Məhkəmə qərarları › İş №2(050)-2523/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2523/2023

06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2523/2023 06.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı1, İddiaçı2, X3 və X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2, X3 və X1 Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçılar özlərinin və cavabdehin faktiki yaşayış ünvanını ümumi olaraq göstərsə də, yaşayış evinin dəqiq nömrəsi, habelə mobil nömrələr qeyd olunmamışdır. Həmçinin iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd işə əlavə edilməyib. Bununla da onlar, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2., 150.1. və 150.1.2.-ci maddələrinin tələblərinə riayət etməmişdir. Belə olan halda iddia ərizəsi və əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Həmin maddədə qeyd edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra İddiaçı1, İddiaçı2, X3 və X2 ümumi qaydada ikinci dəfə məhkəməyə müraciə edə bilər. Yuxarıdakılara əsasən və MPM-in 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əsədov İddiaçı1, İddiaçı2, X3 və X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə verilə bilər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar