Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2545/2024 18.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi İddiaçı Masallı rayonunun Mahmudavar Bələdiyyəsinin nümayəndəsi, bələdiyyə sədri X2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə. İddiaçı Masallı rayonun Mahmudavar Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddiaçınə məxsus olan 0,70 ha torpaq sahəsi cavabdehin atası İlyas Fərəcova icarəyə verilmişdir. Cavabdeh icarə müqaviləsinin şərtlərinə əməl etməmiş, dəfələrlə icarə müqaviləsi ilə bağlı yeni icarə müqaviləsindən irəli gələn tələbləri yerinə yetirmək üçün onunla söhbətlər aparılmış, lakin heç bir nəticəsi olmamışdır. Sonradan torpağı icarəyə götürən İlyas Fərəcov vəfat etmişdir. Oğlu hazırkı cavabdeh atasına vaxtı ilə verilmiş icarə torpaq sahəsini buraxmır və öz məqsədi üçün istifadə edir. Odur ki, İddiaçı ilə cavabdeh arasında olan icarə müqaviləsinin icrasına xitam verilməsi məqsədəmüvafiq hesab edilməlidir. İddiaçının tələbi: İddiaçı ilə mərhum X9 arasında olan 25 fevral 2015-ci il tarixli icarə müqaviləsinin icrasına xitam verilməsi və Cavabdeh torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək İddiaçı ilə mərhum X9 arasında olan 25 fevral 2015-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Cavabdeh torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz verilmiş və etirazda göstərilmişdir ki, iddiaçı icarə haqqı tələbi ilə bağlı onlara göndərdiyini iddia etdiyi məktubların surətlərini iş materiallarına əlavə etmiş, lakin həmin məktubların göndərilməsini təsdiq edən hər hansı sənəd, o cümlədən poçt qəbzi, bildirişi, xəbərnamə və ya digər hər hansı sənədi əlavə etməmişdir. İcarə haqqı atası tərəfindən ödənilmişdir. Bu belə olmasaydı, sağlığında ona qarşı tələb irəli sürülərdi. Buna baxmayaraq atasının ruhuna hörmətsizlik olmasın deyə, tələb olunan icarə borcunu o ödəmişdir. Əgər iddiaçı icarə borcuna görə müqaviləni ləğv edib torpağı geri almaq istəyirsə, icarə borcu ödənildiyindən borc yoxdur. Bu isə tələbin əsasının olmamasını göstərir. Məhkəmə Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən etirazın nəzərə alınmaması qənaətinə gəlir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı Masallı rayonunun Mahmudavar Bələdiyyəsinin nümayəndəsi, bələdiyyə sədri X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla X9 arasında 15 il müddətinə 25 fevral 2015-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İlyas Fərəcov ona torpaq sahəsindən istifadəyə görə illik 95 manat icarə haqqı ödəməli idi. Lakin onun tərəfindən icarə müqaviləsinin şərtləri kobud şəkildə pozulmuş, 2015-ci ildən etibarən 9 il ərzində icarə haqqı ödənilməmişdir. Həmçinin icarə müqaviləsində nəzərdə tutulmadığı halda torpaq sahəsi digər şəxslərin istifadəsinə verilmişdir. Bu barədə polisə şikayət edilmiş və araşdırılma aparılmışdır. Bundan əlavə icarə müqaviləsi üzrə yaranmış icarə haqqı borcunun ödənilməsi üçün qarşı tərəfə bildiriş ünvanlanmış, həmçinin qeyri rəsmi qaydada tanışları vasitəsilə xəbər göndərmişdir. Bütün bunlara baxmayaraq qarşı tərəf müqavilə üzrə öhdəliklərini icra etməməklə tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi üçün heç bir addım atmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddiası tam əsaslıdır və təmin olunmasını xahiş etmişdir. Cavabdeh izahatında bildirdi ki, X9 onun atasıdır. O, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atası tərəfindən icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. Atasının müqavilə üzrə hər hansı borcu olmamışdır. Lakin qarşı tərəfin borc iddiasına əsasən təkrarən 665 manat məbləğində icarə haqqına dair ödəniş etmişdir. Həmçinin iddiaçı tərəf izahatında icarə haqqlarının ödənilməməsinə görə onlara xəbərdarlıq bildirişlərinin göndərilməsini iddia etdə də, belə bildirişlər göndərilməmişdir. Bundan əlavə bildirişlərin göndərilməsinə dair xəbərnamə və ya hər hansı qaimə iş materiallarında mövcud deyildir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda cavabdeh tərəfindən 665 manat məbləğində icarə haqqı ödənilmişdir. Bu halda hesab edir ki, iddia üzrə əsas aradan qalxmışdır. Müqavilə münasibətlərinin davam etdirilməsi üçün heç bir maneə və ya hüquq pozuntusu yoxdur. Bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sübutlar: Masallı Rayon Mahmudavar Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 03 saylı protokolundan görünür ki, icarə predmeti olan 0,70 ha kənd təsərrüfatı məqsədi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahəsi Masallı rayonu Mahmudavar kənd sakini X7 11 səs çoxluğu ilə hərrac yolu ilə icarəyə verilmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu Mahmudavar kəndində yerləşən ********** qeydiyyat nömrəli 0,70 ha torpaq sahəsi üzərində xx.xx.2014cü il tarixdə Masallı Rayon Mahmudavar Bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli müqavilədən görünür ki, Masallı Rayon Mahmudavar Bələdiyyəsinin sədri X10 tərəfindən 0,70 ha torpaq sahəsi Masallı rayonu Mahmudavar kənd sakini X7 15 il müddətinə icarəyə verilmişdir. Müqavilə üzrə illik 95 manat icarə haqqı müəyyənləşdirilmişdir. ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Masallı rayonu Mahmudavar kəndində yerləşən Mahmudavar Bələdiyyəsinin mülkiyyətində olan 0,70 ha torpaq sahəsi üzərində xx.xx.2015-ci il tarixdə X5 icarəçi kimi hüququ qeydiyyata alınmışdır. Masallı Rayon Mahmudavar X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli 34 №-li məktubundan görünür ki, bələdiyyəyə olan 665 manat icarə haqqı borcunu 10 gün müddətində ödəmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Masallı Rayon Mahmudavar X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 14 №-li məktubundan görünür ki, 7 ildir ki, icarə haqqının ödənilmədiyi və məhkəmə qaydasında torpaq sahəsi ilə müqaviləyə xitam veriləcəyinə dair xəbərdarlıq edilmişdir. Masallı Rayon Mahmudavar X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 69 №-li məktubundan görünür ki, 760 manat icarə haqqı borcunun ödənilmədiyi və buna görə də məhkəmə qaydasında torpaq sahəsinin icarəsinə dair müqaviləyə xitam veriləcəyinə dair xəbərdarlıq edilmişdir. Masallı Rayon Mahmudavar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 18 saylı iclas protokolundan görünür ki, Masallı Rayon Mahmudavar Bələdiyyəsinin sədr müavini X3 bələdiyyə sədri vəzifəsi həvalə edilmişdir. Masallı Rayon Mahmudavar Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 31 saylı iclas protokolundan görünür ki, Masallı rayon Mahmudavar kənd sakini X7 bələdiyyə mülkiyyətinə dair kənd təsərrüfatı təyinatlı 0,70 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verildiyi üçün istifadə müddətində icarə haqlarını ödənilməsi barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq vaxtında ödəmədiyinə görə müqavilə şərtlərini pozmuş, həm də xx.xx.2024-cü il tarixdə vəfat etdiyini nəzərə alıb onun torpaq sahəsi üzərində istifadə və icarə hüququna xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ sübyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 241.2. maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 719.6. İcarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvim ili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. Etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. 719.7. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu barədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. 722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. 722.4. Əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47.6. bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 73.1 Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir. torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icarəyə verənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanununun 23-cü maddəsinə əsasən icarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməli, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməli, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməsi, icarəyə götürülmüş dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə görülən işlərə dair informasiya sisteminə məlumat təqdim etməlidir. Həmin Qanununun 15-ci maddəsində qeyd olunmuşdur ki, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarından görünür ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur. İşə baxan məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki və mübahisəsiz halları ilə məlum olur ki, Masallı Rayon Mahmudavar Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli, 03 saylı protokolu üzrə icarə predmeti olan 0,70 ha kənd təsərrüfatı məqsədi üçün bələdiyyə mülkiyyətində olan torpaq sahəsi Masallı rayonu Mahmudavar kənd sakini X7 11 səs çoxluğu ilə hərrac yolu ilə icarəyə verilmişdir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək təqdim olunmuş ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki Prosessual Məcəllənin istinad olunmuş maddələrinin tələblərinə uyğun olaraq və göstərilən maddi hüquq normalarına və məhkəmə araşdırması ilə müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, Masallı Rayon Mahmudavar Bələdiyyəsi ilə X9 arasında 15 il müddətinə etibarlı icarə müqaviləsinin bağlanması mübahisəli hal deyildir. Cavabdeh X5 icarə hüququ üzrə 0,70 ha bələdiyyə torpaq sahəsindən istifadə hüququ DƏDRX-də rəsmi qeydiyyata alınmışdır. İcarə müqaviləsinin şərtlərinə görə X9 hər il icarə haqqı olaraq 95 manat bələdiyyəyə pul ödəməlidir. Hazırki iddia tələbi üzrə işin mübahisəli halları: 1) X5 9 il ərzində icarə haqqını ödəməməsi; 2) Mahmudavar bələdiyyəsi tərəfindən cavabdehə müqavilənin ləğvi ilə bildirişlərin göndərilib göndərilməməsi Birinci mübahisəli hala münasibətdə məhkmə qeyd edir ki, mərhum X5 oğlu olan Cavabdeh qeyd edilən illər ərzində icarə haqqının vaxtı-vaxtında ödənilməsinini iddia etsə də, buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, müqavilə üzrə öhdəliklərin X9 tərəfindən icra edilmədiyi təsdiqini tapmış hesab olunur. İkinci mübahisəli hala münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərlə X7 icarə borcunun ödəməsi, əks halda müqaviləyə məhkəmə qaydasında xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh qeyd edilən bildirişlərin ona çatmadığını iddia etsə də, məhkəmə bişdirişlərin hazırkı iş üzrə cavabdehə deyil, müqavilənin tərəfi kimi icarəçi mərhum X7 ünvanlanmasını nəzərə alaraq, bu halda həmin bildirişlər barədə Cavabdeh məlumatlı olmaması halını bildirişlərin göndərilməmiş hesab edilməsi üçün əsas kimi nəzərə ala bilməz. Bundan əlavə cavabdeh tərəf xx.xx.2024-cü il tarixdə keçirilmiş Masallı Rayon Mahmudavar Bələdiyyəsinin 31 saylı iclas protokolunun etibarsızlığını mübahisələndirmiş, icarə müqaviləsinə xitam verilməsi barədə protokolun tarixindən də göründüyü kimi iddia ərizəsinin məhkəməyə təqdim edildiyi vaxtdan sonra tərtib edildiyini bildirmişdir. Lakin məhkəmə həmin protokola nəzərən hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarını əsas götürməklə qəbul edilmiş protokolu sonradan bəyənilmə kimi qiymətləndirir və etibarlı hesab edir. Məhkəmə hesab edir ki, işin mübahisəli hallarına məhkəmə tərəfindən qiymət verildiyindən tərəflər arasında pozulmuş hüquq münasibətlərinə qiymət verilməlidir. İşin tam, obyektiv və hərtərəfli araşdırılmış halları ilə müəyyən edilir ki, icarə müqaviləsi üzrə Masallı Rayon Mahmudavar Bələdiyyəsinin icarəyə verən kimi hüquqları pozulmuşdur. Belə ki icarəçi tərəfindən müqavilə üzrə öhdəliklərin, yəni icarə haqqının 9 il ərzində icra edilmədiyi sübuta yetmişdir. Hazırki iddia ərizəsi üzrə 25 fevral 2015-ci il tarixli icarə müqaviləsinin icrasına xitam verilməsi tələbinə münasibətdə məhkəmə qeyd edir ki, Masallı Rayon Mahmudavar Bələdiyyəsi tərəfindən sonuncu xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixdə göndərilmiş, müqaviləyə birtərəfli məhkəmə qaydasında ləğv edilməsi üçün AR MM-nin 423.2-ci maddəsində göstərilmiş müddət gözlənilmişdir. İddiaçı 9 il ərzində müqavilə öhdəliklərinin davamlı pozulmasını və müqavilə münasibətlərinə davam ediləcəyi halda gələcəkdə də bu kimi hallarla üzləşəcəyini əsas gətirməklə müqaviləyə birtərəfli qaydada xitam verilməsini və Cavabdeh Mahmudavar bələdiyyəsinə məxsus olan 0,70 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə mərhum X9 arasında bağlanmış 25 fevral 2015-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Cavabdeh Fərəcov X8 bələdiyyəsinə məxsus olan 0,70 ha torpaq sahəsindən çıxarılsın. Ödənilməli dövlət rüsumunun məbləği – 100 manat Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova