Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2824/2023 14.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Cavabdeh qarşı pul vəsaitinin tutularaq iddiaçıya birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 27386.54 manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna Masallı Rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar daxil olmuşdur. Həmin qərardan məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Səmidxan kənd sakini Nəzərova Süsən Babaş qızı Masallı Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək 2012-ci il tarixdə 2010-cu il təvəllüdlü qızı X3 ondan xəbərsiz qohumu X6 tərəfindən qəyyumluğa götürülməsini göstərmiş və övladının geri qaytarılmasını xahiş etmişdir. Nəzərova Süsən Babaş qızının müraciəti əsasında araşdırma aparılmış, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkib əlamətləri olduğundan toplanmış material aidiyyəti üzrə Masallı Rayon Polis şöbəsinin istintaq bölməsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə icraata qəbul edilərək araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Masallı rayonu, Səmidxan kənd sakini X6 2011-ci ilin aprel ayında qohumu, həmin kənd sakini 2010-cu il təvəllüdlü X3 qanunsuz olaraq övladlığa götürmək məqsədilə Masallı Rayon Məhkəməsinin adından saxta qətnamə hazırlayıb arvadı Cavabdeh vermişdir. X4 X5 vəfatı ilə əlaqədar xx.xx.2012-ci il tarixdən saxta qətnamə əsasında verilmiş şəhadətnamə nəzərə alınaraq ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2013-cü il tarixədən xx.xx.2023-cü il tarixədək hər ay müvafiq məbləğ ödənilərək Fonda 27386.54 manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin teleqamla müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə prossesində iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılıb qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Masallı Rayon Polis şöbəsinin 31 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki, “.....Masallı rayonu, Səmidxan kənd sakini X5 törətmiş olduğu əməldə Azərbaycan Respublikası CM-nin 320.1-maddəsinin tərkib əlamətlərinin mövcud olmasına baxmayaraq, o, 04 noyabr 2012-ci il tarixdə öldüyündən barəsində həmin maddə ilə cinayət işinin başlanması CPM-nin 39.1.5-ci maddəsinə əsasən rədd edilsin və qərarın surəti yaxın qohumlarına göndərilsin. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh mərhum əri Adil Əliyev tərəfindən Masallı Rayon Məhkəməsinin adından rəsmi sənəd hesab edilən xx.xx.2011-ci il tarixli, 2(050)-177/2011-ci il saylı saxta qətnamə hazırlanmasında xəbərinin, iştirakının olması, həmçinin həmin saxta qətnamədən billə-bilə istifadə etməsi toplanmış material üzrə kifayət qədər sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilsin. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X2 övladlığa götürülməsi barədə Masallı Rayon Məhkəməsinin adından hazırlanmış rəsmi sənəd hesab edilən 22.04.201lci il tarixli, 2(50)-177/2011 saylı saxta qətnamə və həmin qətnamə əsasında Aysu X1 və Cavabdeh övladlığına götürülməsi haqqında Masallı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 mart 2013-cü 11 tarixli, 009893 saylı şəhadətnamə etibarsız hesab olunsun. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X4 X5 vəfatı ilə əlaqədar xx.xx.2012ci il tarixdən ailə başçısını itirməyə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təyin edilmiş aylıq əmək pensiyası dayandırılsın.” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli xidməti məktubdan və pensiya təminatı üzrə məlumat bazalarından çıxarışdan görünür ki, X4 X5 vəfatı ilə əlaqədar xx.xx.2012-ci il tarixdən saxta qətnamə əsasında verilmiş şəhadətnamə nəzərə alınaraq ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyası üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilmiş pensiyanın ümumi məbləği 27386.54 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hüquqi əsas olmadan təyin edilmiş ailə başçısını itirməyə görə pensiyaya görə xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya 27386.54 manat məbləğində pensiya ödənilmişdir. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını mülki işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia təmin edilməli və iddia tələbini təşkil edən pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə pul vəsaitinin “birdəfəlik ödənilməsi” ilə bağlı bildirir ki, bu ayrıca bir tələb deyil. Belə ki, “İcra haqqında” Qanunun 12.1-ci maddəsinin tələbinə görə icra məmuru həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İddianın təmin edilməsi hüquqi baxımdan o, anlama gəlmir ki, icra məmuru təmin edilmiş pulun ödənilməsini hissə-hissə icra etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddılar. MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı məhkəmələrə verilən iddia ərizələri üzrə dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 172.16 manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmələrə verilən iddia ərizələri qət etdi: İddia təmin edilsin. 27386.54 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə ödənilsin. 172.16 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-2824/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2824/2023
14.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver