Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2482/2025 06.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh Masallı Rayon Məhkəməsinin hakimlərinə və sədr vəzifəsini icra edən hakim Zeynalov Zeynal Ağabala oğluna etirazına Masallı Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurduğu maddi ziyana görə 7400 manat və ödənilmiş dövlət rüsumuna görə 94 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş Elektron Məhkəmə informasiya Sistemi vasitəsilə təsadüfi paylama qaydasında Masallı Rayon Məhkəməsinin sədri Əliyev Firdovsi Zülfü oğlunun icraatına verilmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh yazılı etiraz edərək, onun işinə Masallı Rayon Məhkəməsində baxılmamasını xahiş etdi. Etirazını şifahi və yazılı qaydada onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmədə arxiv müdiri vəzifəsində çalışır və proseslərə müdaxilə edə bilər. İşə Masallı Rayon Məhkəməsində bütün hakimlər tərəfindən baxılmasına etiraz edir. Məhkəmə hazırlıq iclasında İddiaçı Cavabdeh etirazına münasibət bildirərək qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Masallı Rayon Məhkəməsinin 04 dekabr 2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iş üzrə işə baxan hakim Abdullayev Coşqun Şamil oğlunun özü-özünə etirazı təmin edilərək işin baxılmasının sədr Əliyev Firdovsi Zülfü oğlunun icraatına verilməsi qərara alınmışdır (sədr Əliyev Firdovsi Zülfü oğlunun iş yeri dəyişdirildiyindən xx.xx.2026-cı il tarixdə mənim icraatıma verilmişdir). Sədrlik edən məhkəmənin digər hakimidə məhkəmə hazırlıq iclasında özü-özünə etiraz edərək bildirmişdir ki, işə baxan hakim olaraq o özü və iş üzrə İddiaçı xeyli müddətdir ki, eyni məhkəmədə fəaliyyət göstərirlər və işlə bağlı mütəmadi ünsiyyətdə olurlar. Aralarında səmimi münasibətlər mövcuddur. Belə vəziyyətdə İddiaçı qismində olduğu işə onun sədrliyi ilə baxılması, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq proses iştirakçılarının (xüsusən də cavabdeh tərəfin) ədalətli məhkəmə araşdırmasına olan inamını sarsıda bilər. İş üzrə çıxarılacaq yekun məhkəmə qərarının obyektivliyinə, bununla da bilavasitə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul edəcəyinə proses iştiakçıları tərəfindən yarana biləcək şübhələrin olmaması üçün hesab edir ki, hazırki iddiaya onun sədrliyi ilə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq, düzgün deyildir. Ona görə də hazırki iş üzrə özü-özünə etiraz etmiş və mülki işin baxılması məhkəmənin başqa hakiminə verilməsini xahiş etmişdir. Cavabdeh məhkəmənin hakimlərinə etirazına münasibət bildirərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hesab edirəm ki, etiraz qəbul edilməlidir. Mülki iş və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iş üzrə icraatın obyektivliyini, qərəzsizliyini və ədalətliliyini hər hansı mümkün şübhələrdən qorumaq üçün özüm-özümə etiraz edərək işə başqa rayon məhkəməsində baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 3- 24/2005 nömrəli Qərarının 2.2-ci bəndində qeyd edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.1-ci bəndində qeyd edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. Həmin Qərarın 5.5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, Azərbaycan Respublikası MPM-nin 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. Cavabdehin etirazına münasibət bildirərək qeyd edirəm ki, Cavabdeh hazırki mülki iş üzrə qəbul ediləcək qətnamənin qanuniliyinin şübhə altına alınacağını bildirir və şübhələrini əsaslandırmağa çalışır, iş üzrə iddiaçı həqiqətən də Masallı Rayon Məhkəməsinin əməkdaşı olmaqla, hazırki vəziyyətdə həmin işə Masallı Rayon Məhkəməsinin hakimləri tərəfindən mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi tərəflər arasında həmin qərarın obyektivliyinə şübhə doğura bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 19.1 və 19.1.7-ci maddələrinin məzmununa görə hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Ona görə də hesab edirəm ki, hazırki işə məhkəmənin digər hakimləri tərəfindən baxılması məqsədəmüvafiq deyildir və iş üzrə gələcəkdə qəbul ediləcək qərarın şübhə altına alınmaması baxımından cavabdehin Masallı Rayon Məhkəməsinin hakimlərinə etirazı və özüm-özümə etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21-23-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh Masallı Rayon Məhkəməsinin hakimlərinə etirazı və özüm-özümə etiraz baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Masallı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-2482/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2482/2025
06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver