Məhkəmə qərarları › İş №2(050)-2891/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2891/2024

17.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2891/2024 17.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-248/2024 saylı qətnaməsi ilə 27 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024 cü il tarixdə Masallı Rayon Məhkəməsinə iddia ərizəsi ilə Cavabdeh bir uşaq üçün ayda 250 (iki yüz əili) manat ailment tələbi irəli sürmüşdür. Masallı Rayon Məhkəməsi Cavabdeh işləməməsinə əsaslanaraq iddia ərizəsini qismən təmin edərək 27 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə xx.xx.2024-cü il tarixli, 2(050)-248/2024 saylı qətnamə qəbul etmişdir. Özü heç bir yerdə işləmir. Uşağın saxlanılması üçün ayda 100 manat təminatı üçün yetərli deyil. Ailment uşağın minimum yaşayış meyarından olduqca az olduğu üçun alimentin məbləğinin artırılaraq 27 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün har ay bir uşaq üçün 200 (iki yüz) manat alimentin uşağın anası Cavabdeh tələb etməyi qanuna müvafiq hesab edir. Odur ki, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ona təyin edilmiş alimenti ödəyə bilmir. Heç yerdə işləmir, gəriri yoxdur. Əslində iddiaçının onun alimentinə ehtiyacı yoxdur. Sadəcə olaraq, onunla ədavət aparmaq üçün ondan aliment tələb edir. Onun tanış vəkili olan X3 vasitəsilə, ondan tələb olunan alimenti özünün istəmədiyini, nə qədər ala bilirsə alıb özünə xərcləməsini tapşırmışdır. Bu barədə Nəsrullaya tapşırmışdır ki, icra şöbəsində də ondan aliment tələb edilsin və onu axtarışa vermişlər. Ona təyin edilmiş alimenti məhkəmə qətnaməsinə görə icra etməkdən yayınmır, lakin həqiqətən də maddi vəziyyətinin ağır olması səbəbindən alimenti ödəyə bilmir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş VÖEN, 2013-cü ildə açılmışdır, lakin hər hansı bir fəaliyyətlə məşğul olmamış, hazırda da heç bir fəaliyyəti yoxdur. Hazırda fəaliyyət göstərmədiyindən VÖEN aktiv vəziyyətdə deyil. O, bütün qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-248/2024 saylı qətnaməsindən görünür ki, 15 noyabr 2023-cü il tarixdən başlayaraq 27 yanvar 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. 6 saylı Ərazi Vergilər Baş idarəsinin məlumatın verilməsi haqqında məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Cavabdeh xx.xx.2013-cü il tarixdə “0141001-Südçülük istiqamətli iribuynuzlu mal-qaranın yetişdirilməsi” fəaliyyət növü üzrə ********** saylı VÖEN-lə vergi ödəyicisi kimi uçota alınması barədə məlumat mövcuddur. Hazırda fəaliyyət vəziyyəti aktivdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya da qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə aliment valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmə tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilir ki, sabit pul məbləğində aliment tutularkən məhkəmələr Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilən halları nəzərə almaqla yanaşı aliment ödəməli şəxsin digər gəlirlərinin olub-olmamasını müəyyən etməli, zəruri olduqda bununla əlaqədar əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməlidir. Həmin qərarda həmçinin göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 2024-cü ilin əvvəlində yəni Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-248/2024 saylı qətnaməsi ilə uşağın saxlanılması üçün 100 manat aliment təyin edilmişdir. Həmin aliment bir ildən də az vaxtdır ki, təyin edilmişdir. Bundan başqa hazırkı vaxtadadək cavabdeh aliment ödəyə bilməmiş, onun maddi vəziyyətində dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı iddia ərizəsində uşağın saxlanması üçün 100 manat pulun yetərli olmadığını bildirmiş, heç bir yerdə işləmədiyindən uşağı saxlamaqda çətinlik çəkdiyini bildirsə də, iddia tələbinin müdafiəsi üçün məhkəmə iclaslarında iştirak etməmiş, yalnız iddia ərizəsinə onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini yazılı şəkildə bildirməklə kifayətlənmiş, alimentin miqdarının artırılmalı olması ilə bağlı iddia tələbində istinad etdiyi hallarla bağlı hər hansı sübutu məhkəməyə bu və ya digər formada təqdim etməmişdir. Həm də ki, iddiaçı izahatında əvvəl müəyyən edilmiş 100 manat alimenti ödəyə bilmədiyini qeyd etmişdir. Belə olan halda alimentin miqdarının artırılması onun vəziyyətini daha da çətin vəziyyətə sala bilər. İddiaçının məhkəmənin heç bir iclasında iştirak etməməsi və yazılı şəkildə məhkəməyə sübutları təqdim etməməsi onun iddia tələbində göstərdiklərini təsdiq edəcək heç bir sübutunun olmaması qənaətinə gəlməyə məhkəməyə əsas verir. Ailə Məcəlləsinin tələbinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. Həmçinin, alimentin məbləğinin dəyişilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmalıdır. Hazırda iddiaçı alimentin artırılmasını tələb etsə də, Cavabdehnun maddi vəziyyətində dəyişiklik olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçının - “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün uşaqların saxlanılması üçün nəzərdə tutulan məbləğdən az olmasına münasibətdə bildirir ki, uşaqları saxlamaq hər iki valideynin borcudur. Bundan başqa, yaşayış minimumu bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Məhkəmə qətnaməsi icra olunması üçün çıxarılır, qətnamə digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçündür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, alimentin məbləğinin artırılması üçün kifayət qədər əsaslar olmadığından iddia təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar