Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-252/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (050)-252/2025 saylı qətnaməsi ilə kəsilmiş 120 manat alimentin miqdarının artırılaraq 500 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (050)-252/2025 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat alimen tutulub ona verilməsi qət edilmişdir. Hazırda həmin alimentlə uşağının təlabatını ödəyə bilmir. Baxmayaraq ki, ölkə üzrə yaşayış minimumu dəfələrlə artmışdır. Uşağın təlim-tərbiyyəsi və təhsili ilə özü məşğul olduğundan heç bir yerdə işləmir və başqa gəliri yoxdur. Cavabdeh isə Azərbaycanda və Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla yaxşı gəlir əldə edir. Cavabdehdən dəfələrlə alimentin miqdarının artırılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhrəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edib belə hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndində göstərilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi iddia tələbi minimum əmək haqqı məbləğinin artımına əsaslanır, yəni iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. Məhz bu səbəbdən də hazırki işə iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında baxılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikası MPM 231-ci maddəsinə əsasən qətnamənin icrası qaydasında ərizə ilə aidiyyatı məhkəməyə müraciət edə bilər. Qərradaddan rəsmi qaydada verildiyi gündən 10 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-252/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-252/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver