Məhkəmə qərarları › İş №2(050)-2069/2022

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2069/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2069/2022 30.08.2022 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Ayaz Aydın oğlu (sədrlik edən), məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc kimi 250000 (iki yüz əlli min) manat, bank uçot dərəcəsi 36250 (otuz altı min iki yüz əlli) manat və əldən çıxmış fayda kimi 150000 (bir yüz əlli min) manat, cəmi: 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 726,25 (yeddi yüz iyirmi altı manat iyirmi beş qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 29 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, 30 avqust 2022-ci il tarxdə keçiriləcək məhkəmənin baxış iclasını onun iştirakı olmadan keçirərək cavabdeh ilə aralarında notarial qaydada bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. 26 avqust 2022-ci il tarixdə Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq İddiaçı ilə aralarında olan barışıq sazişinin təsdiq edilməsini və məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclası onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, tərəflər arasında 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən aşağıdakı şərtlərlə barışıq sazişi təsdiq edilmişdir: - Tərəflər İddiaçı ilə Cavabdeh arasında bağlanmış reyestrdə qeydiyyat nömrəsi 3M-695 olan 14 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq ediimiş kredit müqaviləsi üzrə cavabdehə verilmiş 250000 (iki yüz əlli min) manat borc məbləginə görə 10 iyun 2022-ci il tarixinə yaranmış borcun məbləğinin bank uçot dərəcəsi və əldən çıxmış fayda ilə birlikdə 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manata bərabər oldugunu tərəflər qarşılıqlı razılaşma əsasında könüllü olaraq təsdiqləyirlər. - Tərəflər təsdiq edirlər ki, hal-hazırda tərəflər arasındakı 1-ci bənddə göstərilən borc məbləginə görə yaranan mübahisənin həlli üçün iddiaçı məhkəməyə müraciət etmiş, bu məsələ ilə baglı 2(050)-2069/2022 saylı iş Masallı Rayon Məhkəməsinin icraatındadır. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə razılığa gəlirlər ki, barışıq sazişi Masallı Rayon Məhkəməsində təsdiq edilməklə qərardad qəbul edilsin. - Həmin Qərardadın qüvvəyə mindiyi tarixdən etibarən ən geci 3 (üç) ay ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər: - iddiaçı məhkəməyə verdiyi iddia tələbindən tam imtina edir, cavabdeh isə iddiaçının iddia tələbindən imtina etməsi qarşılığında aşagıda göstərilən öhdəlikləri yerinə yetiri: - Cavabdeh bu barışıq sazişinin 1ci bəndində göstərilən 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manat borcu 3 (üç) ay ərzində notariusun bankda açılan depozit hesabı vasitəsi ilə iddiaçıya ödəyəcəkdir. Bu sazişin 3.1.1. bəndininin tələbləri yerinə yetirilmədiyi halda və ya qismən yerinə yetirildiyi halda cavabdeh barışıq sazişinin təsdiqlənməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra keçən 3 (üç) aydan sonrakı 10 gün müddətində Masallı rayonu, Ərkivan kəndində yerləşən, istifadə hüququ ilə istifadəsində olan 5.1 hektar torpaq sahəsində yerləşən və özünün xüsusi mülkiyyətində olan reyest nömrəsi **********11- 12301, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2019-cu ildə qeydiyyata alınmış, 3590,5 kvadrat metr ümumi sahəyə malik daşınmaz əmlakı heç bir qeyd-şərt qoymadan bu sazişin 1-ci bəndində göstərilmiş yaranmış borcun əvəzi kimi iddiaçının mülkiyyətinə keçirməyi və bununla baglı bütün hüquqi və digər prosedurları yerinə yetirməyi öhdəsinə götürür. Əgər bu sazişin 3.1.2. bəndinin tələbi yerinə yetiriiən zaman məlum olsa ki, bu sazişin 3.1.1. bəndinin tələbi qismən yerinə yetirilmişdir bu halda iddiaçı borc məbləginin qismən ödənişi kimi bu saziş üzrə aldıgı məbləgi bu sazişin 3.1.2 bəndinin tələbi yerinə yetirilən zaman dərhal cavabdehə qaytaracaqdır. - Sazişin 3.1.1, 3.1.2 və 3.1.3-cü bəndlərində müəyyən olunmuş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir. - Tərəflərdən biri Barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetitirlməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. - Barışıq sazişi məhkəmə və tərəfiərdən hər birinə bir ədəd təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır. - Barışıq sazişi onun təsdiq ediməsi barədə Masallı Rayon Məhkəməsinin qərardadının qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Eyni Məcəlllənin 191-ci maddəsində qeyd edilmişdir ki, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Eyni Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa mülki iş üzrə icraata xitam verilir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq qeyd edir ki, tərəflər aralarında notarial qaydada təsdiq edilmiş barışıq sazişinin şərtlərini müəyyən etməklə razılığa gəlmişlər. Barışıq sazişinin şərtləri qanunazidd deyildir və tərəflərin, həmçinin üçüncü şəxslərin hüququnu pozmur. Odur ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən tərəflərə barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsinin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-263, 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında 26 avqust 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş barışıq sazişi məhkəmə tərəfindən aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər İddiaçı ilə Cavabdeh arasında bağlanmış reyestrdə qeydiyyat nömrəsi 3M-695 olan 14 iyun 2019-cu il tarixli notarial qaydada təsdiq ediimiş kredit müqaviləsi üzrə cavabdehə verilmiş 250000 (iki yüz əlli min) manat borc məbləginə görə 10 iyun 2022-ci il tarixinə yaranmış borcun məbləğinin bank uçot dərəcəsi və əldən çıxmış fayda ilə birlikdə 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manata bərabər oldugunu tərəflər qarşılıqlı razılaşma əsasında könüllü olaraq təsdiqləyirlər.

2. Tərəflər təsdiq edirlər ki, hal-hazırda tərəflər arasındakı 1-ci bənddə göstərilən borc məbləginə görə yaranan mübahisənin həlli üçün iddiaçı məhkəməyə müraciət etmiş, bu məsələ ilə baglı 2(050)-2069/2022 saylı iş Masallı Rayon Məhkəməsinin icraatındadır. Tərəflər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.3 və 191-ci maddələrinə uyğun olaraq, məhkəmə mübahisəsini barışıq sazişi ilə yekunlaşdırmaq məqsədilə aşağıdakı şərtlərlə razılığa gəlirlər ki, barışıq sazişi Masallı Rayon Məhkəməsində təsdiq edilməklə qərardad qəbul edilsin.

3. Həmin Qərardadın qüvvəyə mindiyi tarixdən etibarən ən geci 3 (üç) ay ərzində aşağıdakı hərəkətləri yerinə yetirməyi öhdələrinə götürürlər: 3.1. İddiaçı məhkəməyə verdiyi iddia tələbindən tam imtina edir, cavabdeh isə iddiaçının iddia tələbindən imtina etməsi qarşılığında aşagıda göstərilən öhdəlikləri yerinə yetiri: 3.1.1. Cavabdeh bu barışıq sazişinin 1-ci bəndində göstərilən 436250 (dörd yüz otuz altı min iki yüz əlli) manat borcu 3 (üç) ay ərzində notariusun bankda açılan depozit hesabı vasitəsi ilə iddiaçıya ödəyəcəkdir. 3.1.2. Bu sazişin 3.1.1. bəndinin tələbləri yerinə yetirilmədiyi halda və ya qismən yerinə yetirildiyi halda cavabdeh barışıq sazişinin təsdiqlənməsi haqqında məhkəmə qərardadının qüvvəyə minməsindən sonra keçən 3 (üç) aydan sonrakı 10 gün müddətində Masallı rayonu, Ərkivan kəndində yerləşən, istifadə hüququ ilə istifadəsində olan 5.1 hektar torpaq sahəsində yerləşən və özünün xüsusi mülkiyyətində olan reyestr nömrəsi **********11-12301, qeydiyyat nömrəsi ********** olan və xx.xx.2019-cu ildə qeydiyyata alınmış, 3590,5 kvadrat metr ümumi sahəyə malik daşınmaz əmlakı heç bir qeyd-şərt qoymadan bu sazişin 1-ci bəndində göstərilmiş yaranmış borcun əvəzi kimi iddiaçının mülkiyyətinə keçirməyi və bununla baglı bütün hüquqi və digər prosedurları yerinə yetirməyi öhdəsinə götürür. 3.1.3. Əgər bu sazişin 3.1.2. bəndinin tələbi yerinə yetiriiən zaman məlum olsa ki, bu sazişin 3.1.1. bəndinin tələbi qismən yerinə yetirilmişdir bu halda iddiaçı borc məbləginin qismən ödənişi kimi bu saziş üzrə aldıgı məbləgi bu sazişin 3.1.2 bəndinin tələbi yerinə yetirilən zaman dərhal cavabdehə qaytaracaqdır.

4. Bu sazişin 3.1.1, 3.1.2 və 3.1.3-cü bəndlərində müəyyən olunmuş öhdəliklər icra edildikdən sonra tərəflərin bir-biri qarşısındakı bütün öhdəlikləri tam həcmdə icra edilmiş hesab edilir.

5. Tərəflərdən biri Barışıq sazişinin şərtlərini yerinə yetirmədikdə, digər tərəf həmin şərtlərin yerinə yetitirlməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.

6. Barışıq sazişi məhkəmə və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmiş və imzalanmışdır

7. Barışıq sazişi bu qərardad qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. İş üzrə icraata xitam verildiyindən eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ayaz Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar