Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-287/2025 27.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi, Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı təqdim etdiyi 15 oktyabr 2020-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək ilk iddia tələbindən imtina etdiyini bildirmiş və ilk iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə ərizə təqdim edərək qarşılıqlı iddia tələbindən imtina etdiyini bildirmiş və qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Vəkil mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbindən imtina etmələri qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiçının iddiadan imtina etməsi, iddianın cavabdehlər tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişdirsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verə bilər. Beləliklə məhkəmə tərəfləri dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia tələbinə və qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 120 manat məbləğində dövlət rüsumu ödəmişdir ("xxxx" ASC, qəbz nömrəsi ********** Tarix: xx.xx.2024, saat 14:35). İş materiallarından görünür ki, Cavabdeh hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir (Hökümət ödəniş portalı, qəbz nömrəsi **********, Tarix: xx.xx.2024, saat 10:12:06). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da, geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icrata xitam verildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, iş üzrə İddiaçı tərəfindən ödənilmiş 120 manat və Cavabdeh tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı borc müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işin icraatına xitam verilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi ********** Tarix: xx.xx.2024, saat 14:35) dövlət büdcəsindən qaytarılsın. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (Hökümət ödəniş portalı, qəbz nömrəsi **********, Tarix: xx.xx.2024, saat 10:12:06) dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №2(050)-287/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-287/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver