Məhkəmə qərarları › İş №2(050)-2830/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2830/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2830/2023 31.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqaviləyə xitam verilməsi və pul tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli müqaviləyə xitam verilməsi, 35000 manat məbləğində pulun və 195 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsi və 31000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci ildə ondan 35000 manat pul məbləğini notariusun depozit hesabı vasitəsi ilə borc almış, bu barədə həmin tarixdə aralarında müqavilə bağlanmış və müqavilə Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh xx.xx.2024-cü il tarixədək hər ayın 15-i olmaqla, hər ilin sentyabr, oktyabr, noyabr, dekabr, mart və aprel aylarında 1500 manat, qalan məbləği isə müddətin sonuna qədər ona qaytarmalı idi. Lakin cavabdeh borcu ödəməkdən yayınır, hər dəfə müxəlif bəhanələr gətirir. Cavabdehin niyyəti ona olan borcu qaytarmamaqdır. Eyni zamanda cavabdeh belə hərəkətləri ilə aldığı borcu gələcəkdə qaytaracağına dair vəd də vermir. Belə olan halda aralarında bağlanmış müqaviləyə xitam verilməklə borcun vaxtından əvvəl məcburi qaydada cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442, 445.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmunun uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən aldığı 35000 manat puldan 4000 manatını ödəmişdir. Bu səbəbdən də iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Sonda İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçını dinələyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 3M-3139 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 35000 manat məbləğində borc pul vermək, cavabdeh isə aldığı borc məbləğini xx.xx.2024-cü il tarixədək hər ayın 15-i olmaqla, hər ilin sentyabr, oktyabr, noyabr, dekabr, mart və aprel aylarında 1500 manat, qalan məbləği isə müddətin sonuna qədər borc verənə qaytarması barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 06 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixli müqavilə üzrə alınmış 35000 manat borcun 5 gün müddətində tam şəkildə qaytarılmadığı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 195 manat pul ödəmişdir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (427.3). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Mülki Məcəlləyə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.1, 421.2). Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər (422.2). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər (423.2). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında şərtləri notarial qaydada təsdiqlənmiş müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkəti öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 35000 manat məbləğində borc pul vermək, cavabdeh isə aldığı borc məbləğini xx.xx.2024-cü il tarixədək hər ayın 15-i olmaqla, hər ilin sentyabr, oktyabr, noyabr, dekabr, mart və aprel aylarında 1500 manat, qalan məbləği isə müddətin sonuna qədər borc verənə qaytarması barədə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən almış olduğu pulun qaytarılması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı isə verilmiş puldan yalnız 4000 manat qaytarılmasını bildirir. Sübutların bölgüsü baxımından cavabdeh aldığı pulun qaytarmasını sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış müqavilə ləğv edilməli və müqavilə üzrə 31000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış, 3M-3139 reyestr nömrəsi ilə qeyd edilmiş kredit müqaviləsi ləğv edilsin. Müqavilə üzrə 31000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 195 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar