Məhkəmə qərarları › İş №2(050)-2451/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2451/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2451/2024 20.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 iki dəfə olmaqla ondan aldığı 2400 (iki min dörd yüz) manat, Cavabdeh2 ilə müştərək aldıqları 1000 (bir min) manat pulun və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Təzə Alvadı kənd sakini Cavabdeh2 və həmin kənddə daimi qeydiyyatda olmaqla Cəlilabad rayonun Böyük Bəcrivan kəndində qeydiyyatsız yaşayan Cavabdeh1 bir neçə ildir ki, tanıyır. İlk olaraq 2021-ci ilin axırlarından başlayaraq Cavabdeh1 Təzə Alvadı kəndində qaynaqçı işlədiyi sexə gedib-gələndə Bəhruzu orda görüb tanımış və onun İbadla dost münasibətlərində olduğunu görmüşdür. Həmin vaxtı o, ora öz evinin həyətinə darvaza düzəltməsini sifariş vermək üçün getmişdir. Sonda İbadla görüşüb, işin qiymətini razılaşmışlar və İbada ilk olaraq işə başlamaq üçün 800 manat pul vermişdir. İbad darvazanın ölçüsünü götürmək üçün onun həyətinə gələndə yaşadığı evi-həyəti tanımışdır. Bu ərəfələrdə İbadla onun arasında yaxşı münasibət yaranmışdır. Bir müddətdən sonra İbadın darvazanı düzəltmədən yarımçıq halda hansısa borclu olduğu qeyri şəxsə verməsini eşitmişdir. Odur ki, o, İbada ilk olaraq işi görməyə başlaması üçün verdiyi 800 manat behi geri tələb etmişdir. İbad hazırda pulu olmadığını, amma pulu tezliklə geri qaytaracağına söz vermişdir. Müəyyən vaxtdan sonra İbad həmin pulu hissə-hissə ona qaytarmağa başlamış və aralarında olan səmimiyyət dahada dərinləşmişdir. Onda İbada qarşı inam yaranmışdır. Bu ərəfədə İbad ona yoldaşının xəstə olduğunu və müalicəsi üçün 300 (üç yüz) manat pula ehtiyac olduğunu bildirmişdir. O, İbada 300 (üç yüz) manat borc pul vermiş və bütün bunlar İbada olan inamımdan irəli gəlmişdir. İbad bir müddətdən sonra həmin vediyi 800 (səkkiz yüz) manat pulu və əlavə aldığı borc pulu hissə-hissə geri qaytarmışdır. Artıq o, İbadla bir birlərinə dostcasına inamları yaranmışdır. 12 noyabr 2021-ci il tarixdə İbad ondan yenidən 400 (dörd yüz) manat pul istəmiş və bildirmişdir ki, əlinə maya salmaq istədiyini, işləyib borcu tezliklə geri qaytaracaqdır. İbad ondan əvvəl aldığı borcu geri qaytardığından o, İbada ona inanmışdır deyə, yenə də İbada 400 (dörd yüz) manat borc pul vermişdir və bu barədə İbad ona qəbz yazıb vermişdir. İbad aldığı bu pulu söz verdiyi vaxtı geri qaytarmamış, bildirmişdir ki, aldığı borcun geri qaytarma müddətini ötürsə də, az vaxtdan sonra həmin borcu qaytaracaqdır. O, da bu ümüdlə İbada inanıb gözləmişdir. Dəfələrlə bu pulu geri almaq üçün İbadla telefon danışıqları olmuş, İbadın işlədiyi sexə gedib-gəlmişdir. İki ilə yaxın müddət ötmüşdür ki, İbad borcu qaytaracağına söz vermişdir. Nəhayət İbad 29 noyabr 2023-cü il tarixdə Bəhruzla onlara gəlmiş, Bəhruza 1000 (bir min) manat borc pul lazım olduğunu bildirmiş və əlavə etmişdir ki, həmin pulu öz aralarında bölüşüb, qoyun-quzu alveri ilə məşqul olacaqlar və əldə etdikləri qazancdan əvvəl borc götürdüyü 400 (dörd yüz) manatı qaytaracaq və Bəhruzun adına götürəcəkləri 1000 (bir min) manatıda ikiləri geri qaytaracaqlar. İbad onu inandırmışdır ki, əgər əllərində mayaları olsa, onların yaxşı pul qazanmaq şansları var. Digər variantda 400 (dörd yüz) manat borcu geri qaytarmaq şansı yoxdur. Cavabdehlərin hər ikisi borcu qaytarmağa şans verməyini xahiş etmişlər və həmin borcu son qəpiyinə qədər qaytarmaq istədiklərinə onu inandırmışlar. Beləliklə o, Bəhruza 1000 (bir min) manat borc vermiş və qəbz verməsini tələb etmişdir. Bəhruz özünün yazı yaza bilmədiyini, əvəzində İbadın yazmasını təklif etmiş və öz imzasını atmışdır. Cavabdehlər bu borcu iki ay müddətinə götürməyə söz versələr də, sözlərinə əməl etməmişlər. O, yenədə cavabdehlərin borcunu tələb etməyə başlamış və cavabdehlər onu müxtəlif bəhanələr gətirməklə aldatmaqda davam etmişlər. Hətda Cavabdeh2 inandırıcı olsun deyə ona öz adına olan **********945685 nömrəli bank kartıda vermişdi ki, guya o, öz borcunu həmin kartdan da çıxara biləcəkdir. Amma o, həmin kartın PİN kodunu almamış, bildirmişdir ki, vaxtı çatanda o, Bəhruzun özünü dəvət edib Bəhruzun iştirakı ilə pulu çıxaracaqdır. Sonra o, həmin kartı yoxlamadan da görmüşdür ki, Bəhruzun kartı bloklanmış kartdır və Bəhruz onu aldatmaq niyyəti ilə kartı vermişdir. Sonucu dəfə İbad xx.xx.2024-cü ildə onun həyətinə gəlmiş və qızına toy etmək istədiyini və bunun üçün 2000 (iki min) manat borc verməyini xahiş etmişdir. İbad demişdir ki, əvvəl borclu olduğu 400 (dörd yüz) manatı və Bəhruzla müştərək aldığları 1000 (bir min) manat borcu hazırkı 2000 (iki min) manat pulla birlikdə, toy gecəsi toydan yığılmış pulla tam ödəyəcəyini bildirmişdir. O, bu faktın həqiqətə daha çox uyğun olduğunu və real şans kimi borcunu birdəfəlik geri ala biləcəyinə inanmışdır. Düşünmüşdür ki, İbad ondan aldığı borcları onsuzda hissə-hissə qaytarmaq imkanı ilə qaytara biləcəyi halda, o, öz pulunu birdəfəlik toyda yığılan pullardan götürə bilər. Bu niyyətlədə o, razılaşmış və yenidən İbada 2000 (iki min) manat borc pul vermişdir. İbad bu barədə qəbz yazıb imza atmış və onun özünü də, toya dəvət etmişdir. Söz vermişdir ki, həmin günü toyun sonunda yığılan puldan borclarınıda tam geri alcaqdır və bu şərt ilə razılaşıb pulu İbada vermişdir. Həmin günü dəvətli olduğu üçün toya getmiş, toyun sonunda İbadı çağırıb qulağına şərtini demiş və getmək istədiyini bildirmişdir. İbad indi başı qarışıq olduğunu bildirmiş və söz verdiki sabah saat 13 radələrində gəl iş yerinə pulunu götürsün. O, şəraitə uyğun razılaşmış və səhəri günü 14:00-da İbadın iş yerinə gəlmişdir. İbaddan pulunu istəyəndə İbad toydan ziyan etdiyini bildirmiş və borcu qaytara bilməyəcəyini demişdir. Sonra İbad həmin an Bəhruza zəng vurmuş və borclarının geri qaytarmağın vacib olduğunu bildirmişdir. Bəhruz isə cavabında indi imkanının olmadığını, ayın axrında qaytara biləcəyini söyləmişdir. Bundan sonra bir daha aldandığını görüb oradan birbaşa yaşadığı yer üzrə ərazi polis bölməsinə getmiş və şikayət etmişdir. Bundan sonra polisə çağrılan İbad bütün baş verənləri inkar etməklə fantazıyalar fikirləşərək özünə bəraət qazandırmağa başlamışdır. Polisdə də ünvanına böhtan xarakterli ifadələr işlətmişdir. O, İbadın dediklərinə əhəmiyyət vermədən baş verənləri təfsilatı ilə polisə bildirmişdir. Borcu qaytarmamaq üçün İbad ona şər-böhtan atmaqla şantaj etməkdə davam etdiyini görmüş və İbadın niyətini duymuşdur. Təqribən 5-6 gündən sonra Bəhruz onun həyətinə gəlmiş, hay-küy salmağa başlamış və əlində plastik qabda olan benzini ona görsətərərək özünü yandıracağı ilə onu hədələməyə başlamışdır. O, da cavabdehlərin ona hədə biçmələrinin və şantaj etmələrinin səbəbinin ona borcu qaytarmamaq niyyətlərinin olduğunu bilmişdir deyə xx.xx.2024-cü il tarixdə AR. DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub şikayət etmişdir. Yenidən bu barədə polis araşdırması zamanı hadisənin cavabdehlərin ona borclu olması səbəbindən qaynaqlandığı aşkar olunmuşdur. Cavabdeh1 bununla bağlı polisdə verdiyi açıqlamaların bir-biri ilə uclaşmadığı, ziddiyyət təşkil etdiyi aydın görünür. İbadın polisə verdiyi izahatında görsətmişdir ki, guya o, hansısa məqsədlə başqa bir şəxsdən 2000 (iki min) manat pul götürəcəyini, həmin pulun 1500 (bir min beş yüz) manatını özünə, qalan 500 (beş yüz) manatı İbada verəcəyini vəd etməklə guya 2000 (iki min) manat borca görə İbada qəbz yazdırmağa vadar etmişdir. Heç bir məntiqə sığmayan absurt ifadədir. O, bununla necə, hansı qaydada qazanc əldə edəcəyi ona aydın deyildir. Əgər 2000 (iki min) manatı almayıdırsa nə üçün İbad qəbzdə 2000 (iki min) manat aldığını yazmışdır. Eləcədə o, İbaddan borclarını tələb etmək üçün, hansı səbəbdən ona 500 (beş yüz) manat pul verəcəyinə vəd etməli idi? İbad hər gün, hər saat yeni-yeni fantazıyalar quralamaqla borcu geri qaytarmaq istəməmişdir. Odur ki, o, Cavabdeh1 iki dəfə olmaqla ondan aldığı 2400 (iki min dörd yüz) manat pulunu və Cavabdeh2 ilə müştərək aldıqları 1000 (bir min) manat borcunun geri almaq üçün məhkəməyə müraciət etmək qərararına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında onun iddiaçıya 2000 manat borcu qaldığı üçün həmin pulun alınıb iddiaçıya verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbinin qismən təmin edilməsini 500 manat pulun onlardan alınıb iddiaçıya verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 400 manat pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 2000 manat pul almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh2 İddiaçı 1000 manat pul almışdır. İş materiallarına əlavə edilmiş 29 iyun 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Cavabdeh2 izahatında göstərmişdir ki, İddiaçı onun barəsində etdiyi müraciət və yazdığı izahatla tanış olmuş həmin şəxslə ədavət və düşmənçiliyi olmamışdır. O, təxminən 7-8 ay əvvəl tanışı Cavabdeh1lə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhər sakını İddiaçı 1000 (bir min) manat pul borc göturmüş, bunun üçün sonuncunun yaşadığı fərdi yaşayış evinə gəlmişdir. Aralarında olan razılığa görə o, İddiaçı 1000 manat pul götürmüş və həmin pulun 500 (beş yüz) manat olan hissəsini tanışı Cavabdeh1 vermişdir. Razılığa görə həmin 1000 manat pulun müqabilində o və Cavabdeh1 hər ay hər birinə 100 (bir yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat pulu İddiaçı əlavə qazanc (faiz) olaraq ödəmış və həmin ödəniş eyni qaydada olmaqla 4 (dörd) ay davam etmişdir. Daha sonra maddi vəziyyətində problemlər yarandığı üçün o, qalan pulu ödəyə bilməmişdir və hazırda İddiaçı əsas məbləğdən olan 500 (beş yüz) manat pul borcu qalmaqdadır.xx.xx.2024-cü il tarixdə isə İddiaçı onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq pulunu istəmiş, bunun ardıyca telefonun dəstəyini asıb, "Whatsapp" ani mesajlaşma mübadilə sistemində ona "Pulumu gətir" ifadəsini özündə əks etdirən səs (audioyazı) mesajı göndərmişdir. Buna cavab olaraq o, İddiaçı zəng vurub, sonuncuya yaşadığı ünvana gələcəyini və uyğun bir yerdə bu barədə söhbət etmək istədiyını bildirmiş və Arif İbışov bununla razılaşmışdır. O az sonra idarə etdiyi VAZ markalı, **-UA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə İddiaçı yaşadığı ünvana gəlmiş, orada olan zaman sonuncunun yaşadığı evin həyətində onu gözlədiyini görmüşdur.O, Arıf İbişova yaxınlaşıb aralarındakı pul mübahisəsi barədə söhbət etmək istəyən zaman sonuncu səs- küy salmağa başlamış və "102" Xidməti-Zəng Mərkəzinə zəng vurmuşdur. Cavabdeh2 əlavə olaraq qeyd etmişdir ki, o, İddiaçı yaşadığı ünvanda olan zaman özünü yandırmağa cəhd etməmiş, habelə İddiaçı hədələməmişdir, eləcə də sonuncunun bu barədə dedikləri tamamilə şər-böhtan xarakterlidir. Araşdırma zamanı Cavabdeh1 Məmrnəd oğlu izahatında göstərmişdir ki, Cəlilabad rayonu, Göytəpə şəhər sakini İddiaçı AR DİN-nin "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Cəlilabad RPŞnin Göytəpə PB-nə ərizə ilə müraciəti, sonuncunun, tanışı Cavabdeh2 yazdıqları izahatlarla tanış olmuş və həmin şəxslərlə heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, ötən 2023-cü ilin noyabr ayında tanışı Cavabdeh2la birlikdə əvvəllər tanıdığı İddiaçı ümumilikdə 1000 (bir min) manat pul borc götürmək qərarına gəlmişdir. Bunun üçün o, tanışı Cavabdeh2la birlikdə İddiaçı yaşadığı ünvana yollanmış və onlar İddiaçı 1000 (bır min) manat pul borc göturmüş, razılığa əsasən isə həmin pulun yarı hissəsini o, qalan yarı hissəsini isə Bəhruz götürmüşdür.Ümumi razılığa görə bunun müqabilində o və Cavabdeh2 hər biri hər ay 100 manat olmaqla ümumilikdə 200 manat əlavə olaraq İddiaçı ödəniş etmiş, bu hal 4 (dörd) ay davam etmiş, sonra isə o va Cavabdeh2 götürdükləri borc pulu ödəyə bilməmişdir. Yekun nəticədə İddiaçı onu yaşadığı ünvana dəvət edərək borclarını geri ödəməklərini istəmiş, buna cavab olaraq sonuncu maddi imkanları olmadığını İddiaçı nəzərinə çatdırmış, bundan sonra Arif İbışov başqa bir kəsdən 2000 manat pul götürəcəyini, həmin pulun 1500 (bir min beş yüz) manat olan hissəsini özü götürəcəyini, qalan 500 manat olan hissəsini isə ona verəcəyini bildirərək, sonuncuya yazılı şəkildə ondan 2000 manat pul borc götürdüyünü öhdəlik olaraq üzərinə qoyan yazılı sövdələşməyə razılıq verməyinə səbəb olmuşdur. Bunun üçün o, 2000 manat pul borc götürməyi barədə yazılı sənəd tərtib edərək imzalamış, lakin sonradan İddiaçı bu razılığı pozaraq ona verməli olduğu 500 manat pulu da verməkdən imtina etmişdir. Hazırda İddiaçı 2000 manat pulu ondan götürməsini iddia etməsinə baxmayaraq belə bir hal yaşanmamışdır və sonuncunun bu barədə dedikləri şər böhtan xarakterlidir. O hal hazırda Arıf İbişova 400 (dörd yüz) manat pul borcludur. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan və materiallardan görünür ki, İbişov X4 RPŞ-nə müraciət edərək ona məxsus 2400 manat pulunu Cavabdeh1 və 1000 manat pulunu Cavabdeh2 adlı şəxslər tərəfindən mənimsənildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əssən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə işin faktiki və hüquqi hallarını müqayisəli təhlil edərək qeyd edir ki, İddiaçı Cavabdeh1 2400 manat və Cavabdeh2 ilə müştərək aldığı 1000 manat pulun alınıb ona verilməsini xahiş etməsinə baxmayaraq məhkəmə iclasında İddiaçı bildirdi ki, Cavabdeh1 borc aldığı 2400 manat puldan 400 manatını qaytarmışdır, həmçinin Cavabdeh2 qəbzlə aldığı 1000 manat puldan 500 manatı ona qaytarmışdır, ona görə də Cavabdeh1 2000 manatın və Cavabdeh2 aldığı puldan qalan 500 manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən iddia qismən təmin edilərək Cavabdeh1 2000 manat, Cavabdeh2 500 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 55 (əlli beş) manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 2000 (iki min) manat, Cavabdeh2 500 (beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 55 (əlli beş) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar