Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2792/2023 02.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 28 yanvar 2007-ci il təvəllüdlü Abbasova Səkinə (əvvəlki ad və soyadı Eyvazova Könül) Məmməd qızının yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə 220 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında toy etməklə ailə quraraq evlənmiş, nikahlarını rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 28 yanvar 2007-ci il təvəllüdlü Abbasova (əvvəlki soyadı Eyvazova) Səkinə (əvvəlki adı Könül) adlı uşaqları olmuşdur. Əvvəllər mehriban olsalar da, sonradan aralarında narazılıq yaranmış və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2009-cu il tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin alimentin məbləği hazırda uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdeh isə fərdi işlərlə məşğul olmasına baxmayaraq onlara köməklik etmir. Belə vəziyyətdə əvvəlki məhkəmə qətnamsəi ilə təyin edilmiş alimentin mqdraı uşağın normal yaşayışını təmin etmək üçün yetərli deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı onun birinci ailəsi olmuşdur. Onunla olan ailə münasibətlərindən 28 yanvar 2007-ci il təvəllüdlü Abbasova (əvvəlki soyadı Eyvazova) Səkinə (əvvəlki adı Könül) adlı uşaqları anadan olmuşdur. Elnurə ilə ayrıldıdan sonra yenidən ailə qurmuş və ikinci evliliyindən 16 may 2015-ci ildə Aysun, 02 yanvar 2015-ci ildə Saleh, 05 yanvar 2021-ci ildə Ümid adlı üç övladı anadan olmuşdur və hal hazırda rəsmi nikahda olan arvadı ilə birlikdə 4 nəfər ailəsi onun himayəsindədir. Məhkmənin xx.xx.2015-ci il tarixli, 2(050)-182/2015 saylı icra vərəqəsinə əsasən hər ay iddiaçıya 103 manat sabit pul məbləğində aliment ödəyir. Özünün də ailə üzvləri olduğuna görə, alimentin artırılmasını istəmir. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X3 28 yanvar 2007-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2009-cu il tarixli, 2(050)-952/2009 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh İddiaçı xeyrinə 28 yanvar 2007-ci il təvəllüdlü Eyvazlı (Abbasova) Könül (Səkinə) Məmməd qızının saxlanılması üçün hər ay 50 manat, aylıq qazancı müəyyən edilərsə, onun ¼ hissəsi həcmində tutulması, alimentin tutulmasının başlanğıcının 03 dekabr 2009-cu il tarixdən başlayaraq azyaşlı Eyvazlı (Abbasova) Könül (Səkinə) qızının yetkinlik yaşına çatana qədər davam etdirilməsi qət edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(050)-182/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh xx.xx.2014-cü il tarixdən etibarən 28 yanvar 2007-ci il təvəllüdlü Eyvazlı (Abbasova) Könül (Səkinə) Məmməd qızının saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Cavabdeh tərəfindən tədim edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 16 may 2011-ci ildə, X6 02 yanvar 2015-ci ildə, X7 05 yanvar 2021-ci ildə doğulmuşdur. Uşaqların atası Cavabdeh, anası X2r. Cavabdeh tərəfindən tədim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, o, xx.xx.2015-ci ildə X5 ilə rəsmi nikah bağlamışdır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, aliment tələbinə dair iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 28 yanvar 2007-ci il təvəllüdlü X1 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini təhlil edərək qeyd edir ki, sonuncu dəfə alimentin tutulması xx.xx.2015-ci ildə 103 manat müəyyən edilmiş və həmin ilə münasibətdə hal-hazırda layiqli həyat səviyyəsinin şərtləri baxımından uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir və uşağın mənafeyi ilə əlaqədar onun əvvəlki həyat səviyyəsinin saxlanılması üçün həmin həddə maddi təminatla təmin olunması hüququ vardır. Lakin nəzərə alınmalıdır ki, cavabdehin himayəsində 3 nəfər azyaşlı övladları vardır və bu baxımdan cavabdehin də hazırkı sosial və ailə vəziyyəti nəzərə alınmalıdır. Ona görə də məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, cavabdehin ailə və maddi vəziyyətini, diqqətəlayiq digər halları, eləcə də iddiaçının da müəyyən qədər uşağın saxlanılmasına görə maddi dəstək göstərməsini nəzərə alaraq, ödənilməli olan aliment miqdarının 130 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 28 yanvar 2007-ci ildə anadan olmuş X1 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(050)-182/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş 103 manat aliment miqdarı artırılaraq, hər ay üçün 130 (yüz otuz) manat müəyyən olunsun və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2792/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2792/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver