Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2323/2023 25.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borca görə 42200 manat və dövlət rüsumuna görə ödənilmiş 216 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun həmkənlisidir və münasibətləri əvvəlcədən olmuşdur. Cavabdeh ümumilikdə ondan 42200 manat borc pul almışdır. Belə ki, cavabdeh ilkin olaraq 2021-ci ilin yanvar ayında ondan qohumunun tutulmaması ilə bağlı 5000 manat borc pul istəmiş, o, da həmin pulu ona vermişdir. Daha sonra pul çatmadığı üçün 5500 manat yenidən vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda yenidən 1200 manat, 3000 manat, 1000 manat, 3100 manat, 1000 manat, 2500 manat, 1500 manat, 3000 manat, 2600 manat, 5600 manat və sonuncu dəfə 21 aprel 2023-cü il tarixdə 7200 manat cavabdehə borc pul vermişdir. Cavabdeh onunla aralarında olan münasibətdən istifadə edərək onu aldatmaqla 42200 manat məbləğində ondan borc almış, borcu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin həmin pulu qaytarmamışdır. Cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli və 21 aprel 2023-cü il tarixli borc müqavilələri bağlanmış və cavabdeh ondan 35000 manat və 7200 manat borc almasını təsdiq etmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh ona olan borcunu qaytarmamışdır. Odur ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, bildirdi ki, anası xəstə olduğu üçün İddiaçı hissə-hissə 15500 manat borc almış, iddiaçı pulu verəndən sonra bildirmişdir ki, pulu faizə vermişdir. Aldığı 15500 manat puldan 1300 manat pulu qaytarmışdır. 14 aprel və 21 aprel 2023-cü il tarixli börc müqavilələrindəki imza ona məxsusdur. İddiaçı ona bildirmişdir ki, pulun verilməsi üçün aralarında yazılı sənəd olsun. Ona borc müqavilələrini imzalamayacağı təqdirdə nəticəsinin yaxşı olmayacağını bildirərək, hədə-qorxu-gəlmiş, o, da həmin səbəbdən müqavilələri imzalamışdır. Maddi imkanı olmadığı üçün aldığı pulu qaytara bilmir. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 14 aprel 2023-cü il tarixli borc müqaviləsində göstərilir ki, “Mən-İddiaçı Cavabdeh 47 gün müddətinə, yəni 14 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 35000 manat borc pul verdim. Mən-Cavabdeh İddiaçı 47 gün müddətinə, yəni 14 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 35000 manat borc pul aldım. Həmin aldığım borc pulun qaytarılması 47 gün müddətinə, yəni 31 may 2023-cü il tarixədək həyata keçiriləcəkdir. Qaytarılarkən öz aralarında qaytarılan pulun məbləği barədə bir-birinə qəbz verilməsi qaydasında razılaşdırıldı." Tərəflərin imzası var. Cavabdeh tərəfindən imzalanmış 14 aprel 2023-cü il tarixli qəbzdə göstərilir ki, “Masallı rayonu, Yelağac kəndində anadan olan xx xxx 2002-ci il təvəllüdlü Cavabdeh verirəm bu qəbzi ondan ötəri ki, Masallı rayonu, Yelağac kənd sakini, həmkəndlim, qohumum İddiaçı 35000 (otuz beş min) manat ehtiyacıma görə pul borc aldım. Söz verirəm ki, həmin borcu bir ay müddətinə, yəni may ayının soynu, 31 may 2023-cü il tarixə kimi qaytaracağam. Qəbz mənim sözlərimlə yazıldı, heç bir əlavəm yoxdur." İmza var. 21 aprel 2023-cü il tarixli borc müqaviləsində göstərilir ki, “Mən-İddiaçı Cavabdeh 40 gün müddətinə, yəni 21 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 7200 manat borc pul verdim. Mən-Cavabdeh İddiaçı 40 gün müddətinə, yəni 21 aprel 2023-cü ildən 31 may 2023-cü ilə qədər 7200 manat borc pul aldım. Həmin aldığım borc pulun qaytarılması 40 gün müddətinə, yəni 31 may 2023-cü il tarixədək həyata keçiriləcəkdir. Qaytarılarkən öz aralarında qaytarılan pulun məbləği barədə bir-birinə qəbz verilməsi qaydasında razılaşdırıldı." Tərəflərin imzası var. Cavabdeh tərəfindən imzalanmış 21 aprel 2023-cü il tarixli qəbzdə göstərilir ki, “Masallı rayonu, Yelağac kəndində anadan olan xx xxx 2002-ci il təvəllüdlü Cavabdeh verirəm bu qəbzi ondan ötəri ki, Masallı rayonu, Yelağac kənd sakini, həmkəndlim, qohumum İddiaçı 7200 (yeddi min iki yüz) manat pul borc aldım. Söz verirəm ki, həmin borcu 40 gün müddətinə, yəni 31 may 2023-cü il tarixə kimi qaytaracağam. Əlavə qeyd edim ki, 14 aprel 2023-cü il tarixdə İddiaçı 35000 (otuz beş min) manat pul borc almışdım. Həmin pulu və indi götürdüyüm pulu cəm qaytarmaqdan ötəri hazırki yeddi min iki yüz manatı götürürəm ki, torpaq sahəsi alıb satdıqdan sonra ümumi borcum olan əvvəlki müqavilə ilə birlikdə 42200 (qırx iki min iki yüz) manatı birlikdə qaytaracağam. Qəbz mənim sözlərimlə yazıldı, heç bir əlavəm yoxdur." İmza var. İşdə olan sübutlarla müəyyən edilir ki, Cavabdeh İddiaçı 42200 manat məbləğində borc pul almışdır. Bunu tərəflər arasında bağlanmış 14 aprel və 21 aprel 2023-cü il tarixli borc müqavilələri, həmçinin həmin tarixli qəbzlər sübut edir. Cavabdeh iddianı qismən qəbul edərək, İddiaçı hissə-hissə 15500 manat borc aldığını, aldığı puldan 1300 manat pulu qaytarmasını, iddiaçının sonradan pulu faizə verməsini bildirməsini, borc müqavilələrinin hədə təsiri altında bağlanılmasını, maddi imkanı olmadığı üçün aldığı pulu qaytara bilməməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin müqavilədə müəyyən edilmiş vaxtadək ödənilməsini təmin etməmişdir. Məhkəmə cavabdehin 15500 manat borc alması, aldığı puldan 1300 manat pulu qaytarması, iddiaçının sonradan pulu faizə verməsini bildirməsi, müqavilələrin hədə təsiri altında bağlanılması barədə mövqeyinə münasibətdə bildirir ki, qeyd olunan xüsusatlar onun tərəfindən sübuta yetirilməmişdir. Cavabdehin mövqeyi ilə razılaşmaq o anlama gələr ki, heç bir sübut olmadığı təqdirdə müqavilə tərəfi müqavilənin hədə təsiri altında bağlanmasını bildirər və bununla məsələ həllini taparaq, müqavilə etibarsız hesab edilər. Bu isə qəbul edilən deyil. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, 42200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 216 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 42200 (qırx iki min iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 216 (iki yüz on altı) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2323/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2323/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver