Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2675/2024 01.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilmiş işin halları: İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, tərəflər 11 sentyabr 2007-ci il tarixində el adətləri ilə ailə qurmuş, 10 iyul 2008-ci il tarixdə isə Masallı rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı iki uşaqları anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 08 iyul 2013-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment təyin edilmişdir. Masallı rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli qərarı ilə hər uşağa 80 manat, cəmi 160 manat aliment qət edilmişdir. Hal-hazırda uşaqlar böyüyüb, həmçinin qiymətlər günü-gündən dəyişmişdir. Minimum əmək haqqı 235 manat civarındadır. Odur ki, cavabdeh tərəfindən hər uşağına 235 manat, cəmi 470 manat pul alimenti verilməlidir. O, 1 saylı Mediasiya təşkilatına rəsmi müraciət etsə də, cavabdeh barışıq sazişinə razı olmamışdır. O, məcbur qalaraq Masallı ravon Məhkəməsinə müraciət etməli olmuşdur. İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Masallı rayon Təzə Alvadı kənd sakini Cavabdeh birgə nikahlarından anadan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi hər bir uşağa 250 manat, cəmi 2 uşağa 500 manat və Mediasiya üçün ödəmiş olduğu 60 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehin aliment borcu da vardır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, başqa şəxslə ailə qurmuş və digər nikahından da bir övladı vardır. Hər ay 340 manat əmək haqqı alır. Aliment borcu var. İddiaçı bazarda işləyir. Hər 200 manat aliment ödəyə bilər. Odur ki, iddianın qismən təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Doğum haqqında arayışdan görünür ki, atası Cavabdeh və anası İddiaçı olan X5 02 mart 2011-ci ildə doğulmuşdur. Şəxsiyyət vəsiqəsindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(050)-1042/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 30 manat sabit pul məbləğində və aylıq əmək haqqının üçdə bir hissəsi miqdarında 40 manat, cəmi 100 (bir yüz) manat məbləğində alimentin alınaraq X2 verilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(050)-2364/2015 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Masallı Rayon Məhkəməsinin 08 iyul 2013-cü-ci il tarixli, 2(050)-1042/2013 saylı qətnaməsi əsasında tutulan 100 manat aliment məbləğinin artırılaraq hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞM/MT036/2024-00585 saylı arayışdan görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmişlər. “KƏNAN” şirkətinin direktoru tərəfindən verilmiş arayışdan, həmçinin əmək müqaviləsinin bildirişindən görünür ki, Cavabdeh aylıq əmək haqqı 345 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın 17-ci maddəsinin 2-ci bəndinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu il tarixdə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər 10 iyul 2008-ci il tarixdə rəsmi nikaha girmişlər. Birgə yaşadıqları dövrdə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(050)- 2364/2015 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Masallı Rayon Məhkəməsinin 08 iyul 2013-cü-ci il tarixli, 2(050)-1042/2013 saylı qətnaməsi əsasında tutulan 100 manat aliment məbləğinin artırılaraq, hər ay bir uşağa görə 80 manat olmaqla, cəmi 160 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(050)-2364/2015 saylı qətnaməsi ilə hər ay bir uşağa görə 80 manat, cəmi 160 manat sabit pul məbləğində aliment müəyyən olunsa da, ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(050)-2364/2015 qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-2675/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən hesablanmaqla hər ay bir uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 18 sentyabr 2015-ci il tarixli, 2(050)-2364/2015 saylı qətnaməsi ilə 17 iyun 2007-ci il təvəllüdlü X4 və 02 mart 2011-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay bir uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində müəyyən olunmaqla, Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №2(050)-2675/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2675/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver