Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2745/2025 02.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 may 2008-ci il təvəllüdlü X9 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 246 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci ildə el adəti ilə faktiki ailə həyatı qurmuş, nikahlarını isə 2008-ci ildə rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları dövrdə 04 may 2008-ci il təvəllüdlü X9 və 10 iyul 2009-cu il təvəllüdlü X5 adlı uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmışlar. Nikahları Masallı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 07 may 2014-cü il tarixli 2(050)- 365/2014 saylı qətnaməsi əsasında uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 70 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Əvvəllər həmin məbləğ uşaqların saxlanılmasına müəyyən qədər kifayət etsə də, sonradan uşaqların təlabatlarnın artması və infilyasiya ilə bağlı qeyd olunan vəsait uşaqların saxlanılmasına kifayət etmədiyindən alimentin artırılması üçün mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh alimentin hər uşağa görə 125 manat verməyə razı olmasını, qış olduğundan bundan artıq ödəməyə imkanı olmamasını, sonra alimentin məbləğini artıracağını vəd etdiyindən onunla razılaşaraq xx.xx.2025-ci il tarixdə alimentlə bağlı barışıq sazişi imzalamışlar. Həmin sazişə görə cavabdeh hər uşağa görə hər ay 125 manat ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Hazırda alimentin qeyd olunan məbləği uşaqların saxlanılması üçün yetərli deyildir. Cavabdeh fərdi işlərlə məşğul olmasına baxmayaraq, onlara lazımi köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnaməsi və barışıq sazişi ilə təyin edib alimentin miqdarı uşaqların normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Odur ki, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, uşaqlar məktəblidirlər, böyüdükcə onların xərcləri də artır. Cavabdeh gəlirinin az olmasını, heç yerdə işləməməsini bildirsə də o, kənddə molla fəaliyyəti ilə məşğul olur. Yas məclislərində iştirak edib pul qazanır. Bundan başqa kənd məscidinin xuddamıdır, məscidə nəzarət edir. Hesab edir ki, ordan da qazanc əldə edir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin mövqeyi: Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıdan ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur. Həmin evlilikdən də iki uşağı vardır. Hesab edir ki, alimentin miqdarı artarsa, digər uşaqların saxlanılmasında çətinliklər yaşayacaqdır. Hazırda onun aliment borcu yoxdur, hər ay 125 manat alimentini ödəyir. İndiki vəziyyətdən bir uşaq üçün 150 manat aliment ödəməyə imkanı çatır. Sonda Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan: Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində 01 iyul 2008-ci il tarixdə bağlanmış nikah 42 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Həsənov (a) soyadı verilmişdir. Nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi Masallı Rayon Məhkəməsinin xx.xx.2211-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə xx.xx.2013-cü il tarixdə 21 nömrə ilə qeydiyyat aparılmışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 04 may 2008-ci il təvəllüdlü X6 və 10 iyul 2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2023-cü il tarixli, MŞL/MT036/2023-00314 saylı barışıq sazişindən görünür ki, ikinci tərəf Cavabdeh bu saziş imzalandıqdan sonra 04 may 2008-ci il təvəllüdlü X9 və 10 iyul 2009-cu il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatana kimi hər ay bir uşaq üçün 125 manat, cəmi 250 manat aliment pulunun İddiaçı ödəmək barədə öhdəlik götürmüşdür. Alimentin hesablanması 2024-cü ilin ayından başlayaraq hər ayın 28-dək nağd, poçt və ya bank köçürməsi yolu ilə ödənilməlidir. Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh boşandıqdan sonra onunla X2 arasında Masallı rayon Təzə Alvadı ərazi nümayəndəliyində 01 mart 2013-cü il tarixdə bağlanmış nikah 15 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Həsənov (a) soyadı verilmişdir. Şəxsiyyət vəsiqələrinin surətlərindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, 25 yanvar 2013-cü il təvəllüdlü X7 və 13 may 2015-ci il təvəllüdlü X3 atası Cavabdehdur. Masallı RİHB-nın Təzə Alvadı kən ərazi nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5- 66-31/02-/2025 saylı məktubundan görünür ki, Masallı rayon Əhmədli kənd sakini xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh mərhum anası X4 məxsus olmuş ikimərtəbəli fərdi yaşayış evində yaşayır. Cavabdeh kənddə keçirilən yas mərasimlərinə dini xadim kimi dəvət olunur. Əsaslandırıcı hissə: Məhkəmədə işə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında 2011-ci il tarixdə bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan doğulmuş 04 may 2008-ci il təvəllüdlü X9 və 10 iyul 2009-cu il təvəllüdlü X5 iddiaçının yanında saxlanılmış, uşaqların saxlanması üçün Masallı Rayon Məhkəməsinin qətnaməsi ilə hər bir uşaq üçün 70 manat məbləğində sabit pul məbləğində aliment müəyyən edilmişdir. 22 dekabr 2023-cü il tarixdə tərəflər barışıq sazişi bağlayaraq, qətnamə ilə müəyyən edilən aliment məbləğini artıraraq, hər bir uşaq üçün 125 manat müəyyən edilmişdir. Hazırda iddiaçı 2023-cü il tarixdən uzun müddət keçdiyini, uşaqların daha da böyüdüyünü, xərclərinin artdığını əsas götürərək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək hər bir uşaq üçün 150 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirdi. O, boşandıqdan sonra ailə həyatı qurduğunu, həmin evlilikdən iki nəfər övladığının doğulduğunu qeyd edərək onun maddi vəziyyətinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının alimentin artırılması tələbi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, xx.xx.2023-cü il tarixli, MŞL/MT036/2023-00314 saylı barışıq sazişinin qəbulundan 2 ilə yaxın bir müddətin keçməsini və bu müddət ərzində uşaqların böyüdükcə artan tələbatlarını, diqqətəlayiq digər halları nəzərə alaraq ödənilməli olan alimentin miqdarının bir uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən olunmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il 15 nömrəli Ali Məhkəməsi Plenum qərarının “8.4-1ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Ona görə də, məhkəmə tərəfindən hazırda müəyyən edilən alimentin miqdarı 2025-ci il ölkə üzrə müəyyən edilən minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. 2025-ci ildə minumum əmək haqqının 400 manat olduğunu nəzərə alsaq, məhkəmənin hazırda hər bir uşaq üçün müəyyən etdiyi 160 manat sabit pul məbləği minumum əmək haqqının 0,4 faizini təşkil edir. (160:400=0,4 %). Qeyd edilənlərə əsasən, uşaqlar yetkinlik yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qazancının yüksək olmasını iddia edərək hər uşağa görə 246 manat məbləğində aliment tələb etsə də, hazırda cavabdehin müvafiq olaraq qazancının olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin gəlirləri barədə mötəbər sübutlar olmadığınan alimentin miqdarının iddiaçının qeyd etdiyi məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilən plenum qərarının 8.11-1-ci maddəsinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulmasına iddiaçının alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etdiyi 29 iyul 2025-cü il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 29 iyul 2025-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixli, MŞL/MT036/2023-00314 saylı barışıq sazişi ilə 04 may 2008-ci il təvəllüdlü X9 və 10 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,4 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-2745/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2745/2025
02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver