Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-265/2024 24.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili X2 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2475/2023 saylı qətnaməsi ilə təyin edilmiş 80 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 300 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Faktiki nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 adlı bir övladları olmuşdur. Sonradan qeydiyyat şöbəsində uşağın atalığı müəyyən edilmişdir. Münasibətləri pozulduğundan uzun müddətdir ki, faktiki ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan övladı onun himayəsində yaşayır. Mediasiya şöbəsində aliment tələbinə dair barışıq sazişi imzalamışlar, cavabdeh aylıq ona 80 manat aliment verməli idi. Sonradan cavabdeh 80 manat alimenti vermədiyindən barışıq sazişini məhkəmə qaydasında təsdiqlətdirərək qətnamə qəbul edilmişdir. Kəsilmiş alimentlə uşağının tələbatını ödəyə bilmir. Özü halhazırda Bakı şəhərində kirayədə qalır, uşağının təlim-tərbiyyəsi və təhsili ilə özü maraqlanır. Heç bir yerdən başqa gəliri yoxdur. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə etsədə, övladına heç bir maddi yardım göstərmir. Ona görə də, alimentin miqdarının artırılmasını tələb edir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, heç bir yerdə işləmir, iddiaçı ilə 2 ilə yaxındır ayrılmışdır, başqa şəxslə ailə qurmuşdur, lakin həmin qadınla rəsmi nikahları yoxdur, uşağın saxlanılması üçün ayda 100 manat aliment ödəməyə razıdır. Cavabdeh vəkili X4 cavabdeh ilə eyni əsaslarla çıxış etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2475/2023 saylı qətnaməsinin surətindən görünür ki, 21 iyul 2022-ci il tarixli, MŞL-00464 nömrəli barışıq sazişinin təsdiq edilməsi, 11 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdehdan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər faktiki olaraq ailə qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Faktiki nikahlarından X5 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2475/2023 saylı qətnaməsi ilə 21 iyul 2022-ci il tarixli, MŞL-00464 nömrəli barışıq sazişinin təsdiq edilməsi, 11 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin Cavabdehdan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2021-ci ildə anadan olmuş X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşağın saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2475/2023 saylı qətnaməsi ilə bir uşağa görə 80 manat aliment miqdarı müəyyən olunsa da, ötən ilə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Bununla belə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, azyaşlı uşaq üçün aylıq aliment məbləğinin 170 manat müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmaqla, yeni aliment miqdarı 170 manat müəyyən olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2475/2023 saylı qətnaməsi ilə xx.xx.2021-ci ildə anadan olmuş X1 üçün müəyyən edilmiş aliment miqdarı artırılaraq hər ay 170 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-265/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-265/2024
24.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver