Məhkəmə qərarları › İş №2(050)-2395/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2395/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2395/2024 23.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avto qəza hadisəsi nəticəsində ona dəymiş 3263 (üç min iki yüz altmış üç) manat dəyərində zərərin və 52,63 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Masallı şəhəri ünvanda qeydiyyatda olmaqla yaşayır. xx.xx.2024-cü il tarixdə baş etibarnamə ilə istifadəsində olan və idarə etdiyi "Mercedes Benz" E220 Bluetec Minik markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, H.Əliyev prospektindən Bakı küçəsi istiqamətində yolun sağ tərəfi ilə hərəkətdə olmuşdur. Bu zaman həmin prospektin Masallı Asan Xidmətin yanından keçərkən yolun sol tərəfinə birləşən əlavə yoldan KİA markalı avtomobil yüksək sürətlə əsas yola çıxmışdır. Həmin nəqliyyat vasitəsi yolun sol tərəfində onunla əks istiqamətdə hərəkət edən AUDİ markalı avtomobillə toqquşmuşdur. Daha sonra AUDİ markalı avtomobil sürüşərək onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə yerinə polislər gələrək cavabdehə protokol yazmışlar. Hadisə nəticəsində onun avtomobilinin ön sol qanadı, ön sol qapısı, padnoşka spoyleri, qapı mənşəyi, şüşənin reisi, qapı kantı, qapı şpilkası, qapı propkası, qanad altlığı hissələri əzilmiş, həmin hissələrin alınması və ustalara verilən zəhmət haqqı ilə birləkdə avtomobilinə dəyən ümumi ziyan 3263 manat təşkil edir. Dəfələrlə cavabdehdən avtomobilnə dəymiş ziyanı tələb etsə də, heç bir nəticəsi olmamış və cavabdeh onun ziyanını ödəmək istəmir. Həmçinin avtomobilin mülkiyyətçisi o, olmasa da, baş etibarnamə ilə istifadə etdiyindən onun iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Bu hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10 mart 2017-ci il tarixli qərarı ilə təsdiqlənmişdir.Həmin qərarda iddia ərizəsinə əlavə etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ƏN-İX 337201 nömrəli etibarnamədən görünür ki, "Mercedes Benz" E220 Bluetec Minik markalı **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçi X4 tərəfindən İddiaçı “sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək” üçün səlahiyyətlər verilmişdir. İş materiallarında olan BB 447340 nömrəli X1 Şəhadətnaməsindən görünür ki, **-LK- *** dövlət qeydiyyat nömrəli, "Mercedes Benz" E220 Bluetec Minik markalı avtomobilin sahibi X3r. İş materiallarında olan “Avtoservis” T.X.C-nin 27 may 2024-cü il tarixli arayışdan görünür ki, "Mercedes Benz E" minik markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin ümumi məbləği 3263 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahat verərək bildirmişdir ki, uzun müddətdir avtomobil idarə etmiş, bununla bağlı sürücülük vəsiqəsi və stajı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində etibarnamə ilə idarə etdiyi "Kia" markalı, **-VG-*** d.q.n-lı avtomobil ilə Masallı RMX-da Masallı şəhəri, H.Əliyev prospekinə gedən əlavə yolda həmin prospekt istiqamətində hərəkətdə olmuşdur. Yolun sağ tərəfində hərəkətdə olmuş və əsas yolda sol tərəfə getmək istəmişdir. Bu zaman həmin əlavə yoldan prospektə çıxan zaman əvvəlcə gözləyərək yolda hərəkəkədə olan avtomobilin birini gözləmişdir. Lakin yolun kənarında avtomobillər dayandlığı üçün Bakı prospekti tərəfdən gələn "Audi" markalı d.q.n-nı bilmədiyi avtomobilə toqquşmuşdur. Daha sonra həmin "audi" markalı avtomobil yolun digər tərəfində olan Bakı küçəsi istiqamətində hərəkət edən Mercedes E class" markalı, **-KL-*** d.q.n-lı avtomobillə toqquşmuşdur. O, hadisə zamanı avtomobilində tək olmuş və yol-nəqliyyat hasdisəsi nəticəsində o, xəsarət almamışdır. Digər iki nəqliyyat vasitəsində də yalnız sürücülər olmuşdur. O, həmin vaxt orada sürücülərin xəsarət alıb-almamasını dəqiq bilməmişdir. Hadisə zamanı hər 3 avtomobil deformasiyaya uğramışdır. Cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisə vaxtı avtomobili 30-40 km/saat surətlə idarə etmişdir. Onun həmin YNH-nin qarşısını almaq üçün texniki imkanım olmamışıdır. O, digər avtomobillərin hansı sürətlə hərtəkət etməsini dəqiq bilməmişdir. Hadisə zamanı o, xəsarət almamışdır. O, H.Əliyev prospektinə yüksək sürətlə daxil olmamış, həmin vaxt onun sürəti 30-40 km/saat olmuşdur. Onun avtomobillə bağlı bütün sənədləri vardır və həmin sənədləri Masallı RPŞyə təqdim edə bilməsini bildirmişdir. Beləliklə araşdırma zamanı toplanmış materialdan müəyyən olnmuşdur ki, Masallı şəhəri, İ Yeddioymaq kəndində yaşayan Cavabdeh idarə etdiyi "Kia" markal, **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobil Masallı RMX-dan Masallı şəhəri, H.Əliyev prospektinə gedən əlavə yoldan əsas yola çıxarkən Masallı şəhəri, H.Əliyev prospektindən Masallı şəhər istiqamqətində yolun sağ tərəfi ilə hərəkətdə olan Masallı rayonu, Ərkivan qəsəbə sakini X2 idarə etdiyi "Audi" markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobililə toqquşmuş, daha sonra isə sonuncu avtomobil onunla əks istqamətdə hərəkətdə Masallı rayonu, Dadva-2 küçəsində İddiaçı oğunun idarə etdiyi "Mercedes Benz" markalı **-KL-*** d.q.n-lı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 dekabr 2017-ci il tarixli qərarından görünür ki, X6 Şirəliyevə və üçüncü şəxs "X5" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş zərərin, avtomobildən istifadə edilməməsinə görə dəymiş ziyanın ödənilməsi tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 ve 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması, Qərar dərc edildiyi gündən qüvvəyə mindiyi, Qərar "Azərbaycan", "Respublika", "Xalq qəzeti", "Bakinski raboçi" qəzetlərində, "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı"nda dərc edilməsi, Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməyəcəyi qərara alınmışdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3263 (üç min iki yüz altmış üç) manat məbləği ziyan və 52.63 (əlli iki, altmış üç) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3263 (üç min iki yüz altmış üç) manat məbləğində ziyan və 52.63 (əlli iki, altmış üç) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar