Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2375/2024 21.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtoqəza hadisəsi nəticəsində ona dəymiş 3670 manat dəyərində zərərin və ödənilmiş 56,70 manat dövlət rüsumunun Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə baş etibarnamə ilə istifadəsində olan və idarə etdiyi “AUDİ A6” Minik markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhər, H.Əliyev prospektindən Masallı şəhər istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olan zaman cavabdeh idarə etdiyi avtomobil ilə avtomobilinin sağ hissəsinə vurmuş, daha sonra əks istiqamətdə hərəkətdə olan Emin Eminlinin idarə etdiyi Mercedes Benz markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsinə xəsarət almamışdır. Lakin istifadəsində olan avtomobilinə xeyli miqdarda ziyan dəymişdir. Hadisə nəticəsində onun avtomobilinin ön sağ qapı, arxa sağ qapı, ön sol qapı, sol qabaq krelo, babin, matorun ön krişası, sol güzgü, rolun yastığı, qabaq ekran, arxa stop, qapının kantları, qabaq ön şüşə, təkər, disk, qabaqdan aşağı dal qabaq qol, üst qollar, nakaneçnik, tiyaqa, qranat, su qabı, dəmirçi, rəngsaz işlərinin, ehtiyyat hissələrin alınmasına və ustaların zəhmət haqqı 3670 manat təşkil edir. Avtomobilinə dəymiş ziyan mütəxəsis rəyinə əsasən hesablanmışdır. Hadisə nəticəsində yol hərəkatı qaydalarını pozduğuna görə cavabdehə protokol yazılmışdır. Dəfələrlə cavabdehdən avtomobilnə dəymiş ziyanı tələb etsə də heç bir nəticəsi olmamış və onun ziyanını ödəmək istəmir. Həmçinin avtomobilin mülkiyyətçisi o olmasada, lakin baş etibarnamə ilə istifadə etdiyindən onun iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Bu hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarıda iddia ərizəsinə əlavə etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2012-ci il tarixli, ƏN-İİİ 683047 nömrəli etibarnamədən görünür ki, "Audi" A6 Minik markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X4 tərəfindən İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” üçün səlahiyyətlər verilmişdir. AB 647532 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, **-MO-*** dövlət qeydiyyat nömrəli, "Audi" A6 Minik markalı avtomobilin sahibi X3r. avotservis xidməti göstərən X2 arayışdan görünür ki, "Audi" A6 minik markalı, **-MO- *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 3670 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 9/6766 nömrəli ekspert rəyindən görünür ki, 2000-ci il buraxılışlı “Audi” A6 minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilim zədələndiyi və təmir-bərpa xərcinin 3430 manat məbləğində olduğu müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, uzun müddətdir avtomobil idarə etmiş, bununla bağlı sürücülük vəsiqəsi və stajı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində etibarnamə ilə idarə etdiyi "Kia" markalı, **- VG-*** d.q.n-lı avtomobil ilə Masallı RMX-da Masallı şəhəri, H.Əliyev prospekinə gedən əlavə yolda həmin prospekt istiqamətində hərəkətdə olmuşdur. Yolun sağ tərəfində hərəkətdə olmuş və əsas yolda sol tərəfə getmək istəmişdir. Bu zaman həmin əlavə yoldan prospektə çıxan zaman əvvəlcə gözləyərək yolda hərəkəkədə olan avtomobilin birini gözləmişdir. Lakin yolun kənarında avtomobillər dayandığı üçün Bakı prospekti tərəfdən gələn "Audi" markalı d.q.n-nı bilmədiyi avtomobilə toqquşmuşdur. Daha sonra həmin "audi" markalı avtomobil yolun digər tərəfində olan Bakı küçəsi istiqamətində hərəkət edən Mercedes E class" markalı, **-KL-*** d.q.n-lı avtomobillə toqquşmuşdur. O, hadisə zamanı avtomobilində tək olmuş və yol-nəqliyyat hasdisəsi nəticəsində o, xəsarət almamışdır. Digər iki nəqliyyat vasitəsində də yalnız sürücülər olmuşdur. O, həmin vaxt orada sürücülərin xəsarət alıb-almamasını dəqiq bilməmişdir. Hadisə zamanı hər 3 avtomobil deformasiyaya uğramışdır. Cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə vaxtı avtomobili 30-40 km/saat surətlə idarə etmişdir. Onun həmin YNH-nin qarşısını almaq üçün texniki imkanı olmamışıdır. O, digər avtomobillərin hansı sürətlə hərtəkət etməsini dəqiq bilməmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. O, H.Əliyev prospektinə yüksək sürətlə daxil olmamış, həmin vaxt onun sürəti 30-40 km/saat olmuşdur. Onun avtomobillə bağlı bütün sənədləri vardır və həmin sənədləri Masallı RPŞyə təqdim edə bilməsini bildirmişdir. Beləliklə araşdırma zamanı toplanmış materialdan müəyyən olnmuşdur ki, Masallı şəhəri, İ Yeddioymaq kəndində yaşayan Cavabdeh idarə etdiyi "Kia" markal, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı RMX-dan Masallı şəhəri, H.Əliyev prospektinə gedən əlavə yoldan əsas yola çıxarkən Masallı şəhəri, H.Əliyev prospektindən Masallı şəhər istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olan Masallı rayonu, Ərkivan qəsəbə sakini İddiaçı idarə etdiyi "Audi" markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobililə toqquşmuş, daha sonra isə sonuncu avtomobil onunla əks istqamətdə hərəkətdə Masallı rayonu, Dadva-2 küçəsində İddiaçı oğunun idarə etdiyi "Mercedes Benz" markalı **-KL-*** d.q.n-lı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin təqsirindən 10 may 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının istifadə və sərəncamında olan “Audi” A6 markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3430 manat məbləğində zərər dəymiş, dəymiş zərər iddiaçıya ödənilməmiş, iddiaçı məcbur olub hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 56.70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3430 manat ziyan və 56.70 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3430 manat məbləğində ziyan və 56.70 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2375/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2375/2024
21.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver