Məhkəmə qərarları › İş №2(050)-241/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-241/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-241/2025 05.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1780 manat pul və ödənilmiş 38 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, yuxarıda qeyd etdiyi ünvanda ona məxsus olan avtomobil təmiri sexi vardır. Belə ki, təxminən 3 ay bundan qabaq Cavabdeh idarə etdiyi "Reno Meqan” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirmək üçün işlətdiyi avtomobil təmiri sexinə gətirdi. O, həmin vaxt cavabdehə bildirdi ki, adı qeyd edilən avtomobilin təmiri üçün 1780 manat məbləğində xərc tələb edir. Bundan sonra cavabdeh onunla razılaşaraq avtomobili təmir etməyi və nəzərdə tutulan 1780 manat pulu yaxın vaxtlarda ona qaytaracağına söz verdi. O, də cavabelehlə bu barədə razılaşdı və bundan sonra həmin avtomobili təmir etməyə başladı. Cavabdeh avtomobili ona təhvil verdikdən 3 gün sonra onun işlətdiyi sexə gələrək təmir pulunu yaxın vaxtlarda ödəyəcəyinə bir daha söz verdi. O, avtomobili təmir etdikdən sonra cavabdehə avtomobilin hazır vəziyyətdə olduğunu bildirmiş. Cavabdeh isə hazırda pulunun olmadığını və avtomobili ondan götürüb taksi fəaliyyəti ilə məşğul olduqdan sonra ona olan borcunu ödəyəcəyini bildirdi. Lakin o, həmin vaxt cavabdehlə razılaşmamış və avtomobil onun sexində qaldı. 13 avqust 2024-cü ildə tanımadığı 4 nəfər şəxs onun işlətdiyi avtomobil təmiri sexinə gələrək həmin avtomobilin onların işlətdiyi şirkətə məxsus olduğunu və həmin avtomobili özləri ilə aparacaqlarını bildirdilər və bu zaman onun həmin 4 nəfər şəxslə qısa müddətli sözlü mübahisələri oldu. Bundan sonra o bu barədə DİN-nin 102 Xidmət Mərkəzinə məlumat vermişdir. Qeyd edilən məsələ ilə bağlı tərəfindən Cəlilabad rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin araşdırma zamanı cavabdeh ona 1780 manat məbləğində borclu olduğunu etiraf etdi, Cəlilabad rayon X5 Bölməsi tərəfindən Cinayət işinin başlanmasının rədd edilməsi barədə 23 avqust 2024-cü il tarixli qərar qəbul edildi və məsələnin mülki xarakterli olduğu onlara bildirildi. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ona ödəyəcəyi 1780 manat pulu qaytarmır. Cavabdehdən dəfələrlə avtomobilin təmirinə görə olan borcunu tələb etsə də o, buna məhəl qoymur. Heç bir əsaslı səbəb göstərmir. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən də o, ağır maddi vəziyyətə düşmüş, ona maddi zərər dəymiş və onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında iddiaçı X4 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildridi ki, cavabdehə avtomaşın təmin etdirmiş, lakin imkanı olmadığı üçün təmir haqqını ödəyə bilmir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına olan: Cəliabad RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X3 tərəfindən qəbul edilmiş 23 avqust 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, təxminən 5 ay bundan qabaq qardaşı Natiq Əliyev icarə əsasında Bakı şəhər sakini Fərhad Əliyevdən "Reno Meqan” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdüyünü, sonradan həmin avtomobili qardaşının ona verdiyini, həmin avtomobilə görə bir ay icarə pulunu verdiyini, qalan ayları ödəyə bilmədiyini, təxminən 3 ay bundan qabaq idarə etdiyi avtomobil nasaz olduğu üçün həmin avtomobili Cəlilabad rayon 20 Yanvar küçəsində yaşayan və orada avtomobil təmiri sexi olan İddiaçı sexinə apardığını, həmin vaxtı Nəsimi avtomobilə baxaraq avtomobilin təmiri üçün detalları və zəhmət haqqı ilə birlikdə 1780 manat pul lazım olduğunu bildirdiyini, həmin vaxtı Nəsimi ilə razılşadığını və avtomobili təmir etməsi üçün ona verdiyini, pulunu isə qısa müddət ərzində ödəyəcəyini bildirdiyini, bundan sonra Nəsimi avtomobili təmir edərək ona zəng edərək pulunu istədiyini, lakin həmin vaxtı ailə üzvlərindən xəstə olduğu üçün və maddi vəziyyəti pis olduğu üçün Nəsiminin pulunu verə bilmədiyini, hal-hazırda İddiaçı 1780 manat borcunun olduğunu, həmin pulları qısa müddət ərzndə ödəyəcəyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Qaimə Fakturadan görünür ki, "Reno Meqan” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin alınması üçün 1462 manat pul ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən cavabdehin muzdun ödənilməsi üzrə öhdəliklərini yerinə yetirməyən şəxs kimi tanınması üçün tərəflər arasında elə hərəkətlərin göstərilməsi barədə müqavilənin olması zəruridir ki, cavabdeh onları yerinə yetirməli olduğu halda yerinə yetirmir və buna görə də mülki mübahisənin yaranmasına gətirib çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, iddiaçı cavabdehin avomaşınını təmir etməsi barədə öhdəliyi, cavabdeh isə bunun əvəzində 1780 manat muzd ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı hazırda cavabdehdən 1780 manat mənləğində borc məbləğinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən yekun olaraq 1780 manat məbləğində cavabdeh üçün iş görməsi və cavabdeh tərəfindən ümumiyyətlə ödəniş edilməməsi mülki işin mübahisəsiz halı olduğundan, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından muzdun tam şəkildə ödənilmiş olmasını sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh pulun verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 38 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1780 manat məbləğində pul vəsaiti və 38 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar