Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2811/2023 13.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq onu vurduğu 1975 manat dəyərində zərərin və 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi tələbi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Köhnə bazar ərazisində icarəyə götürdüyü qızıl-zinət əşyaları dükanında qızıl alışı və satışı ilə məşğul olur. 2023-cü ilin may ayının əvvələrində Masallı rayonu, Boradigah qəsəbəsindən tanıdığı Mircəlal adlı şəxs ona zəng edərək özünün və ailəsinin borcunun olduğunu, buna görə də evin qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O isə mobil telefonda danışıq zamanı Mircəlala həmin satacağı qızıl-zinət əşyalarının həqiqətən özlərinə məxsus olubolmamasını soruşmuş, Mircəlal isə heç bir problemin olmamasını, qızılların onlara məxsus olduğunu, pula ehtiyacları olduğu üçün satdıqlarını bildirmişdir. Bundan sonra Mircəlal ona Masallı rayonu, Boradigah qəsəbəsində olmasını bildirmiş və özünə məxsus avtomobil ilə Boradigah qəsəbəsinə gedib orada onunla görüşmüşdür. Həmin vaxt Mircəlal ona müxtəlif növ qızıl-zinət əşyaları təqdim etmişdir. O, Mircəlalın verdiyi qızıllara baxıb çəkilərini çəkdikdən sonra Mircəlala satdığı qızıl-zinət əşyalarına görə 1500 manat pul vermişdir. Bundan təxminən 3-4 gün sonra Mircəlal təkrar ona zəng edərək əlavə qızıl-zinət əşayarının olmasını və həmin qızıl-zinyət əşyalarını da satmaq istədiyini bildirmişdir. Birinci dəfə Mircəlalın gətirdiyi qızılların işlənmiş ev qızılları olduğunu gördüyü üçün həqiqətən həmin qızılların onun ailə üzvlərindən kiməsə aid olmasını düşünmüşdür. Bundan sonra o, Mircəlal ilə razılaşaraq yenədə Boradigah qəsəbəsinə getmiş, Boradigah qəsəbəsində Mircəlal yenə də ona qızıl-sep, qızıl üzük, klon kimi qızıllar təqdim etmişdir. O, Mircəlaldan onun qızıllarını götürərək hesablayacağını və sonra ona pulunu verəcəyini demişdir. Bundan sonra həmin gün qızılları gətirib çəkilərini çəkdikdən sonra növbəti gün Mircəlalla Masallı rayonu Boradigah qəsəbəsində görüşərək qızlların qiymətinin 2620 manat olmasını bildirmiş, Mircəlal onunla razılaşmış və o, 2620 manat pulu Mircəlala vermişdir. Təxminən 5-6 gün sonra Mircəlal ona zəng edərək qulpsuz qızıl saat olmasını və həmin qızıl saatı da satmaq istədiyini demişdir. O, maşını ilə Masallı rayonu, Boradigah qəsəbəsinə gedərək Mircəlalla görüşüb qızıl saat baxmış, saatın qupları olmamış,həmin saata görə Mircəlala 180 manat pul vermişdir. Aldığı qızıları isə köhnə bazar ərazisində icarəyə götürdüyü qızıl dükanına gətirərək orada satışını həyata keçirtmişdir. Belə ki, təxminən bir ay ərzində Mircəlaldan aldığım qızıllardan bir ədəd 585 əyarlı yolka formalı qızıl bilərziyi, bir cüt 750 əyarlı yumru formalı sadə qızıl sırğanı, bir ədəd 585 əyarlı sadə qaşlı qızıl üzüyü, bir cüt 585 əyarlı sadə qaşlı qızıl uşaq sırğasını, bir ədəd 585 əyarlı qulpsuz qızıl saatı bazara gələn tanımadığı müştərilərə satmışdır. Lakin Mircəlaldan aldığı qızıl-zinət əşyalarının əksəriyyəti onun özündə olduğundan o, onları polis şöbəsində müstəntiqə təhvil vermişdir. O, vicdanlı alıcı olaraq qızılların oğurluq olduğunu bilməmişdir. Ümumiyyətlə oğurluq qızılları alış-satışı lə məşğul olmur. Özündə olan satmadığı qızıllarıda qaytarmışdır. Ümumilikdə ona 1975 manat ziyan dəymişdir. Cavabdehin valideyinləri bu barədə məlumatlıdır. Onlar 2-3 dəfə onunla əlaqə saxlayaraq ona dəymiş ziyanı ödəyəcəyini bildirsələr də, heç bir nəticəsi olmamışdır. Odur ki,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, hal-hazırda iddiaçı işdən çıxmışdır və maddi vəziyyəti ağırdır. O, cavabdehi əvvəllər tanımış, qızlların hamısına görə 4200 manat pul vermişdir. Polisə təhvil verilən qızılların dəyəri tələb olunur. Masallı Rayon Məhkəməsinin hökmü ilə də sübuta yetmişdir ki, İddiaçı heç bir günahı yoxdur, o, zərərçəkmişdir. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 1(050)-165/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1.,177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il, 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, 2023-cü ilin may ayının əvvələrində Mircəlal o Ağayev İddiaçı zəng edərək özünün və ailəsinin borcunun olduğunu, buna görə də evin qızıl-zinət əşyalarını satmaq istədiyini bildirmişdir. O isə mobil telefonda danışıq zamanı Mircəlala həmin satacağı qızıl-zinət əşyalarının həqiqətən özlərinə məxsus olub-olmamasını soruşmuşdur. Mircəlal heç bir problemin olmamasını demişdir. Bundan avtomobil ilə Boradigah qəsəbəsinə gedib orada onunla görüşmüşdür. Həmin vaxt Mircəlal ona müxtəlif növ qızıl-zinyət əşyaları təqdim etmişdir. O, Mircəlalın verdiyi qızıllara baxıb çəkilərini çəkdikdən sonra Mircəlala satdığı qızıl-zinət əşyalarına görə 1500 manat pul vermişdir. Bundan təxminən 3-4 gün sonra Mircəlal təkrar ona zəng edərək əlavə qızıl-zinət əşayarının olmasını və həmin qızıl-zinyət əşyalarını da satmaq istədiyini bildirmişdir. Birinci dəfə Mircəlalaın gətirdiyi qızılların işlənmiş ev qızılları olduğunu gördüyü üçün həqiqətən həmin qızılların onun ailə üzvlərindən kiməsə aid olmasını düşünmüşdür. Bundan sonra o Mircəlal ilə razılaşmış və yenədə Boradigah qəsəbəsinə getmişdir. Boradigah qəsəbəsində Mircəlal yenə də ona qızıl-sep, qızıl üzük, klon kimi qızıllar təqdim etmişdir. O, Mircəlaldan onun qızılları götürüb hesablayıb ona pulunu verəcəyini demişdir. Bundan sonra həmin gün qızılları gətirib çəkilərini çəkdikdən sonra növbəti gün Mircəlalla Masallı rayonu Boradigah qəsəbəsində görüşərək qızıllarını qiymətinin 2620 manat olmasını bildirmişdir. Mircəlal onunla razılaşmış və o 2620 manat pulu Mircəlala vermişdir. Bundan təxminən 5-6 gün sonra Mircəlal ona zəng edərək qulpsuz qızıl saat olmasını və həmin qızıl saatı da satmaq istədiyini demişdir. O, saata görə Mircəlala 180 manat pul vermişdir. Aldığı qızıları isə köhnə bazar ərazisində icarəyə götürdükləri qızıl dükanına gətirib orada satışını həyata keçirirmiş. Aldığı qızıllardan bir ədəd 585 əyarlı yolka formalı qızıl bilərziyi, bir cüt 750 əyarlı yumru formalı sadə qızıl sırqanı, bir ədəd 585 əyarlı sadə qaşlı qızıl üzüyü, bir cüt 585 əyarlı sadə qaşlı qızıl uşaq sırğasını, bir ədəd 585 əyarlı qulpsuz qızıl saatı bazara gələn tanımadığı müştərilərə satmışdır. Satılmayan qızıl əşyalarını isə polis əməkdaşlarına təqdim etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1. və 14.2.7.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əsassız varlanma həmin əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, məhkəmənin müəyyən etməli olduğu hallar, cavabdehin qanuna zidd hərəkəti, həmin hərəkətlə dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Masallı Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 1(050)-165/2023 saylı hökmündən görünür ki, Cavabdeh İddiaçı aldadaraq, ona oğurluq qızıl zinət əşyaları satmış, İddiaçı qızıllardan bir qismini satmış, qalan qismini polis əməkdaşlarına təhvil vermiş, Cavabdeh ödəmiş olduğu pula münasibətdə, 1975 manat maddi ziyana düşmüşdür. Odur ki, tələb əsaslı hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1975 (min doqquz yüz yetmiş beş) manat və dövlət rüsumuna ödənilmiş 40 (qırx) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2811/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2811/2023
13.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver