Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-207/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X4, İddiaçı və Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 50000 (əlli min) manta məbləğində pulu və dövlət rüsumu kimi ödənilmiş 240 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20 dekabr 2021-ci il tarixdə bacısı oğlu Cavabdeh ondan 50000 (əlli min) manta borc pul istəmişdir. O, da evini girov qoyub pul götürmüşdür və Sənanla razılaşıb 1 il müddətinə 50000 (əlli min) mant pulu Sənana borc müqaviləsi əsasında borc vermişdir. Sonradan 12 ay keçəndən sonra o pulunu cavabdehdən tələb etmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirməklə pulunu verməkdən boyun qaçırmışdır. Girov qoyduğu adam evini əlindən almışdır. Belə bir vəziyyətdə o da, Cavabdeh qarşı məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçının tələbini tam olaraq qəbul edir və iddia tələbinin təmin edilməsinə etirazı yoxdur. lakin pulun qaytarılması zamanı ona müəyyən qədər vaxt verilməsini xahiş etdi. Cavabdeh iddianı etiraf etməsi barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 50000 (əlli min səkkiz yüz) manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini iddiaçıya 20 dekabr 2022-ci tarixdək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli beh müqaviləsindən görünür ki, birinci tərəf İddiaçı ikinci tərəf X2r. Beh alan İddiaçı ünvan 1 ünvanında yerləşən mülkiyyətçisi, beh verən X5 müılkiyyətinə verilməsi ilə əlaqədar bu müqaviləni bağladıqdan sonra xx.xx.2020-ci il müddətədək notariat ofisində altı-satqı müqaviləsi rəsmiləşdirilməyi öz öhdəsinə götürmüşdür. Tərəflərin razışamasına əsasən satılan əmlak 100000 (yüz min) manata qiymətləndirir. Həmin məbləğin 55000 (əlli beş min) manatını ikinci tərəf beh olaraq verdi, qalan hissəsi isə yəni, 45000 (qırx beş min) manatı altı-satqı müqaviləsinin rəsmiləşdirildiyi gün birinci tərəfə ödəməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, iddia təmin edildiyindən qeyd olunan məbləğlər də cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 50000 manat məbləğində pul vəsaiti və ödənilmiş 240 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 50000 (əlli min) manat məbləğində pul vəsaiti və ödənilmiş 240 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-207/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-207/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver