Məhkəmə qərarları › İş №2(050)-2154/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2154/2023

29.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2154/2023 29.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxs "xxxx" MMC-yə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə vurulmuş 2200 (iki min iki yüz) manat məbləgində ziyanın, avtomobilin işləmədiyi günlərə görə itirdiyi 800 manat gəilrinin, avtomobilin hadisə yerindən Yol Polisinin cərimə meydançasına və oradan təmir sexinə daşıyan evuakator sürücülərinə iki dəfəyə ödədiyi 60 manat, iddianı qaldırmağa görə ödədiyi 51 manat dövlət rüsumun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin genişləndirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, baş vermiş hadisəyə görə Cavabdeh barəsində AR İXM-nin 327.6-ci maddəsi ilə İXP ******* nömrəli protokol üzrə ödədiyi 107 (yüz yeddi) manat məbləgində cərimə pulu daxil olmaqla, avtomobilinə vurulmuş 2200 (iki min iki yüz) manat məbləgində ziyanın, avtomobilin işləmədiyi günlərə görə itirdiyi 800 manat gəlirinin, avtomobilin hadisə yerindən Yol Polisinin cərimə meydançasına və oradan təmir sexinə daşıyan evuakator sürücülərinə iki dəfəyə ödədiyi 60 manat, iddianı qaldırmağına görə ödədiyi 51 manat dövlət rüsumun, ümumilikdə 3218 (üç min iki yüz on səkkiz) manat pulun Cavabdeh almaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh icarə müqaviləsi əsasında "xxxx" MMC-dən mülkiyyətində olan, "Hyundai" markalı, "Elantra" modelli, ** FS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saz vəziyyətdə sürmək üçün götürmüşdür. Cavabdeh avtomobili xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Ziya Bünyatov prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və əzilməsi barədə məlumatı olmuşdur. Məlumatdan sonra həmin yerə getmiş, avtomibilin yollar arasındakı qoruyucu zolaqda əzilib deformasiyaya uğramış, istismara yararsız vəziyyətdə qaldığını görmüşdür. Yol polis əməkdaşları hadisə yerinə baxış keçirməklə müvafiq sənədləşmə aparmışlar. Polis əməkdaşları cavabdehin hadisə yerindən yayındığını demişlər. Avtomobili evuakator vasitəsi ilə cərimə meydançasına aparıb yerləşdirmişlər. Hadisədən 6 gün keçəndən sonra polis əməkdaşları cavabdehi tapmışlar. Barəsində hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tǝtrib olunmuşdur. Hazıra kimi 100 manat cəriməni ödəməmişdir. Cavabdeh vurduğu ziyanı bərpa edəcəyi barədə yazılı öhdəlik götürmüş və bu barədə icarə müqaviləsində öz xətti ilə qeydlər etmişdir. Lakin sonra avtomobili təmir etdirməkdən və vurduğu ziyanı ödəməkdən qəti imtina etmişdir. Avtomobilin sıradan çıxmış ehtiyyat hissələrinin adları, vurulmuş ziyanın dəyəri-qabaq sol qanad dəyəri 90 manat, qabaq ekran dəyri 180 manat, qabaq aşağı oblisovka dəyəri 40 manat, qabaq bufer dəyəri 160 manat, buferin sallaçkaları 2 ədəd dəyəri 20 manat, qabaq sol dumanni faraları 2 komplekt dǝyǝri 80 manat, qabaq sol fara dəyəri 140 manat, qabaq podkrelnik 2 ədəd dəyəri 60 manat, qabaq aşağı çaşqalar 2 ədəd dəyəri 180 manat, qabaq almacıqlar 2 ədəd 50 manat, qabaq sol amartizator bir ədəd dəyəri 80 manat, hava baçoku bir ədəd dəyəri 40 manat olmaqla, cəmi 1120 manat, Bundan başqa avtomobilin sökülüb yığılmasına, təmirinə və rənglənməsinə sərf olunan məbləğ elektrik işləri dǝyǝri 60 manat, armaturçu işləri dəyəri 70 manat, çilingər işləri dəyəri 120 manat, dəmirçi işləri dəyəri 300 manat, rəngləmə işləri (materialla birlikdə) dəyəri 500 manat, razvala salma dəyəri 20 manat, qabaq təkərlərin balans edilməsi dəyəri 10 manat, cəmi dəyəri 1080 (min səksən) manat. Ümumilikdə vurulmuş ziyanın məbləği 2200 (iki min iki yüz) manatdır. Ziyan aktı iddia ərizəsinə əlavə edilmişdir. Avtomobil 6 gün Yol Polisinin cərimə meydanşasında və sonra 10 gün təmirdə qalmasına görə gündəlik 50 manat olmaqla, 800 manat məbləğində qazancını itirmişdir. Avtomobili hadisə yerindən Yol Polisinin cərimə meydançasına və oradan təmir sexinə daşıyan evuakator avtomobil sürücülərinə hər dəfə 30 manat olmaqla, 60 manat ödəmişdir. Həmin məsələnin başqa yolla həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın tam təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər, üçüncü şəxs nümayəndəsini göndərməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Hunday Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobil saz vəziyyətdə İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair xx.xx.2023-cü il tarixli icracə müqaviləsindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan “Hunday Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili hər gün 50 manat olmaq şərti ilə Cavabdeh icarəyə vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin ixtisaslaşdırılmış avtomobil mərkəzinin avtoservis mərkəzi tərəfindən tərtib edilmiş ziyan aktından görünür ki, “Hyundai Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 2200 (iki min iki yüz) manat olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh adına olan İXP ******* nömrəli protokol üzrə 107 manat cərimə pulu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsində əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir, odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iddiaçının cavabdehdən maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh icarə müqaviləsi əsasında EKO RENT A CAR MMC-nin mülkiyyətində olan “Hunday Elantra” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomobili saz vəziyyatda sürmək üçün götürmüşdür. Avtomobillə qəza törətmiş və hadisə yerindən yayınmışdır. Hadisədən 6 gün keçdikdən sonra Cavabdeh polis əməkdaşları tərəfindən tapılmış və məsuliyyətə cəlb edilmişdir. İddiaçı ilə cavabdeh arasında yazılı şəkildə razılıq olmuşdur və həmin razılığa əsasən cavabdeh iddiaçıya vurmuş olduğu ziyanı ödəyəcəyini öhdəlik götürmüşdür. Lakin cavabdeh götürmüş olduğu öhdəlikdən yayınmış və iddiaçıya heç bir ödəniş etməkdən imtina etmişdir. Avtomobilin qabaq sol qanad dəyəri 90 manat, qabaq ekran dəyri 180 manat, qabaq aşağı oblisovka dəyəri 40 manat, qabaq bufer dəyəri 160 manat, buferin sallaçkaları 2 ədəd dəyəri 20 manat, qabaq sol duman faraları 2 komplekt dǝyǝri 80 manat, qabaq sol fara dəyəri 140 manat, qabaq podkrelnik 2 ədəd dəyəri 60 manat, qabaq aşağı çaşqalar 2 ədəd dəyəri 180 manat, qabaq almacıqlar 2 ədəd 50 manat, qabaq sol amartizator bir ədəd dəyəri 80 manat, hava baçoku bir ədəd dəyəri 40 manat olmaqla, cəmi 1120 manat, bundan başqa avtomobilin sökülüb yığılmasına, təmirinə və rənglənməsinə sərf olunan məbləğ elektrik işləri dǝyǝri 60 manat, armaturçu işləri dəyəri 70 manat, çilingər işləri dəyəri 120 manat, dəmirçi işləri dəyəri 300 manat, rəngləmə işləri (materialla birlikdə) dəyəri 500 manat, razvala salma dəyəri 20 manat, qabaq təkərlərin balans edilməsi dəyəri 10 manat, cəmi dəyəri 1080 (min səksən) manat, ümumilikdə vurulmuş ziyanın məbləği 2200 (iki min iki yüz) manat məbləğində ziyan dəymişdir. Məhkəmə avtomobilin 6 gün polis idarəsinin cərimə meydançasında qaldığı üçün, 10 gün təmir sexində qaldığı üçün və işləmədiyinə görə hər gün üçün 50 manat olmaqla, 800 manat məbləğində qazancını itirdiyindən ümumi vurulmuş məbləgi 800 manat təşkil etdiyini qeyd etsə də məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, iddianın həmin hissədə təmin edilməməsi məqsədəmüvafiq hesab edilir. Həmçinin, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən törədilmiş qəza səbəbindən avtomobilin daşınması üçün iki dəfə olmaqla, cəmi 60 manat evuakatora pul verilmişdir. Həmçinin, Cavabdeh tərəfindən törədilmiş qəzaya görə polis şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokol üzrə iddiaçı tərəfindən dövlət nəfinə 107 manat məbləğində cərimə ödənilmişdir. Məhkəmə həmin evuakatora ödənilən pul tələbi və cərimənin ödənilməsi hissəsində iddianı əsaslı hesab etdiyindən təmin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-c maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh vurulmuş ziyana görə 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti, 60 (altmış) manat evuakatora ödənilmiş pul vəsaitinin əvəzi, 107 (bir yüz yeddi) manat ödənilmiş cərimə pulunun əvəzi və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə iş üzrə ödənilmiş 51 (əlli bir) manat məbləğində dövlət rüsumunun da cavabdehə aid edilməli olduğu qənaətinə gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti, 60 (altmış) manat evuakatora ödənilmiş pul vəsaitinin əvəzi, 107 (bir yüz yeddi) manat ödənilmiş cərimə pulunun əvəzi və 51 (əlli bir) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar