Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2522/2025 08.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(050)- 302/2018 saylı qətnaməsi əsasında kəsilən 100 manat alimentin qaldırılaraq 235 manata çatdırılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(050)-302/2018 nömrəli qətnaməsi ilə övladı X3 yaşaması üçün hər ay 100 manat mebləğində aliment olaraq X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmuşdur. Həmin vaxtdan 7 il keçməsi və uşaqın böyüməsi əlavə xərclərinin həddən artıq çoxalması həmin məbləğlə uşaqın yaşaması mümkün olmaması onu yenidən məhkəməyə müraciət etməyinə səbəb yaratdı. Keçmiş yoldaşı övladı Tağıyev Əlinin atası hal hazırda 700 və daha yuxarı əmək hakkı alması buna əsas verir ki, alimenti maksimum dərəcədə uşaqın saxlanılması üçün ödəsin. Övladına maddi yardım göstərə biləcəyi halda heç bir maddi yardım göstərmir. Övladları az yaşlı olduğu üçün heç yerdə işləmir. Bununla əlaqədar olaraq o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideyinlərin borcudur. Azərbaycan Respublikasının 2024-ci il üçün yaşayış minimumu haqqında qanununa əsasən 2024-ci il yanvarın 1-dən etibarən uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1. 8.4-cü bəndə əsasən aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Ərizənin məzmunundan aydın olur ki, İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Tələbini minimum əmək haqqının artması ilə əlaqələndirir və indeksasiya xarakteri daşıyır. Məhkəmə hesab edir ki, hazırki tələb qətnamənin icrası qaydasında baxılmalıdır. Bu səbəbdən, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı alimentin məbləğinin indeksasiyası olunması barədə ərizə ilə qətnamənin icrası qaydasında icraya nəzarət edən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(050)-2522/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2522/2025
08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver