Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2299/2023 12.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, cavabdehlə barışmışlar. Bu səbəbdən hazırki iddia tələbinin baxılmamış saxlanılmasını və iddia üzrə ödənilmiş dövlər rüsumunun qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddiaçı ilə barışmışlar və bu səbəbdən iddiaçının ərizəsinin nəzərə alınaraq işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini qeyd etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Odur ki, İddiaçı tərəfindən Kapital banka ("xxxx" ASC Lənkəran branch) ödənilmiş (26 may 2023-cü il tarixli, terminal nömrəsi K0138011, əməliyyat İD 207218401, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142211) 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 114, 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Kapital banka ("xxxx" ASC Lənkəran branch) ödənilmiş (26 may 2023-cü il tarixli, terminal nömrəsi K0138011, əməliyyat İD 207218401, GPP qəbz nömrəsi **********, büdcə səviyyə kodu 142211) 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2299/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2299/2023
12.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver