Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2460/2023 26.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X3 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «cavabdeh törətdiyi yol qəzası zamanı onun avtomobilinə dəymiş 1800 (min səkkiz yüz) manat zərərin ödənilməsi» barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh yol qəzası zamanı kobud şəkildə törətdiyi pozuntuya əsasən onun avtomobilinə dəymiş 1800 manat zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat təqribən 15:00 radələrində tanımadığı və adının bilmədiyi, sonrada bildiyi Cavabdeh idarə etdiyi VAZ 2107 **-FX-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə onun avtomobilinə xəsarət yetirmişdir. Onun idarə etdiyi CİTROEN **-TH-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə Zabrat adlanan istiqamətlə Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən zaman işıqforu keçəndən 5 metr sonra onun avtomobilinin qarşı tərəfi ilə idarə edən **-FX-*** dövlət qeydiyyat nömrəli VAZ 2107 (Jiquli) markalı maşın ilə Balaxnı istiqamətinə getdiyi zaman həmin istiqamətdə geriyə dönüşü qadağan edən düz xətti kobud şəkildə pozan Cavabdeh qadağan edən yer xəttini dönərkən onun idarə etdiyi CİTROEN markalı avtomobilimin qabaq sağ işıq, ön bamperin soloskası, knopka və ön sağ qanadımn dönmə işığına dəyərək onun idarə etdiyi avtomobilə xəsarət yetirmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə vaxtı Yol Polis əməkdaşına xəbər verilmiş, hadisəni araşdıran zaman bəlli olmuşdur ki, **-FX-*** dövlət qeydiyyat nömrəli avtomobilin icbari sığortası yoxdur. Ona dəymiş ziyanı sığorta qarşılamayacağını bildirən DYPİ-nin polis baş leytenantı X1 demişdir. O, da məcbur qalaraq yol polisindən sənədləri alan kimi avtomobilinə dəyən zərərin ödənilməsi üçün avtomobilini Müstəqil Ekpertizasına baxışa aparmışdır. Avtomobilinə dəymiş ziyanı və təmir bərbasının haqqında rəy çıxarılmışdır. Avtomobilə baxış keçirən Müstəqil Ekpertiza eksperti F.M.Bağırov onun maşınına dəymiş zərərin 1800 (min səkkiz yüz) manat dəyərlənmişdir. Dəymiş ziyanı qiymətləndirən həmin ekspert Qüsur Aktını sübut kimi məhkəməyə təqdim edilmiş sənədlərə əlavə etmişdir. Həmin sənədlərə əlavə DYP əməkdaşının ona verdiyi Faiq Hidayət oğluna aid yazılan cərimə protokolunun və sürücülük vəsiqəsini və avtomobilə aid sənədlərlə birlikdə məhkəməyə təqdim etmişdir. Cavabdehin avtomobilinin sığortası olmadığından onun avtomobilinə dəymiş 1800 manat zərəri cavabdeh özü şəxsən ödəməlidir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Müstəqil ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “CİTROEN C-ELYSEE” markalı, ** TH *** dövlət nömrə nişanlı avtomaşına cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində zərər dəymişdir. S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarına uyğun olaraq «Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu(delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1800 (bir min səkkiz yüz) manat maddi ziyan məbləği və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat maddi ziyan məbləği və 38 (otuz səkkiz) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2460/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2460/2023
26.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver