Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2021/2023 29.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı (cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh (qarşılıqlı iddiaçı) nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı «borc» tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair ərizə ilə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixə kimi istehlak etdiyi 22424.55 manat debitor borcun, ödənilmiş 157.76 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının, cəmi 22582.31 manat məbləğində pul vəsaitinin tutularaq Kapital Bank ASC-nin Lənkəran fililalı Kod:200383 VÖEN **********, MH AZ03NABZ********************, SWİFT: AİİBAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN:AZ90AİİB**********7200642138 saylı hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçınə qarşı «aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X4 tərəfindən onun adına əsassız olaraq hesablanmış 22424.55 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 25920 kub.metr cərimənin və X4 tərəfindən onun adına əsassız olaraq hesablanmış 22424.55 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 İddiaçı Lənkəran X7 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********01790 olmaqla, xx.xx.2022-ci il tarixli, 447xx-xx-2022 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh X3 mənzilində təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə 22424.55 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb qaz sayğacı vasitəsilə istifadə etdiyi təbii qazın dəyərinin ödənilməməsi olmuşdur. İddiaçı İB-nin Lənkəran RQİİ tərəfindən 22424.55 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Masallı rayon Ərkivan qəsəbəsində qeydiyyatda olsa da, Bakı şəhəri, Xəzər rayon, Türkan qəsəbəsi, Üzümlük Sovxozunda faktiki olaraq yaşayır. O, uzun müddət hərbi sahədə işiəmiş və hazırda təqaüddədir və ankoloji xəstədir. Ərkivan qəsəbəsində evi olsa da 2018-ci ildən ümumiyyətlə həmin evdə yaşayış olmamışdır. Buna sübut olaraq abonentin saldosunu göstərmək olar. İlk iddia ərizəsi tam əsassız və qanuna ziddir. İlk iddia ərizəsində iddiaçı tərəf qeyd etmişdir ki, o qazdan fasiləsiz istifadə edir. 15 aprel 2023-cü ii tarixli ona elektron bildiriş gəlmiş, ödəniləcək məbləğ 145.3 manat göstərilmişdir. 17 aprel 2023-cü il tarixli akt əsasında onun iştirakı olmadan sayğac açılmış, qablaşdırılmadan, möhür vurulmadan laboratoriyadan keçrilmişdir. Onun evində fabrik yox, zavod yox, həmçinin yaşayış da yoxdur. Axı necə ola bilər ki, 22424,55 manat borc bir ay ərzində onun adına yazılır. Sahə rəisləri, şöbə müdirləri, Azəriqaz İB-nin Lənkəran X6 İdarəsinin əməkdaşları qanunsuz istifadəni görməmişlər. Odur ki, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 25920 kub.metr cərimənin və X4 tərəfindən onun adına əsassız olaraq hesablanmış 22424.55 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı tələbini müdafiə edərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verib ilk tələbinin təmin olunmasını və qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçının (ilk iddia üzrə cavabdehin) nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qarşılıqlı iddia üzrə iddiaçı 2018-ci ildən qeyd edilən evdə yaşamır və həmin evdə yaşayış yoxdur. Sonuncu dəfə Azəriqaz tərəfindən gəlmiş xx.xx.2023-cü il tarixli bildirişdə istehlakçının 145.3 manat debitor borcunun olduğu qeyd edilmişdir. Odur ki, hazırda ilk iddia üzrə tələb edilən debitor borcu qanunsuz olaraq hesablanmışdır və bu səbəbdən ilk iddia tələbi rədd edilməlidir. Həmçinin, məhkəmə prosesi zamanı qarşılıqlı iddia üzrə iddiaçıya akt tərtib edilməsi məlum olmuşdur. Həmin aktda qeyd edilən qusur qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh səhvi ucbatından baş verməmişdir. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı 2018-ci ildən bu günədək qeyd edilən evdə deyil, Bakı şəhərində yerləşən evində yaşamaqdadır, ankoloji xəstə olduğu üçün mütəmadi müalicə olunur. Odur ki, ilk iddianın rədd edilərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsini, əsassız hesablanmış 22424,55 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, ilk iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 447xx-xx-2022 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı” müqaviləsindən görünür ki, İddiaçı Lənkəran X6 İdarəsinin Cavabdeh oğu arasında xx.xx.2022-ci il tarixli, 447xx-xx-2022 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsi bağlanmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Cavabdeh Lənkəran RQİİ tərəfindən 14-2-2-10/2-692/2023 saylı xəbərdarlıq məktubu göndərilmişdir. İş materillarına əlavə edilmiş X2 xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, Cavabdeh “Pilor disfunksiyası, Eritemli-dənəvər panqastriti diaqnozu ilə xəstədir. İş materiallarına əlavə edilmiş İddiaçı Lənkəran X6 İdarəsinin rəisi Natiq Məmmədov tərəfindən təsdiq edilmiş 30 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinin qaz sayğacına müdaxilə və qaz itkisi olduğu üçün qaz sayğacının nominal qaz sərfi 6 kub metr/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 25920 m3 itirilmiş qaz hesablanmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı Lənkəran X6 İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 20 aprel 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinin qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, sayğacdan qazın keçdiyi, hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktından görünür ki, Masallı rayonu Ərkivan qəsəbəsində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinin qaz sayğacı növbəti dövlət yoxlaması üçün çıxarılmış və yenisi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. Azərbycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları "nın 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.5ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır.istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə qaydalarının təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarına əsasən qaz paylayıcısı alğı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs, istehlakçı isə alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmçinin, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Lakin, hazırkı mübahisə üzrə iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacının kənar müdaxilədən qorunması üçün sayğac müvafiq örtüklə örtülməmiş, bununla da İddiaçı qaz paylayıcısı kimi öz üzərinə düşən vəzifəsini icra etməyərək qanunvericiliyin şərtlərini pozmuşdur. Eyni zamanda İddiaçı əməkdaşları 17 aprel 2023-cü il tarixdə istehlakçı iddiaçıya məxsus fərdi yaşayış evinin qaz sayğacını yenisi ilə əvəz edərkən və 20 aprel 2023-cü il tarixdə sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, sayğacdan qazın keçdiyi, hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən edərkən hal şahidlərinin iştirakı olmadan, foto və ya digər texniki vasitələrdən istifadə edilmədən mübahisəli aktı tərtib etmişlər. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquq pozuntusunun olması faktı aşkar olunduğu halda dərhal istehlakçıya məlumat verilməli və həmin pozuntunun kim tərəfindən törədilməsi müəyyən edilməlidir. Lakin, hazırkı mübahisə üzrə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınması, sayğacdan qazın keçdiyi, hesablama mexanizminin qazın həcmini qeyd etmədiyi, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunsa da, həmin hüquq pozuntusunun kim tərəfindən törədilməsi müəyyən olunmamış və buna dair İddiaçı tərəfindən sübutlar təqdim edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında göstərilmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. İşin faktiki halları ilə müəyyən olunur ki, mübahisəli akt tərtib edilənə qədər istehlakçı kimi vətəndaş hər ay qaz sərfiyyatının pulunu ödəmişdir. Belə olan halda “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən akt tərtib edilən günə qədər qazın dəyərini qaz paylayıcısı istehlakçıdan (vətəndaşdan) tələb edə bilməz. Belə ki, qeyd olunan Qanunda göstərilmişdir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylacısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinin ikinci və üçüncü bəndlərinə görə, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Əksinə, “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə edilmiş qazın alqı-satqı müqaviləsinin 3.6-cı bəndində göstərilmişdir ki, istehlakçıya verilən qazın dəyəri barədə mübahisəli hallara qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Həmçinin həmin müqavilənin 5.1 və 5.2-ci bəndlərində göstərilmişdir ki, tərəflər arasında yaranmış və bu müqavilədə nəzərdə tutulmayan mübahisəli hallar üzrə münasibətlər, “Qazdan istifadə qaydaları"na və digər normativ hüquqi aktlara əsasən tənzimlənir. Bu Müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi, İddiaçı İB-yi tərəfindən birtərəfli qaydada istehlakçı barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçıdan ödənilməsinin tələb edilməsi «Qazdan istifadə qaydaları»nın tələblərinə, tərəflər arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. «Qazdan istifadə qaydaları»na 2 nömrəli əlavədə verilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləninin 2.1.7-ci bəndinə əsasən istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən istifadə olunan qazın həcminin və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bundan başqa, itirilmiş qazın bərpası ilə bağlı tərtib edilmiş sənəddə 180 gün hesabat dövrü göstərilsə də, nəzərə alınmamışdır ki, qaz sayğacı bilavasitə küçə qaz xəttinin üzərində quraşdırılmış və paylayıcının işçiləri tərəfindən qaz sayğacının göstəricilərinin çıxarılması üçün ayda bir dəfədən az olmayaraq qaz sayğacına baxış keçirilir və bu zaman istehlakçı tərəfindən qaz sayğacına və ya plomblara müdaxilə edilməsi, eləcə də həmin müdaxilənin qaz paylayıcının işçiləri tərəfindən aşkar edilməməsi halları istisna edilir. Eyni zamanda, nəzərə alınmalıdır ki, «Qazdan istifadə qaydaları»nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxsin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu baxımdan da, İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktında aparılan qeydlər qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz və bu əsaslarla İddiaçı İB tərəfindən istehlakçı barəsində heç bir məsuliyyət tədbiri tədbiq edilə bilməz. Bundan başqa, həmin aktda qeyd olunmuş əməlin bilavasitə abonent tərəfindən törədilməsi, qaz sayğacının hesablayıcı mexanizminin sıradan çıxması, eləcə də qaz sayğacından keçən qazın sayğac tərəfindən qeydə alınmaması anlamına gələ bilməz. Yuxarıda qeyd olunduğu kimi, fiziki şəxs olan istehlakçıya münasibətdə qaz sayğacının və plombların cavabdehliyini birmənalı şəkildə qaz paylayıcı daşıdığından, həmçinin, qaz sayğacının sıradan çıxmasında bilavasitə istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilmədiyindən qaz sayğacında aşkar olunan hər hansı nasazlığa görə istehlakçı barəsində heç bir sanksiya tədbiq edilə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9-cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Analoji norma «Qazdan istifadə Qaydaları»nın 4.9.-cu bəndində də təsbit olunmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik məişət qaz qurğusundan istifadə edən istehlakçıya münasibətdə qaz sayğacının zədələnməsində istehlakçının təqsirinin olmaması halında qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması vəzifəsini qaz paylayıcısının üzərinə qoymuşdur. Qaz sayğacının zədələnməsinin istehlakçının təqsiri üzündən baş verməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada sübut edilməsi bilavasitə qaz paylayıcısının vəzifəsidir və bu cür sübutlar olmadan qaz sayğacının dəyərinin ödənilməsi istehlakçıdan tələb edilə bilməz. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa və «Qazdan istifadə qaydaları»na əsasən, qaz paylayıcısı olaraq İddiaçı İB-yə ümumiyyətlə, istehlakçılar barəsində hər hansı məsuliyyət tətbiri tətbiq edilməsi səlahiyyəti və ya hüququ verilməməmişdir. Ona görə də İddiaçı İB-nin hesabladığı cərimə də qanunsuz olmuşdur. Belə olan halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2. və 4.9-cu bəndlərinin tələblərinin pozmuşdur. Belə ki, «Enerji resurslarından istifadə haqqında» Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında enerji resurslarından istifadə edilməsinə, bu sahədə qanunvericilik normalarına riayət edilməsinə dövlət nəzarəti enerji resurslarından səmərəli istifadə üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir. Enerji resurslarından səmərəli istifadə üzrə müvafiq icra hakimiyyəti orqanının qanunvericiliklə ona verilən səlahiyyətlər hüdudunda müvafiq qərarlarının icrası enerji istehsal edən və enerjidən istifadə edən subyektlər üçün məcburidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 8-ci abzasına əsasən, nəzarət orqanı- qaz təchizatı fəaliyyətinə nəzarət edən, onu istiqamətləndirən və qanunvericiliklə müvəkkil edilmiş müvafiq icra hakimiyyəti orqanıdır. Həmin Qanunun 21-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı, qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Həmin maddənin 2-ci hissəsinə əsasən isə müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar (Həmin Qanunun 22-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 1.6-cı bəndinə əsasən, bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Göründüyü kimi cavabdeh “Azərqaz” İB hərəkətləri ilə “Qazdan istifadə qaydaları»nın tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini həyata keçirmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19 sentyabr 1995-ci il tarixli, 1113 saylı Azərbaycan Respublikasının Qanunu 3-cü maddəsinə əsasən istehlakçının öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə haqlıdır. Həmin qanunun 14-cü maddəsinin 1-ci bəndinə əsasən bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının ödənilməsində bərabər hüquqa malikdir. Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına yol verilmir. Qeyd olunan Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə hesab edir ki, ilk iddia tələbini sübut edə biləcək hallarla bağlı ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübüt təqdim edilmədiyindən və yaranmış borcun abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində yaranması sübuta yetirilmədiyindən ilk iddia tələbi təmin edilməməlidir. Həmçinin məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, müdaxilənin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən qarşılıqlı iddia təmin edilməklə, İddiaçı Lənkəran X6 İdarəsinin Masallı XS-nin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2023-cü il tarixli ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında hesablanmış itirilmiş 25920 kub/metr qaz sərfiyyatına əsasən ziyan silinməlidir. Eyni zamanda məhkəmə ilk iddia tələbi sübut təqdim edilməməsi səbəbindən (sübut yetərsizliyindən) təmin edilmədiyinə görə ziyan qismində hesablanmış 22424,55 manat məbləğində borc tam şəkildə silinməlidir. Məhkəmə tərəfindən ilk iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş diskə baxış keçirilmişdir, həmin videogörüntü ilk iddianın təmin edilməsi baxımından sübut kimi qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə MPM-in 80-ci maddəsinə əsasən işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmuşdur. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafıq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlk iddia rədd edilsin. Qarşılqlı iddia təmin edilsin. “Azəriqaz İB”-nin Lənkəran X6 idarəsinin Masallı XS-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində tərtib edilmiş 30 aprel 2023-cü il tarixli ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış ziyan kimi 25920 m3 qaz sərfiyyatına görə hesablanmış borc və əsassız hesablanmış 22424,55 manat borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2021/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2021/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver