Məhkəmə qərarları › İş №2(050)-2311/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2311/2023

17.07.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2311/2023 17.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Aslanzadə Ramin Sakit oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Köhnə Bazar" adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış binasına hüquq müəyyənedici sənədlərin tərtibi ilə əlaqədar həmin binanın faktiki və quruluşu əsasında ölçü işləri aparılmasına, həmin ölçü işlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyətləri nümayəndələri tərəfindən aparılmasına cavabdeh X5 tərəfindən yaradılan maneələrin, əngəllərin, qanunsuz hərəkətlərin aradan qaldırılması və cavabdeh tərəfindən yaradılmış, edilmiş qanunsuz hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə "Köhnə Bazar" adlı yerdə, hazırki Masallı şəhəri, 20 Yanvar küçəsində 0.38 kv.m qeyri-yaşayış yeri, yəni mağaza yerini almış və mağaza tikdirmişdir. Həmin qeyri-yaşayış sahəsinə xx.xx.2002-ci il tarixdə 324 invertar nömrə ilə texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi hazırlanmışdır. Mağazanı istifadə etmədiyi üçün qardaşı X2 vermişdir ki, istifadə edib ona da, pul versin. Uzun müddətdir ki, qardaşı İqbal mağazanı işlətməklə gəlir əldə etmişdir. Qardaşı İqbala həmin mağazanı boşaldaraq ona təhvil verməsini və qeyri-yaşayış sahəsinə çıxarış hazırlatmaq istədiyini bildirmişdir. O, qeyri-yaşayış sahəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin əməkdaşları qeyriyaşayış sahəsinin ölçü işlərini aparmaq istəyərkən cavabdeh X5 maneçilik törətmiş və maraqlı şəxsin əməkdaşlarının qeyri-yaşayış sahəsinin plan və ölçüləri qanuna müvafiq qaydada aparmasına şərait yaratmamışdır. Bu səbəbdən də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi onun ərizəsinə cavab olaraq 04 may 2023-cü il tarixli məktub ünvanlayaraq qeyri-yaşayış binasının müayinəsi üçün şərait yaradılıqdan sonra müraciətinə qanuna müvafiq qaydada yenidən baxılacağı bildirilmişdir. Hazırda cavabdeh X2 "Köhnə Bazar" adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyri-yaşayış binasının hüquq müəyyənedici sənədlərin tərtibi ilə əlaqədar həmin binanın faktiki və quruluşu əsasında ölçü işləri aparılmasına mane olmamasına, imkan və şərait yaradılması vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasını tələb etmişdir. Həmçinin, iddia kommersiya mübahisələrində yaranan iddiadır, lakin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il il tarixli qərardadı ilə iddiası geri qaytarılmışdır. Bu səbəbdən də, iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh X5 məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən mübahisənin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakılar müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş elektron baza məlumatlarından çıxarışdan görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş elektron baza məlumatlarından çıxarışdan görünür ki, X5 ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-2161/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X2 qarşı qeyri-yaşayış sahəsindən əşyaların çıxarılması və boşaldılaraq iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə cavabdeh X1 apellyasiya şikayəti qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-105/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 122/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı cavabdehin ona məxsus əmlakları ilə birlikdə xx.xx.2002-ci il tarixdə inventar nömrəsi 324 olan texniki pasport və 106 saylı qeydiyyat vəsiqəsi ilə onun mülkiyyətində olan “Köhnə Bazar” adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində 0,38 kv.m. qeyriyaşayış binasından çıxarılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq ona verilməsi barədə iddianın rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, e2-2(121)-122/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(102)-591/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(106)-67/2022 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 1166/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X2 qarşı “Köhnə Bazar” adlanan yerdə, Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən qeyriyaşayış binasının hüquq müəyyənedici sənədlərin tərtibi ilə əlaqədar həmin binanın faktiki və quruluş əsasında ölçü işləri aparılmasına maneə olmamasına, imkan və şərait yaradılması vəzifəsinin cavabdeh X1 üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Masallı RİHB-nin xx.xx.2002-ci il tarixli Sərəncamının surətindən görünür ki, Masallı şəhərində yerləşən “Savalan” X3 rayon X6 Rəyasət heyətinin 31 iyul 1992-ci il tarixli, 7 saylı qərarı ilə şəhərin 20 yanvar küçəsində torpaq sahəsi ayrılmışdır. “Savalan" Gənclik Mərkəzinin təsisçisi İddiaçı ayrılmış sahədə kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün mağaza binası tikmək istəmiş və bununla bağlı Masallı RİH-nin başçısına müraciət etmişdir. X4 şəhər sakini İddiaçı sahəsi 36 m2 olan mağaza tikintisinə icazənin verilməsi qərara alınmışdır. Hazırkı iş üzrə mübahisənin subyektlərindən görünür ki, tərəflər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslərdir. Bundan başqa, mübahisəli qeyri-yaşayış sahəsinin (mağazanın) yerləşdiyi torpaq sahəsi təsisçisi İddiaçı olan “Savalan” Gənclik Mərkəzinə ayrılmışdır. Həmçinin, tərəflər arasında yaranmış mübahisə bilavasitə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğu üçün iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinə görə məhkəmə aidiyyətin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, mübahisə tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar yaranmışdır, tərəflərin sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırması onların statusunu dəyişmir. Göstərilən səbəblərdən mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26, 263, 264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair ölçü işlərinin aparılmasına icazə verilməsi və şərait yaratması vəzifəsinin qoyulması tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar