Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2352/2025 21.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 manat borcun, mediasiya xərcinin və dövlət rüsumlarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmış, barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh 3000 manat borcu hissə-hissə olmaqla, 2024cü ilin avqust ayından başlayaraq 12 ay müddətində İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müəyyən edilmiş borcdan 200 manatı ödəmiş, lakin 2800 manatı ödəməyərək barışıq sazişinin şərtlərini pozmuşdur. Bu səbəbdən də iddiaçı 2800 manatın alınıb ona verilməsi üçün Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki mülki iş iddia tələbi ilə deyil, xüsusi icraat qaydasında məhkəməyə təqdim edilməlidir. Barışıq sazişinin təsdiqi xüsusi icraat qaydasında baxılan işlərə aiddir. Qeyd edilən səbəbdən iddia ərizəsinin icraata qəbulundan “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 305.1.17.-ci maddəsində mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi məhz xüsusi icraat qaydasında baxılmalı işlərin siyahısında göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, tərəflər müqavilə hüquqlarından istifadə edərək aralarındakı mübahisəni barışıq sazişi bağlamaqla həll etmişlər. Əgər tərəflərdən biri razılaşdırılmış şərtləri pozarsa, bu tərəflərin arasında yeni bir mübahisənin yaranmasında səbəb ola bilməz, bunun üçün razılaşdırılmış şərtlərə məcburi hüquqi qüvvə verilməsi üçün qanunvericilikdə barışıq sazişinin xüsusi icraat çərçivəsində məhkəmə tərəfindən təsdiq edilməsi inistutu nəzərdə tutulmuşdur. Qeyd edilən məsələyə xüsusi icraat qaydasında baxılmasının nəzərdə tutulması onu göstərir ki, bu halda tərəflərin arasındakı hər hansı mübahisəyə baxılmır, sadəcə olaraq tərəflərin razılaşdırdıqları şərtlər məcburi icra edilməsi üçün təsdiq edilir, dolyası yolla tələbin icrası üçün icra vərəqi verilir. Təbii ki, məhkəmə tərəfindən qanunvericilikdə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinin konkret əsasları müəyyən edilərsə, barışıq sazişinin təsdiqindən imtina edilə bilər. Bu əsaslara razılaşdırılmış şərtlərin üçüncü şəxslərin mənafelərinə toxunması, barışıq sazişinin tərəflərindən birinin iradəsinə zidd olaraq şərtlərin daxil edilməsi, aldadılması və s kimi tərəfin iradəsinin zədələndiyi hallar daxildir. Bu kimi hallar yoxdursa, barışıq sazişi birmənalı şəkildə məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, qanunvericilikdə tərəflərin barışıq sazişinin etibarsız hesab edilməsi tələbləri ilə məhkəməyə müraciət etmək imkanları nəzərdə tutulmuşdur. Belə imkanın olması onu göstərir ki, məhkəmələr tərəfindən barışıq sazişinin təsdiqi ilə bağlı işlərə baxıldığı zaman onun etibarlılıq şərtlərindən çox, prosessual baxımdan barışıq sazişinin şərtlərinə hüquqi qüvvə vermək, yəni məcburi icra edilməsi üçün təsdiq edilərək icra vərəqsinin icra qurumuna göndərilməsinə xidmət edir. Bu tipli işlərə baxılması üçün qanunvericilikdə 10 gün müddətin müəyyən edilməsi də məhz yuxarıda qeyd edilən fikrə gəlməyə əsas verir. Göründüyü kimi, iddiaçı irəli sürüdüyü tələbinə uyğun olaraq xüsusi icraat çərçivəsində məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Həmin məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 153.3, 153.4, 153.5, 153.6, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2352/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2352/2025
21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver