Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-251/2023 18.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq birgə nikahdan doğulmuş 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehin əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində bir uşağa görə 70 manat, cəmi 140 manat aliment miqdarının artırılaraq hər ay bir uşağa görə 200 manat, cəmi 400 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər faktiki olaraq ailə qurmuşlar, 02 avqust 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 06 iyul 2014-cü ildə X6 və 18 aprel 2016-cı ildə X7 anadan olmuşdur. Masallı rayon məhkəməsinin 2(050)- 903/2020 saylı, 04 may 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 manat, cəmi 140 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin məbləğlə uşaqları saxlaya bilmir, maddi imkanı yoxdur, ona görə də ödənilən aliment miqdarının artırılaraq hər uşaq üçün 200 manat, cəmi 400 manat müəyyən olunması xahiş olunur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını haqlı hesab edir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 06 iyul 2014-cü ildə X6, 18 aprel 2016-cı ildə X7 doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası X5 qeyd edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-903/2020 saylı, 04 may 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi pozulmuş, 06 iyul 2014-cü il təvəllüdlü X3 və 18 aprel 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 manat aliment tutularaq X2 ödənilməsi qət edilmişdir. Qətnamədə həmçinin qeyd olunmuşdur ki, Cavabdeh 07 iyun 2019-cu il tarixdən "xxxx" MMC-də Anbardar vəzifəsində işləyir və onun aylıq əmək haqqı 350 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər faktiki olaraq ailə qurmuş, 06 iyul 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 06 iyul 2014-cü ildə X6 və 18 aprel 2016-cı ildə X7 anadan olmuşdur. Masallı rayon məhkəməsinin 2(050)-903/2020 saylı, 04 may 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar ananın himayəsində saxlanılmış və uşaqların yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 manat, cəmi 140 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X4 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün 04 may 2020-ci il tarixli qətnamə ilə əmək haqqının 1/3 hissəsi və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 manat, cəmi 140 manat aliment miqdarı müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna əsasən uşaqların minimum yaşayış məbləği 220 manat müəyyən edilmişdir. Ona görə də alimentin miqdarı artırılmalıdır. Məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alaraq, aylıq aliment məbləğinin hər uşaq üçün 1/3 hissə aliment tutulmasından əlavə, sabit pul məbləği hissəsinin artırılaraq 120 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-903/2020 saylı, 04 may 2020-ci il tarixli qətnaməsi ilə 06 iyul 2014-cü ildə anadan olmuş X3 və 18 aprel 2016-cı ildə anadan olmuş X1 üçün müəyyən edilmiş hər uşaq üçün 1/3 hissə aliment tutulmasından əlavə, sabit pul məbləği hissəsi artırılaraq 120 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-251/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-251/2023
18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver