Məhkəmə qərarları › İş №2(050)-221/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-221/2024

19.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-221/2024 19.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3080 (üç min səksən) manat və ödənilmiş 50.80 manat dövlət rusumu olmaqla, ümumilikdə 3130.80 (üç min bir yüz otuz, səksən) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon Yeddioymaq kənd sakini Cavabdeh 09 oktyabr 2019-cu il tarixdə saat 15 radələrində yaşadığı ünvanına gələrək özünü ona heyvan alveri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Daha sonra inək satmaq istəməyi barədə məlumat olmasını ona bildirmişdir. O, da “iki baş danama yaxşı pul verən olsa sataram”-deyə sonradan adını öyrəndiyi Xaləddinə bildirmilşdir. Cavabdeh də öz növbəsində iribuynuzlu malqarasına baxış keçirərək 3080 (üç min səksən) manat verəcəyini bildirmişdir. Ancaq cavabdeh ona bildirmişdir ki, üstündə nağd pulu olmadığından sonrakı gün daha dəqiq xx.xx.2019-cu il tarixində 3080 manat pulu verə biləcəyini bildirmişdir. İlk əvvəl bununla razılaşmamışdır. Sonradan Cavabdeh o qədər inadırıcı və əsaslanmış şəkildə danışdı ki, onu buna razı salmağa nail olmuşdur. Beləliklə razılaşmışlar. Bundan sonra Qazel markalı yük maşını ilə həytində olan iki baş dananı götürüb aparmışdır. Dediyi vaxta pulu gətirmədiyini görüb əlaqə nömrəsinə zəng vurmuşdur. Ona narahat olmamağını tövsiyyə edərək tezliklə pulu ona çatdıracağını bildirmişdir. Lakin növbəti günlərdə də pulunu gətirib ona verməmişdir. Atıq ona vermiş olduğu mobil telefonunda olan nömrəsini də söndürərək əlaqə saxlamaq qeyri mümkün olmuşdur. Artıq anlamışdır ki, 2 baş dananı aparan şəxs dələduzluq edərək iribuynuzlu mallarını ələ keçirmişdir. Odur ki, ən sonda çıxış yolu olaraq bu barədə Lənkəran ŞRPŞnə rəsmi ərizə ilə müraciət etmişdir. Çox çətinliklə də olsa yeri müəyyən olunaraq Cavabdeh Lənkəran ŞRPŞ-nin İB-nə çağrılmışdır. Burada Cavabdeh etdiyi əməli etiraf edərək dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Ancaq burada da Cavabdeh vermiş olduğu vədə əməl etməyərək dəymiş ziyanın ödənilməsindən yayınmışdır. Sonrada məlum olmuşdur ki, hazırkı iş üzrə Cavabdeh yaşadığı və qeydiyyatda olduğu Lənkəran rayonu Separadi kəndində yaşayan digər kənd sakinini də eyni minvalla aldaradaq iri buynuzlu mal qarasını ələ keçirmişdir. Bundan əlavə digər ərazilərdə də bir neçə ölkə vətəndaşını aldadaraq onlara külli miqdarda maddi ziyan vurmuşdur. Yekunlaşmış istintaq materiallarından sonra Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə cinayət işi başlanılmışdır. Lənkəran Rayon Məhkəməsində işə baxılmışdır. Keçirilən məhkəmə prosesi zamanı bir daha həmin iş üzrə təqsirləndirilən Cavabdeh etmiş olduğu cinayət tərkibli əməllərini etiraf etmişdir. 22 aprel 2021-ci il tarixli, 1(049)-23/2021 saylı hökm əsasında 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası almışdır. Buna baxmayaraq hazırkı iş üzrə cavabdeh bu vaxta kimi dəymiş ziyan olaraq 3080 (üç min səksən) manat pulunu ona qaytarmamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Masallı rayon Yeddioymaq kənd sakini Cavabdeh 09 oktyabr 2019-cu il tarixdə saat 15 radələrində yaşadığı ünvanına gələrək özünü ona heyvan alveri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Daha sonra inək satmaq istəməyi barədə məlumat olmasını ona bildirmişdir. O, da “iki baş danama yaxşı pul verən olsa sataram”-deyə sonradan adını öyrəndiyi Xaləddinə bildirmilşdir. Cavabdeh də öz növbəsində iribuynuzlu malqarasına baxış keçirərək 3080 manat verəcəyini bildirmişdir. Ancaq cavabdeh ona bildirmişdir ki, üstündə nağd pulu olmadığından sonrakı gün daha dəqiq xx.xx.2019-cu il tarixində 3080 manat pulu verə biləcəyini bildirmişdir. İlk əvvəl bununla razılaşmamışdır. Sonradan Cavabdeh o qədər inadırıcı və əsaslanmış şəkildə danışdı ki, onu buna razı salmağa nail olmuşdur. Beləliklə razılaşmışlar. Bundan sonra Qazel markalı yük maşını ilə həytində olan iki baş dananı götürüb aparmışdır. Dediyi vaxta pulu gətirmədiyini görüb əlaqə nömrəsinə zəng vurmuşdur. Ona narahat olmamağını tövsiyyə edərək tezliklə pulu ona çatdıracağını bildirmişdir. Lakin növbəti günlərdə də pulunu gətirib ona verməmişdir. Atıq ona vermiş olduğu mobil telefonunda olan nömrəsini də söndürərək əlaqə saxlamaq qeyri mümkün olmuşdur. Artıq anlamışdır ki, 2 baş dananı aparan şəxs dələduzluq edərək iribuynuzlu mallarını ələ keçirmişdir. Odur ki, ən sonda çıxış yolu olaraq bu barədə Lənkəran ŞRPŞnə rəsmi ərizə ilə müraciət etmişdir. Çox çətinliklə də olsa yeri müəyyən olunaraq Cavabdeh Lənkəran ŞRPŞ-nin İB-nə çağrılmışdır. Burada Cavabdeh etdiyi əməli etiraf edərək dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Ancaq burada da Cavabdeh vermiş olduğu vədə əməl etməyərək dəymiş ziyanın ödənilməsindən yayınmışdır. Sonrada məlum olmuşdur ki, hazırkı iş üzrə Cavabdeh yaşadığı və qeydiyyatda olduğu Lənkəran rayonu Separadi kəndində yaşayan digər kənd sakinini də eyni minvalla aldaradaq iri buynuzlu mal qarasını ələ keçirmişdir. Bundan əlavə digər ərazilərdə də bir neçə ölkə vətəndaşını aldadaraq onlara külli miqdarda maddi ziyan vurmuşdur. Buna baxmayaraq hazırkı iş üzrə cavabdeh bu vaxta kimi dəymiş ziyan olaraq 3080 (üç min səksən) manat pulunu ona qaytarmamışdır, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 1(049)-23/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 1(050)-145/2020 №-li, 27 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Cavabdeh qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 aprel 2020-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər X2, İddiaçı və X1 onlara dəymiş ziyanla əlaqədar mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ izah edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində qeyd edilmişdir ki, şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin hüquqi mövqeyinə görə iş materiallarına əlavə edilmiş hökmlə məlum olur ki, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı qarşı xeyli miqdarda, yəni 3080 manat məbləğində ziyan vurmaqla dələduzluq etməsinə görə təqsirli bilinmiş və bu hal qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tam sübuta yetirilmişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Cavabdeh (varlanmış şəxs) heç bir hüquqi əsası olmadan İddiaçı (mərhum olanın) hesabına əmlak əldə etmişdir, yəni əsassız varlanmışdır. Qanunvericiliyin tələbinə əsasən varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarmalıdır. Bu səbəbdən iddia təmin edilməklə Cavabdeh 3080 (üç min səksən) manat məbləğində pul və ödənilmiş 50.80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3080 (üç min səksən) manat maddi ziyan məbləği və 50.80 (əlli manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumu, cəmi 3130 manat 80 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar