Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2306/2023 17.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin əldə olunması üçün ödənilmiş 19000 (on doqquz min) manat pulun ½ hissədə yəni 9500 (doqquz min beş yüz) manat pulun və iş üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 yanvar 2019-cu ildə nikaha daxil olmuşlar. Birgə nikahlarından 12 mart 2020-ci il təvəllüdlü X21 adlı bir övladları dünyaya gəlmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)- 2380/2022 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, nikah pozulduqdan sonra 12 mart 2020-ci il təvəllüdlü X14 onun yanında saxlanılması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat sabit pul məbləğində alimentin və uşaq 3 yaşına çatanadək hər ay 50 manat məbləğində alimentin tutulması qət edilmişdir. Birgə nikah dövründə Xırdalan şəhəri, “Xəzinə” şadlıq evi ilə üzbə-üz yerləşən 19000 manat dəyərləndirilmiş fərdi yaşayış evini 04 may 2020-ci il tarixdə 12500 manat ödəməklə qalan hissəsini 5 ay ərzində ödəyərək əldə etmişlər. Hazırki tarixədək onun bəzi cehiz əmlakları həmin ünvandadır. İddia ərizəsinə əlavə etdiyi beh müqaviləsindən göründüyü kimi özbaşına tikili olan fərdi yaşayış evinin alınmasından ötəri 19000 manat ödənilməsi nəzərdə tutulmuşdur. Sözü gedən fərdi yaşayış evi ona məxsus "xxxx"da yerləşən əmlak satıldıqdan sonra əldə olunmuşdur. Fərdi yaşayış evi qanunsuz tikili olduğundan onun ½ hissəsini deyil, dəyərinin ½ hissəsini tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş; Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-2380/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X18 ilə Cavabdeh arasında 14 yanvar 2019-cu il tarixdə 3 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 122 sayla qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 12 mart 2020-ci il təvəllüdlü X21 iddiaçı X12 yanında qalması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından doğulmuş 12 mart 2020-ci il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X15 ödənilməsi və xx.xx.2022-ci il tarixdən başlayaraq, 12 mart 2020-ci il təvəllüdlü X14 3 yaşına çatanadək, yəni xx.xx.2023-cü il tarixədək Cavabdeh hər ay 50 (əlli) manat məbləğində sabit pul şəklində aliment tutularaq X15 verilməsi qət edilmişdir. 22 aprel 2020-ci il tarixli beh müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 19000 manat dəyərində fərdi yaşayış evi üçün alıcı X22 tərəfindən satıcı X13 500 manat beh verilmişdir. 04 may 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən görünür ki, tərəflər xx.xx.2039-cu il tarixə kimi "xxxx" MTK-nın yaşayış binasında mənzil tikintisi haqqında xx.xx.2019-cu il tarixli, ********* nömrəli Payçı müqaviləsinə əsasən "Satıcı"-X1 və istifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanda "Kristal ünvan 2rləşən ümumi sahəsi 32.3 kv.m olan 1 (bir) otaqlı 108 nömrəli mənzili DƏDRX-in çıxarış aldıqdan və girovdan azad etdikdən sonra "Alıcı" X2 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağlamışlar. Satıcı X6 manzili 10000 (on min) manat ilkin ödəniş almaqla və "xxxx" ASC-nin Səbail filialına ayda 202,66 (iki yüz iki manat altmış altı qəpik) ödəməklə qiymətləndirir və gələcəkdə həmin qiymətə "Alıcı" X4, "Alıcı" X16 isə həmin mənzili gələcəkdə həmin məbləğə almağı öhdəsinə götürür. "Alıcı" X8 məbləğindən 10000 (on min) manatını hazırda notariusun bankda açdığı hesab vasitəsilə X7 ödəyir, satış qiymətinin qalan kredit məbləğini hər ay 202,66 (iki yüz iki manat altmış altı qəpik) olmaqla "xxxx" ASC-nin Səbail filialına ödəməyi öhdəsinə götürmüşdür. 04 may 2020-ci il tarixli beh müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 19000 manat dəyərində fərdi yaşayış evi üçün alıcı X22 tərəfindən satıcı X13 12500 manat verilmişdir. X3 tərəfindən təsdiqlənmiş 25 aprel 2023-cü il tarixli, MSB/2-02525/2023 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı X19 ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktlarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı, tərəflər isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunvericiliyin göstərilən müddəalarının mənasına görə hər hansı bir əmlakın ərarvadın birgə mülkiyyəti hesab edilə bilməsi üçün həmin əmlak məhz nikah müddətində ər-arvadın qazancları hesabına əldə edilmiş olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə onların qazancı hesabına əldə olunduğundan onların ümumi birgə mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Yuxarıda göstərilən qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları və sübutları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə olunmasını sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf tələbini təsdiq edən kifayət qədər sübutlar təqdim etmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh 22 aprel 2020-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 19000 manat dəyərində fərdi yaşayış evi üçün X13 500 manat beh vermiş, sonra iddiaçı sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanda "Kristal ünvan 2rləşən ümumi sahəsi 32.3 kv.m olan 1 (bir) otaqlı 108 nömrəli mənzili 04 may 2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən 10000 (on min) manata X5 həmin gün cavabdehin vasitəsi ilə S.Mehdiyevaya 12500 manat vermiş, qalan 6000 manatı isə hər ay 500 manat ödəməklə mübahisəli evi tam əldə etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə birgə nikah dövründə əldə olunmuş əmlakın dəyərinin bölünməsi ilə bağlı qeyd edir ki, tərəflər arasında nikah 14 yanvar 2019-cu ildə qeyd olunmuş və 03 noyabr 2022-ci il tarixdə pozulmuşdur. Tərəflər birgə nikahları dövründə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi əldə etmişlər. Mübahisəli ev özbaşına tikili olduğundan həmin evin naturada bölünməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçı həmin əmlakın dəyərinin yarısının ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmin əmlak tərəflərin birgə nikahda olduqları dövr ərzində qazancları hesabına əldə edildiyindən onların ümumi birgə mülkiyyəti sayılır. Tərəflərin ümumi birgə mülkiyyəti də nikah pozulanadək hər hansı qaydada razılaşdırılmış şəkildə bölünməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mülkiyyət hüququ konsitutusion hüquqdur və subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu hüquq isə qanunla nəzərdə tutulmuş hallardan başqa digər hallarda məhdudlaşdırıla bilməz və heç kəs mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 65,40 manat dövlət rüsumu cavabdehə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinin dəyəri olan 19000 manatın yarısı 9500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 9500 manat və ödənilmiş dövlət rüsumuna görə 65,40 manat, cəmi 9565 (doqquz min beş yüz altmış beş) manat 40 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2306/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2306/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver