Məhkəmə qərarları › İş №2(050)-248/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-248/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-248/2023 08.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı 15 iyul 2022-ci il tarixə kimi istehlak etdiyi 47.50 manat debitor borc, 1533.60 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1617.30 manat pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh 15 iyul 2022-ci il tarixə kimi istehlak etdiyi 47.50 manat debitor borc, 1533.60 manat təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində hesablanmış dəymiş ziyan, ödənilmiş 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 1617.30 manat pul tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı Lənkəran X5 İdarəsinin Masallı rayonu üzrə Xidmət Sahəsində abonent kodu **********03330 olmaqla fasiləsiz təbii qazdan istifadə edir. Cavabdeh mənzilində təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə 15 iyul 2022-ci il tarixə 1533.60 manat və istifadə etdiyi təbii qaza görə 47.50 manat borcu yaranmışdır. Lənkəran RQİİ-nin mütəxəsisləri tərəfindən Lənkəran RQİİ-nin balans və istismarda olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə araşdırılmaqla rəsmiləşdirilmişdir. Cavbdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn faktlar və hallar Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Lənkəran RQİİ-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olnmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına əsasən Lənkəran X5 İdarəsinin mütəxəssisləri tərəfindən cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində cavabdeh tərəfindən İddiaçı İB-nə xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 1533.60 manat maddi zərər dəymişdir. İddiaçı Lənkəran X5 İdarəsi tərəfindən 1533.60 manat borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq cavabdeh borcunu ödəməmiş, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərini pozmuşdur. İddiaçı nümayəndəsi X2 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbuıl edərək izahaında bildrmişdir ki, onun debitor borcu olsa da, qazdan qeyri-qanuni istifadə etməmişdir. Videogörüntüdə olan ev ona məxsus olsa da, əlavə qoşulmadan məlumatı yoxdur. Bundan başqa o, ümumiyyətlə kombi sistemindən istifadə etmir və yay aylarında da bu mümkün deyil. Ona görə də iddianın debitor borc hissəsinin təmin olunmasını, ziyan tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı əməkdaşları Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə baxış keçirən zamanı sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə halı aşkar edilmiş və təbii qazdan istifadə edilməsinə görə dəymiş ziyan məbləğinin hesablanması barədə akt tərtib edilmişdir. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə qeyd olunmuşdur ki, Cavabdeh aktı imza etməkdən imtina etmişdir. İddiaçı Lənkəran X5 İdarəsinin rəisi Azər Musayev tərəfindən təsdiq edilmiş 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Masallı rayonu, Qəriblər kəndində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinin qaz sayğacdan kənar qeyri-qanuni xətt olduğu üçün qaz işlədicilərindən PQ-2 maksimal saatlıq qaz sərfi 0.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Su qızdırıcısı Kombi maksimal saatlıq qaz sərfi 6.5 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. Cəmi 15336 m3 itirilmiş qaz hesablanmışdır. Abonentin saldosundan görünür ki, Masallı rayonu Qəriblər kənd sakini Cavabdeh 1581.10 manat borc yazılmışdır. Videogörüntü olan CD diskinə baxış keçirilən zaman, Cavabdeh məxsus fərdi yaşayış evində qyeri-qanuni qaz xətti çəkilməsi müəyyən olunur. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı İB məhkəmədə iddia qaldırmaq üçün 35.80 manat dövlət rüsumu, 0.40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qaydaların 3.4.1.-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. ARDNŞ Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarının qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir:

2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;

3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;

4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Azərbaycan Respublikası Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, Cavabdeh alğı-satqı müqaviləsinin şərtlərini pozmuş, istehlak etdiyi qazın pulunu tam ödəməmiş, nəticədə 47.50 manat borcu yaranmışdır. Ona görə də həmin məbləğ ondan tutulmalıdır. Məhkəmə dəymiş maddi ziyan tələbinə münasibətdə qeyd edir ki, Cavabdeh qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Lakin məhkəmə dəymiş ziyan məbləğini müzakirə edərək qeyd edir ki, Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən dəymiş ziyan məbləği real zərərə uyğun olmalıdır. xx.xx.2021-ci il tarixli, ******* nömrəli akta əsasən, cavabdehin qanunsuz qaz xəttinə qoşulması aşkar olunmuşdur. Lakin hansı əsasla 90 gün ərzində 24 saat maksimal qaz sərf olunması üzrə ziyanın hesablanması, eləcə də cavabdehin kombi istilik sistemindən istifadə etməsi müəyyən deyil. Bundan başqa cavabdehin etirazına görə o, kombi istilik sistemindən istifadə etmir. Həmçinin nəzərə alınmalıdır ki, aktın tərtib olunmasından əvvəl iyun, iyul və avqust aylarında həmin istilik sistemindən istifadə etməyə zərurət də yoxdur. Göründüyü kimi, dəymiş ziyan hesablanarkən qeyd olunan qeyri-müəyyənliklərə hüquqi qiymət verilməli, real ziyan müəyyən edilməlidir. İddiaçı tərəf “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də hesablama qaydası qeyd etsə də, məhkəmə akt üzrə ziyanın real olmasını həqiqətə uyğun hesab etmir və kombi istilik sisteminə görə hesablanmış 14040 kub.m qaz sərfiyyatı üçün ziyan tələbini əsassız hesab edir. Belə olan halda iddia 47,50 manat debitor borc və 1296 kub.m itirilmiş qaz sərfiyyatlna görə 129,60 manat ziyan həddində əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 47.50 manat debitor borc, 129,60 manat dəymiş ziyan, 35.80 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı, cəmi 230,30 manat pul alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar