Məhkəmə qərarları › İş №2(050)-2287/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2287/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2287/2024 31.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 oktyabr 2023-cü il tarixli, M154195 saylı kredit müqaviləsinə əsasən 160 (yüz altmış) manat məbləğində borcun, 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı kredit müqaviləsinə əsasən 728 (yeddi yüz iyirmi səkkiz) manat borcun, ümumilikdə 888 (səkkiz yüz səksən səkkiz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində iddiaçının tələbi onunla əsaslandırılmışdır ki, o, Masallı şəhəri, H.Əliyev prospekti "Xan Çinar" ticarət mərkəzində "Masallı Elektroniks" mağazasında elektrik avadanlıqları satışı dükanının müdiri işləyir. Azərbaycan Respublikası Qanunvericiliyi və VÖEN (**********) əsasında nəzərdə tutulmuş qaydada azad sahibkarlıqla məşğul olur. 12 oktyabr 2023-cü il tarixdə Masallı rayonu, Ərkivan qəsəbə sakini Cavabdeh mağazaya müraciət edərək kredit şərti ilə ona 1 ədəd Jahan Pars 3000 qara Qaz sobası, 3 ədəd Turba 92 sm (Qaz sobası üçün), 1 ədəd Turba 62 sm (Qaz sobası üçün), 1 ədəd Əymə (Qaz sobası üçün) və 1 ədəd Papaq (Qaz sobası üçün) verilməsini xahiş etmişdir. Həmin tarixdə ona 12 oktyabr 2023-cü il tarixli, M154195 sayı alqı-satqı müqaviləsi bağlanılaraq 22 manat ödəməklə, illik 20% olmaqla, 12 ay müddətinə 240 (iki yüz qırx manat) manat kredit məbləği ilə qeyd olunan mallar ona verilmişdir. Bundan sonra Cavabdeh 23 oktyabr 2023-cü il tarixdə yenidən mağazaya müraciət edərək, Kredit şərti ilə ona 1 ədəd Shivaki 55 LU 85 00 Televizor verilməsini xahiş etmişdir. Həmin tarixdə də ona 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı alqı-satqı müqaviləsi bağlanılaraq 50 manat ödəməklə, illik 20% olmaqla, 15 ay müddətinə 700 (yeddi yüz) manat kredit məbləği ilə 1 ədəd Shivaki 55 LU 85 00 Televizor ona verilmişdir. Cavabdehə 12 oktyabr 2023-cü il tarixli, M154195 saylı kredit müqaviləsi üzrə aylıq 20 (iyirmi) manat kredit öhdəliklərinin yerinə yetirilməsi və 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı kredit müqaviləsi üzrə 56 (əlli altı) manat kredit öhdəliklərini yerinə yetirilməsi vəzifəsi izah edilmişdir. Cavabdeh 12 oktyabr 2023-cü il tarixli, M154195 saylı kredit müqaviləsi və 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı kredit müqaviləsi üzrə götürülmüş olduğu öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh 12 oktyabr 2023-cü il tarixli, M154195 saylı kredit müqaviləsi üzrə 4 ay ödəniş etdikdən sonra həmin müqavilə üzrə ödəniş şərtlərini pozmuşdur. Bununla yanaşı 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı kredit müqaviləsi üzrə 2 ay ödəniş etdikdən sonra bu müqavilə üzrə də ödəniş şərtlərini pozduqdan sonra cavabdeh hazırki günə qədər heç bir ödəniş etməyərək üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir. Cavabdehla bağlanmış 12 oktyabr 2023-cü il tarixli, M154195 saylı və 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı kredit müqaviləsinin şərtlərini pozduğundan və kredit öhdəliklərini tam olaraq yerinə yetirməsi üçün cavabdehə bildirilmiş göndərilsə də, cavabdeh götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Öhdəliyi yerinə yetirməkdən yayındığından borcun və çəkilən xərclərin geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı alqı-satqı müqaviləsi bağlanılaraq 50 manat ödəməklə, illik 20% olmaqla, 15 ay müddətinə 700 (yeddi yüz) manat kredit məbləği ilə 1 ədəd Shivaki 55 LU 85 00 Televizor ona verilmişdir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı alqı-satqı müqaviləsi bağlanılaraq 50 manat ödəməklə, illik 20% olmaqla, 15 ay müddətinə 700 (yeddi yüz) manat kredit məbləği ilə 1 ədəd Shivaki 55 LU 85 00 Televizor ona verilmişdir. Cavabdeh həmin müqavilədə müəyyən edilmiş malları qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənişlər etməsi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə İddiaçı borcu yaranmışdır. İddiaçı Cavabdeh cəmi 888 manat məbləğində borcunun yarandığını bildirir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Göründüyü kimi, Cavabdeh 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı və 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən sənədləri əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12 oktyabr 2023-cü il tarixli, M154195 saylı kredit müqaviləsinə əsasən 160 manat məbləğində borc, 23 oktyabr 2023-cü il tarixli, M154969 saylı kredit müqaviləsinə əsasən 728 manat borc, ümumilikdə 888 (səkkiz yüz səksən səkkiz) manat pul və 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar