Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2378/2023 18.09.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2600 (iki min altı yüz) manat pulunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Masallı rayonun Xırmandalı kəndində yaşayır. 2018-ci ildə Masallı rayonu Bədalan kənd sakini cavabdeh X2 məxsus olan Eminağa şadlıq sarayının təmir edilməsi ilə bağlı razılaşmışdır. O, qeyd edilən yerdə usta kimi işini yerinə yetirmişdir. Görülən işlər ilə bağlı cavabdehin ona 2600 (iki min altı yüz) manat borcu yaranmışdır. O, dəfələrlə pulunu cavabdehdən tələb etsə də, cavabdeh pulunu verməmişdir. O, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. Odur ki, 2600 (iki min altı yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsi məqsədi ilə müvafiq hesab edilməlidir. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 18 sentyabr 2023-cü il tarxili telefonoqramdan görünür ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə cavabdehin istifadəsində olan (***-***-**-**) nömrəli mobil telefonuna istifadəmdə olan (***-***-**-**) telefon ilə xx.xx.2023cü il tarixdə saat 12-37-də zəng edərək İddiaçı ona qarşı qaldırdığı iddia tələbi barədə məlumat verilmiş və cavabdeh iddia tələbindən məlumatlı olduğunu, İddiaçı 700 manat borclu olduğunu həmin borcun ödənilməsinin təmin olunacağını bildirmişdir. İş materiallarına əlavə edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş 24 noyabr 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı X8 ifadəsində bildirmişdir ki, İddiaçı onun yaşadığı Masallı rayon Bədalan kəndində “Eminağa” şadlıq sarayını tikmişdir. İddiaçılə şadlıq sarayının tikilməsi üçün heç bir razılığa gəlməmişdir. İsayevlə razılığa atası və anası X4 razılaşmışlar. Şadlıq sarayı tikildiyi vaxt Rusiya Fedarasiyasında olmuşdur. Təxmini bildirmişdir ki, atasının İddiaçı 700 (yeddi yüz) manat borcu var. Atası ilə telefonda danışarkən bildirmişdir ki, Əli onların qapısına gələrək borcunu istəyir. Atasıda 20 gün içində gələcəyini və borcunu verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində yaşadığı ünvanda aralarında olan söhbət zamanı mübahisə etməmiş, İddiaçı ölümlə hədələməmişdir. Onun dedikləri şər və böhtan olmasını bildirmişdir. Həmçinin, araşdırma zamanı X3 eyni məzmunlu izahat verərək oğlu X5 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iş materillarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 47 (qırx yeddi) manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, iddianın qismən, yəni 700 (yeddi yüz) manat məbləğində təmin edilməsi nəzərə alınmalı və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatı cavabdehə, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və 47 (qırx yeddi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun ona aid edilmiş hissəsi olan 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2378/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2378/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver