Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2416/2023 11.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi ziyan» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu 3033 manat miqdarında maddi ziyan və ödənilmiş 52 manat dövlət rüsumu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1990-cı il tarixdə Masallı rayonu, Boradigah kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. O, “Vaz-2107" markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını idarə edir. O, 31 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “VAZ-2107" markalı ** BR *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Boradigah-Lənkəran yolunun Lənkəran rayonu, Separadi kəndindən keçən hissəsində “Umud” şadlıq sarayının qarşısına çatanda əks istiqamətdə hərəkət edən Masallı rayonu, Xıl kənd sakini Cavabdeh idarə etdiyi “VAZ- 2345" markalı ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkət zolağına çıxmışdır. Bu zaman idarə etdiyi avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində o özü, onun idarə etdiyi maşında olan qaynanası və arvadı xəsarət almışdır. Eyni zamanda onun maşını əzilərək ona maddi ziyan dəymişdir. Baş vermiş hadisə barədə dövlət yol polis əməkdaşları gələrək araşdırma aparıb, yol-nəqliyyat hadisəsinin sxemini çəkdilər və hadisənin Cavabdeh təqsiri nəticəsində baş verdiyini müəyyən etmişlər. Cavabdeh məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə nəticəsində onun idarə etdiyi avtomaşına dəymiş maddi ziyanı müəyyən etmək üçün onu “Kamran" MMC-yə göndərmişlər. “Kamran" MMC-də onun idarə etdiyi avtomaşına baxış keçirildi və avtomaşına dəymiş ümumi ziyanın məbləği 3033 manat olduğu müəyyən olunmuşdur. Əvvəlcə Cavabdeh dəymiş ziyanı ödəyəcəyini bildirsə də, sonradan cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. O, maddi ziyanla bağlı dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh ona vurduğu maddi ziyanı könüllü olaraq ödəməkdən yayınmışdır. Odur ki, Cavabdeh ona vurduğu ziyanı məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd etdiyi faktlar işə əlavə edilmiş sənədlərlə də təsdiqini tapır və qanunvericiliyin normaları ilə həllini tapmalıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Lənkəran şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəydən görünür ki, “Vaz-2107" markalı ** BR *** dövlət nömrə nişanlı avtomaşına cəmi 3033 (üç min otuz üç) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-226/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cavabdeh ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanması, maddi sübut «VAZ 2345» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh qaytarılması nəzərə alınması, məhkəmə məsrəfləri 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Masallı Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(106)-463/2023 nömrəli qərarından görünür ki, məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-226/2023 nömrəli hökmü həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3033 (üç min otuz üç) manat maddi ziyan məbləği və 52 (əlli iki) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3033 (üç min otuz üç) manat maddi ziyan məbləği və 52 (əlli iki) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2416/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2416/2023
11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver