Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2935/2023 02.10.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakları ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Masallı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(050)1377/2021 saylı qətnaməsi ilə 30 may 2008-ci il təvəllüdlü X1, 01 may 2010-cü il təvəllüdlü X2 və 11 iyul 2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 50 manat aliment məbləğinin artırılaraq bir uşaq üçün 150 manat, cəmi 450 manat müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları olmuşdur. Övladları 30 may 2008-ci il təvəllüdlü X6, 01 may 2010-cu il təvəllüdlü X7 və 11 iyul 2014-cü il təvəllüdlü X4r. Münasibətləri pozulduğundan Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)- 1377/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Uşaqların saxlanılması üçün cavabdehdən hər bir uşaq üçün 50 manat, cəmi 150 manat aliment tutulmuşdur. Müəyyən olunmuş aliment məbləği ilə uşaqların tələbatını ödəyə, həmçinin xəstə olduğundan işləyə bilmir. Uşaqların bütün təlim-tərbiyəsi və təhsili ilə özü maraqlanır. Cavabdeh tərəfindən verilən aliment uşaqların tələbatını ödəmir. Cavabdeh özü fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir, maddi imkanı olduqca yüksəkdir. Dəfələrlə cavabdehdən alimentin miqdarının artırması barədə xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, yol nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli xəzarət almış, hər iki ayağı sınmış, karsetlə hərəkət edir, bu səbəblə işləyə bilmir. Ödənilən alimentlə də uşaqları saxlaya bilmir. Cavabdeh işləsə də, uşaqlarla maraqlanmır, onun maddi imkanı vardır ki, əlavə aliment pulu ödəsin. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, hal-hazırda atası evində qalır. “OBA Market” mağazasında satıcı-nəzarətçi, kassir vəzifəsində işləməklə, 345 manat əməkhaqqı alır. Əlavə gəliri yoxdur, odur ki, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh vəkili Vəkil onunla eyni əsaslarla çıxış edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 30 may 2008-ci ildə, X7 01 may 2010-cu ildə, X8 11 iyul 2014-cü ildə doğulmuşdur. Uşaqların atası İddiaçı, anası Kazımova (Şirəliyeva) Jalə Abtalıb qızıdır. Masallı Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(050)-1377/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 31 mart 2021-ci il tarixdən başlayaraq cavabdeh X5 30 may 2008-ci il təvəllüdlü X1, 01 may 2010-cü il təvəllüdlü X2 və 11 iyul 2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 50 manat olmaqla, ümumilikdə 150 manat sabit pul məbləğində alimentin alıanaraq İddiaçı ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər mediasiya prosesində iştirak etmişlər. Ə.Cəbiyev adına Masallı Rayon xəstəxanasının 167 nömrəli epikrizindən görünür ki, İddiaçı hər iki baldır sümüklərinin açıq, qəlpəli yerdəyişən sınığı diaqnozu ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək müalicə almışdır. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, 30 may 2008-ci il təvəllüdlü X1, 01 may 2010-cü il təvəllüdlü X2 və 11 iyul 2014-cu il təvəllüdlü X3 atasının İddiaçı, anasının Cavabdeh olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini təhlil edərək qeyd edir ki, 2021-ci ilə münasibətdə hal-hazırda layiqli həyat səviyyəsinin şərtləri baxımından uşaqlar üçün yaşayış minimumu 2023-cü il üçün 220 manat müəyyən edilmişdir və uşaqların mənafeyi ilə əlaqədar onun əvvəlki həyat səviyyəsinin saxlanılması üçün həmin həddə maddi təminatla təmin olunması hüququ vardır. Ona görə də məhkəmə göstərilən əsasları iddiaçının maddi vəziyyətinin dəyişməsi kimi qiymətləndirir. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, cavabdehin ailə və maddi vəziyyətini, diqqətəlayiq digər halları, eləcə də iddiaçının da müəyyən qədər uşağın saxlanılmasına görə maddi dəstək göstərməsini nəzərə alaraq, ödənilməli olan aliment miqdarının hər uşaq üçün 30 manat artırılmasını uşaqların hüquq və mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-200, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 30 may 2008-ci il təvəllüdlü X1, 01 may 2010-cü il təvəllüdlü X2 və 11 iyul 2014-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Masallı rayon məhkəməsinin 2(050)-1377/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay hər uşaq üçün 50 manat aliment miqdarı artırılaraq, hər ay hər uşaq üçün 80 manat, cəmi 240 manat müəyyən olunsun və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni miqdarda tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2935/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2935/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver