-ayrı vaxtlarda xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat olmaqla, ümumlikdə 2000 manat almış, qaytaracağına söz versə də, hər hansı məbləğdə pulu iddiaçıya qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iştirak etməsə də, iddiaya qarşı hər hansı etiraz etməmiş, məhkəməyəqədər polis şöbəsində araşdırma aparıldığı zaman iddiaçıya 2000 manat borcunun olduğunu etiraf etmişdir. Göründüyü kimi iddia tələbi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (maddə 739.2). Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir (maddə 742.1). Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın (maddə 742.2). Cavabdeh İddiaçı borcunun olması iş materiallarında olan sübutlar, o cümlədən cavabdehin polis şöbəsində verdiyi izahat, həmçinin özünün yazdığı qəbzlərlə tam təsdiq edilir. Bundan başqa məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddiaçı mənəvi zərərin vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməsə də, işin hallarından göründüyü kimi iddiaçı 2000 manat pulu cavabdehə təxminən 2 il bundan əvvəl vermiş, cavabdeh pulu qaytarmadığından iddiaçı həm polis şöbəsinə həm də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, hər dəfə də pulun qaytarılmaması səbəbindən stress keçirməsi istisna olunmur. Məhkəmə iddiaçının xx.xx.1948-ci il təvəllüdlü olmasını, bu yaşda şəxsin köməyə ehtiyacının olmasını, gücsüz vəziyyətdə olmasını əsas götürərək qeyd edilən halın onun səhhətinə orta yaşlı şəxslərə nisbətən daha ağır təsir göstərməsi qənatətinə gəlir. Qeyd edilən səbəbdən mənəvi ziyan tələbinin qismən təmin edilərək cavabdehdən 100 manat pulun mənəvi zərər kimi tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun “mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qeyd edilən qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 2000 manat pul, 100 manat mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 45 manat məbləğində pul vəsaitinin 41 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 2000 manat pul, 100 manat mənəvi ziyan Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumuna görə ödənilmiş 45 manat məbləğində pul vəsaitinin 41 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı Zeyanlabdin oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1961/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1961/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver