Məhkəmə qərarları › İş №2(050)-2211/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2211/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2211/2024 08.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Masallı Rayon Məhkəməsinin 2(050)-3235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment pulunun və 60 manat mediasiya xərcinə görə ödənilmiş pulun tutularaq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, tərəflər 22 iyul 2009-cu ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə uzun müddət birgə yaşasalar da, sonradan münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3235/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş uşaqlar onun yanında saxlanmış və uşaqların saxlanması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında, həmçinin, hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Artıq 2 il müddət keçmiş, uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən olunmuş və ümumi olaraq qiymətlər artmışdır. Hazırkı vəziyyətdə uşaqların qeyd edilən alimentlə saxlanılması mümkün deyildir. Uşaqlar məktəblidirlər və tələbatları hər il artmaqdadır. Cavabdehin maddi vəziyyəti əvvəlki dövrə münasibətdə xeyli yaxşılaşmışdır. Alimentin artırılması barədə mediasiya orqanına da müraciət olunmuş, lakin cavabdeh gəlmədiyi üçün arayış verilmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, uşaqlarla birlikdə kirayə evdə qalır. Aylıq 50 manat kirayə haqqı ödəyir. X15 burun-boğaz xəstəsidir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, alimentin artırılmasına razı deyildir. Maddi imkanı zəifdir. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə, cavabdehlə eyni məzmunda izahat verərək əlavə olaraq bildirdi ki, İddiaçı uşaqları onlara göstərmir. Cavabdeh alimenti heç bir zaman gecikdirmədən, vaxtı-vaxtında ödəmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X10 xx.xx.2010-cu ildə, X11 xx.xx.2011-ci ildə doğulmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3235/2022 saylı qətnaməsinin surətindən görünür ki, X5 və Cavabdeh arasında bağlanmış 22 iyul 2009-cu il tarixli, 40 nömrəli nikah akt qeydinin pozulması, 23 aprel 2010-cu il təvəllüdlü X10 və 16 iyun 2011 ci il təvəllüdlü X8 anaları X3 yanında saxlanılması, 23 aprel 2010-cu il təvəllüdlü X6 və 16 iyun 2011 -ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında, bundan əlavə hər ay bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, iddiaçı X4 ödənilməsi, alimentin tutulmasının 11 oktyabr 2022-ci il tarixdən hesablanması, aliment tələbinə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-661/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh övladları-23 aprel 2010-cu il təvəllüdlü X10 və 16 iyun 2011-ci il təvəllüdlü X11 ilə hər həftənin şənbə günü saat 10:00-dan saat 17:00-dək ünsiyyətdə olması üçün vaxt müəyyən edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, MŞM/MT 036/2024-00233 saylı ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X9 İdarəsinin 11 iyul 2024-cü il tarixli, 07 saylı arayışından görünür ki, Cavabdeh həqiqətəndə 17 sentyabr 2021-ci ildən tarixdən hal-hazıra kimi Neftçala rayon, Suvarma Sistemləri İdarəsində 5-ci dərəcəli maşinist peşəsində işləyir və onun aylıq əmək haqqısı 406 manatdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər 22 iyul 2009-cu ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşlar. Cavabdehlə uzun müddət birgə yaşasalar da, sonradan münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3235/2022 saylı qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş uşaqlar onun yanında saxlanmış və uşaqların saxlanması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında, həmçinin, hər uşağa görə 70 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 23 aprel 2010-cu il təvəllüdlü X6 və 16 iyun 2011-ci il təvəllüdlü X8 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3235/2022 saylı qətnaməsi ilə cavabdehin hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında, bundan əlavə hər ay bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşağın yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 23 aprel 2010-cu il təvəllüdlü X6 və 16 iyun 2011-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3235/2022 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 2211/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən hesablanmaqla hər ay bir uşaq üçün 165 manat, cəmi 330 manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Odur ki, mediasiya xərcinə görə ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-3235/2022 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay bir uşaq üçün 165 (bir yüz altmış beş) manat, cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində müəyyən olunmaqla, Cavabdeh alınaraq İddiaçı ödənilsin. Mediasiya xərcinə görə ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar