Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2932/2023 25.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı X3 iştirakı ilə. İddiaçı X3 cavabdeh X11 (X10) oğluna qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X8 cavabdeh X11 (X10) oğlundan 1850 manat və dövlət rüsumuna ödənilmiş 39 manat, cəmi 1889 manat pul tələb etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, cavabdeh X1 rayonu Böyük Xocavar kənd sakinidir və mebel yığmaq işi ilə məşğul olur. Özünə aid olan “İnstagram” sosial şəbəkəsində baxaraq yeni tiktirdiyi ev üçün 2021-ci ilin oktyabr ayının 23-də cavabdehdən dəyəri 1850 manat olan stol-stul dəsti sifariş etmiş və almışdır. Cavabdehdən stol-stul dəstini aldıqda ondan zəmanət istəmiş və o, isə ona verdiyi əşyaya cavabdeh olduğunu və problem yaranarsa pulunu qaytarmaq şərti ilə satdığı stol-stulu geri qaytaracağına söz vermiş və o, da inanıb razılaşmışdır. Həmin gündən bir müddət keçdikdən sonra cavabdehdən aldığı stol-stullar yararsız vəziyyətə düşmüşdür. Belə ki, stol-stula işlətdiyi taxta materialı keyfiyyətsiz olduğundan stolun boyası və hissələrinin birbirindən aralanması ortaya çıxmışdır. O, cavabdehə zəng vurub ona satdığı stol-stulun vəziyyətini bildirmiş və ona gəlib götürəcəyini bildirmiş, lakin daha sonra bəhanələri ilə aldadıb gəlməmişdir. Nəhayət ki, 2022-ci ilin noyabr ayında cavabdeh gəlib ona satdığı yararsız hala düşmüş stol-stulunu götürüb aparmış və demişdir ki, qısa müddət ərzində 1850 manatı qaytaracaqdır. Aradan bir xeyli vaxt keçdikdən sonra cavabdehə zəng vurmuş və pulunun qaytarmasın istəmiş, cavabdeh isə müəyyən bəhanələr gətirərək pulunu ödəməkdən yayınmışdır. 03 iyun 2023-cü ildə Ağsu rayon Polis Şöbəsinə bu barədə rəsmi müraciət etdmiş və cavabdehi ora çağırıb işlə bağlı ərizə almışlar. Ona olan borcunu qısa müddət ərzində qaytaracağını öz ərizəsində göstərib, lakin mənim rəsmi müraciətinə cavab olaraq bildirmişlər ki, cavabdehin qeydiyyatda olduğu rayon məhkəməsində iddia qaldırmaq hüququ vardır və məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı X8 məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək, cavabdehin 1850 manat puldan 40 manat ödəməsini, hal-hazırda 1810 manat borclu olmasını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh ad və soyadını dəyişmiş, hal-hazırda onun rəsmi sənədlərdə adı Ülvi, soyadı Qəzənfərovdur. Cavabdeh X11 (X4) oğluna məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən X5 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cavabdeh X5 Ağsu RPŞ-də verdiyi izahatından görünür ki, X6 dəymiş 1800 manat ziyanı may ayının birinədək ödəyəcəyinə söz vermişdir. Ödəniş qəbzindən görünür ki, X8 məhkəmədə iddia qaldırmaq üçün 33 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh X11 (X10) oğlu məhkəməyə etiraz ərizəsi təqdim etmiş, həmin etirazda göstərmişdir ki, iş üzrə iddiaçı Aydın İsmayılov özünün qeyd etdiyi kimi, 2021-ci ilin oktyabr ayında dəyəri 1850 manat olan stol-stul dəsti onun sifarişi ilə ünvanına çatdırmışdır. Həmin tarixdən 7 ay sonra ona zəng edərək bildirmişdir ki, stol-stulların təmirə ehtiyacı var. O, da Ağsu rayonundan sözügedən stol-stulu evə gətizdirmişdir. Həmin stol-stulda heç nə olmadığını görüb ona zəng edib bildirmişdir ki, bunların təmirə ehtiyacı yoxdur. O, isə cavabında ona başqa növdə stol-stul göndərməsini demişdir. Ona bir neçə növdə stolstul dəsti formasını onun istifadə etdiyi “Whastsapp” ani məsajlaşma proqramında nömrəsinə atmışdır. Sonradan isə o, ümumiyyətlə 1850 manat qalan pulunu istəmişdir. Beləliklə mübahisələri yaranmış, xx.xx.2023-cü ildə Ağsu RPŞ-nə ondan şikayət etmişdir. O yaxın müddətdə borcu qaytaracağına söz vermişdir, izahatından bir neçə gün sonra Ağsu RPŞ-nə gedib ümumi borcundan 500 manat polis əməkdaşı Aydına vermişdir ki, zərərçəkmiş şəxs Aydın İsmayılova çatdırsın. Həmin vaxt polis əməkdaşı Aydın tələbkar Aydın İsmayılovla telefon əlaqəsi yaradıb bildirdi ki, puldan 500 manat aldım. Eyni zamanda iddiaçı Aydın da ona bildirmişdir ki, ona olan borcu polis Aydının vastəçiliyi ilə alacaqdır. Növbəti dəfə o, Ağsu RPŞ-nə gedib polis Aydınla görüşmüşdür. Söhbət əsnasında onun əvvəl verdiyi 500 manatı borcundan silmədiyini görüb pulunun olmadığını bildirib, ancaq 50 manat verə biləcəyini demişdir. O, da 50 manat pulu qəbul edib iddiaçı Aydına çatdırmışdır. İşin belə olduğunu görüb, Masallı rayonu, Yeyənkənd kənd sakini X9 etibarnamə verib, ona köməklik göstərməsini xahiş etmişdir. Nasir Nağıyev iddiaçı Aydın İsmayılovla telefon əlaqəsi saxlayıb ona nə qədər borclu olduğumu “Whastsapp” ani məsajlaşma proqramı vasitəsi ilə ona yazmasını və həmin pulun hissə-hissə ödəyəcəyini bildirdi. Aydın İsmayılov 03 may 2023-cü il tarixdə özünə məxsus **********317882 saylı Kapital Bankın kartını Nasir Nağıyevin “Whastsapp” ani məsajlaşma proqramına göndərmişdir. Eyni zamanda “Whastsapp” ani məsajlaşma proqramı vasitəsi ilə “Ülvi mənə 1800 manat pul borcludur” cümləsini Nasir Nağıyevə göndərmişdir. Nasir Nağıyev həmin kart nömrəsinə xx.xx.2023-cü il tarixdə 40 manat pul göndərmişdir. Daha onun kartına pul göndərməmişdir. Belə olduğu halda növbəti məhkəmə iclaslarının birində Nasir Nağıyevi şahid qismində və eyni zamanda əlindəki sübutları təqdim etməklə, iştirak etməsi zərurəti yaranır. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Azərbaycan Respublikası Mülki Məcəllənin 581.1-ci maddəsinin tələbinə görə satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 581.2-ci maddəsinə uyğun olaraq alğısatqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: -587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; -587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh razılaşmanın şərtlərini pozaraq, keyfiyyətə uyğun mal satmamış, ona görə də iddiaçı müqavilədən imtina etməkdə və ödəmiş olduğu məbləği tələb etməkdə haqlı olmuşdur. İddiaçı cavabdehin 40 manat ödəməsini izahatında bildirmişdir, ona görə iddia 1810 manat həcmində əsaslı hesab olunmalıdır. Məhkəmə cavabdeh X5 (Əlizamin Mikayılov) etirazına qiymət verərək qeyd edir ki, onun iddiaçıya 590 manat ödəməsi işin halları ilə təsdiq olunmur və özü bu barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Ona görə də, onun etirazı əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X2 (X4) 1810 manat və dövlət rüsumuna ödənilmiş 39 manat, cəmi 1849 manat pul alınaraq iddiaçı X6 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2932/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2932/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver