Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-2952/2023 29.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh onun mülkiyyətində olan 18 ədəd qəlyan, onların ləvazimatları və istifadə üçün tütün məmulatlarını, onlar naturada olmadığı təqdirdə onların qiyməti olan 8374 manat məbləğində pulun və 104 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəldən tanımış, Taleh Masallı şəhəri Təzə Bazar adlanan yerdə “SCAR” çay evini və X8 adlanan yerdə “Samovar” çay evlərini işlətmişdir. Ondan əvvəl həmin çay evində köhnə Misir qəlyanlarından istifadə olunurdu. Müştəri yığa bilmədiklərindən həmin çay evlərində qəlyanın verilməsini ona həvalə etmişdir. Aralarında olan razılaşmalara görə, qəlyan və onun ləvazimatlarının alınmasından və onların düzəldilərək müştərilərə çatdırılmasına qədər məsuliyyət onun üzərində olmuşdur. Qazancın isə 60 faizi onun, 40 faizi isə Cavabdeh olacaqdı. Razılaşmalarından sonra o, Bakı şəhərində olan Elvin adlı şəxsdən ümumilikdə 15 ədəd qəlyan və onların ləvazimatlarına 4000 manat pul vermişdir. Sonradan Masallı rayonundan olan Elməddin və Əli adlı şəxsdən 3 ədəd qəlyana 500 manat pul verərək almışdır. Elvin adlı şəxsdən 30 ədəd qəlyanın çaşqasına 900 manat pul verərək almışdır. Adları çəkilən çay evlərində 2000 manatdan çox qəlyanda istifadə üçün nəzərdə tutulmuş tütün məmulatları qalmış və həmçinin xx.xx.2023-cü il tarixdə Elvin adlı şəxsdən qəlyan üçün tütün məmulatına 947 manat pul verib almışdır. Cavabdeh adları çəkilən çay evlərində qəlyan fəaliyyətinə başlamışlar. Bir müddət işləmiş, qazancı da qeyd olunduğu kimi bölmüşlər. Həmin çay evlərində Cavabdeh işçiləri olmuş və qəlyan işində ona kömək etmiş X3 və qardaşı X5 olmuşlar. Onlarda məhkəmə iclasında şahid kimi iştirak edəcəklər. Münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılan zaman o, qəlyanlarını və onların ləvazimatlarını və tütün məmulatlarını götürmək istədikdə Cavabdeh etirazını bildirdi və onları verməmişdir. Cavabdeh polisə şikayət etmiş, polisdə araşdırma getmiş, qəlyanları ona satan Elvin adlı şəxsdə polisdə şahid kimi izahat vermişdir. O, da məhkəmə iclasında da şahid kimi iştirak edəcəkdir. Münasibətləri mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək barədə hüquqları ona izah edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən əsaslara uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdehla 01 il 06 aya yaxın birgə fəaliyyət göstərmişlər. Aralarında olan razılaşmalara görə o, qəlyan, kömür, tütün, müştük, bütün avadanlıqları almalı, Cavabdeh çayxananı işlətməli idi. Cavabdehla münasibətləri 2023-cü ilin iyul ayında pozulmuşdur. Cavabdeh ona qəlyanları ona qatrmayacağını demişdir. Almış olduğu ləvazimatlardan tütün məmulatları işlədilmiş, yalnız sonuncu dəfə 15 sentyabr 2023-cü il tarixdə almış olduğu tütünlər işlədilməmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə şəriklik münasibətləri olmuşdur. Qazancın 60 faizi Vəlinin, 40 faizi onun olmuşdur. Obyekt onundur, qəlyanlar obyektə məxsusdur. Aralarında borc münasibətləri yoxdur. Ona görə də iddianın rədd olunmasını xahiş edir. X1 ifadəsində bildirmişdir ki, İddiaçı ondan mütəmadi olaraq bir il müddətində qəlyan, kömür, tütünlər və bir çox qəlyan aksesuarları almışdır. Bununla bağlı qaimələr də var. İddiaçı Taleh adlı şəxslə Bakı şəhərinə gəlmiş və ona bildimişdir ki, Talehin çay evində işləyir qazanc əldə edir. Məhkəmə iş materiallarında olan və tərəfin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cavabdeh Masallı RPŞ-də verdiyi izahatından görünür ki, İddiaçı onun işçisi olmuşdur. Onla işlədiyi müddətdə qəlyanların sayını artırmışlar. Obyekt üçün alınan qəlyanlar obyektdə də qalacaqdır. Qəlyanların maya dəyəri hesablanacaq və onun tərəfindən pulu ödənilcəkdir. İddiaçı onun yanına işləməyə gələrkən özü ilə hər hansı qəlyan vasitəsi gətirməmişdir. Bütün qəlyanlar onunla birlikdə alınmışdır. Qəlyan və tütünlərin pulunu məhkəmə yolu ilə ödəyəcəkdir. -13 iyul 2023-cü il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 210 manat dəyərində 30 paçka kömür, 60 manat dəyərində 30 ədəd müşdük, 14 manat dəyərində 2 ədəd falqa, 104 manat dəyərində 2 ədəd falqa, 495 manat dəyərində 15 ədəd bador, 24 manat dəyərində 2 ədəd “Buta black”, 40 manat dəyərində 5 ədəd “Brüska” tütün; -17 may 2023-cü il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 250 manat dəyərində 1 ədəd “Misir” qəlyanı, 700 manat dəyərində 20 ədəd “Bador” tütün, 875 manat dəyərində “Enjoy” tütün, 100 manat dəyərində 50 ədəd müşdük, 630 manat dəyərində 90 paçka kömür, 210 manat dəyərində “Darkside” tütün, 120 manat dəyərində “Brüska” tütün, 180 manat dəyərində 30 ədəd “Klaud” çaşka, 900 manat dəyərində 30 ədəd “Quasar” çaşka, 60 manat dəyərində 10 dədə bazuki, 70 manat dəyərində 10 ədəd falqa; -15 sentyabr 2022-ci il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 500 manat dəyərində 2 ədəd “Joystik” qəlyan, 600 manat dəyrində 2 ədəd “Big-boss” qəlyan, 525 manat dəyərində 15 paçka “Bador” tütün,, 210 manat dəyərində 30 paçka tütün, 100 manat dəyərində 50 ədəd müşdük; -21 yanvar 2023-cü il tarixli qaimədən görünür ki, İddiaçı Elvin Şahməmmədovdan 250 manat dəyərində 1 ədəd “Misir” qəlyan, 500 manat dəyərində 2 ədəd “Big-boss” qəlyan, 600 manat dəyərində 2 ədəd “Jostik” qəlyan, 525 manat dəyəərində 15 paçka “Bador” tütün, 490 manat dəyərində 14 paçka “Enjoy” tütün, 420 manat dəyərində 60 paçka kömür, 120 manat dəyərində 60 ədəd müşdük; -10 iyul 2022-ci il tarixli qaimədən görünür ki , İddiaçı Elvin Şahməmmədovdan 1000 manat dəyərində 4 ədəd “Misir” qəlyan, 300 manat dəyərində 1 ədəd “Big-boss” qəlyan, 420 manat dəyərində “Bador” tütün, 350 manat dəyərində “Enjoy” tütün, 30 manat dəyərində 15 ədəd müşdük, 105 manat dəyərində kömür almışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 104 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1., 152.2. və 152.7.-ci maddələrində göstərilir ki, subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1., 390.4. və 390.5.-ci maddələrinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Göstərilən maddi hüquq normalarına və tədqiq olunmuş sübutlara əsasən, yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək və işin faktiki hallarına əsasən məhkəmə qeyd edir ki, tərəflər şifahi formada qazanc əldə etmək məqsədi ilə belə razılığa gəlmişlər ki, Cavabdeh fəaliyyət göstərdiyi çayxanada İddiaçı qəlyan və onun ləvazimatlarını işlədəcək, əldə olunmuş qazancdan hər ikisi faydalanacaqdır. Onların razışlaşmasının şərtləri qanuna zidd olmadığı üçün, həmin şifahi razılaşma müqavilə kimi qiymətlədirilməlidir. Hal-hazırda tərəflərin razılaşma şərtləri pozulmuşdur. İddiaçı tələb etdiyi ləvazimatların mülkiyyətinin ona məxsus olmasını sübut edə bilmişdir. Cavabdeh isə bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Mülkiyyət hüququ mütləqdir və bu baxımdan İddiaçı əşyaları tələb etməkdə haqlıdır. Lakin nəzərə alınmalıdır ki, tələb olunan qəlyanların ləvazimatlarındam 13 iyul 2023cü il tarixli qaimə üzrə qeyd olunan tütün və kömür məmulatları istisna olmaqla, digər qaimələrdə qeyd olunan tütün və kömür işlənmiş, tərəflər ondan faydalanmışlar. Ona görə həmin məmulatlara münasibətdə iddia tələbi əsassız hesab olunmalıdır. Belə olan halda 13 iyul 2023-cü il tarixli qaimə üzrə 210 manat dəyərində 30 paçka kömür, 60 manat dəyərində 30 ədəd müşdük, 14 manat dəyərində 2 ədəd falqa, 104 manat dəyərində 2 ədəd falqa, 495 manat dəyərində 15 ədəd bador, 24 manat dəyərində 2 ədəd “Buta black”, 40 manat dəyərində 5 ədəd “Brüska” tütün; -17 may 2023-cü il tarixli qaimə üzrə 250 manat dəyərində 1 ədəd “Misir” qəlyanı, 100 manat dəyərində 50 ədəd müşdük, 180 manat dəyərində 30 ədəd “Klaud” çaşka, 900 manat dəyərində 30 ədəd “Quasar” çaşka, 60 manat dəyərində 10 dədə bazuki; -15 sentyabr 2022-ci il tarixli qaimə üzrə 500 manat dəyərində 2 ədəd “Joystik” qəlyan, 600 manat dəyrində 2 ədəd “Big-boss” qəlyan, 100 manat dəyərində 50 ədəd müşdük; -21 yanvar 2023-cü il tarixli qaimə üzrə 250 manat dəyərində 1 ədəd “Misir” qəlyan, 500 manat dəyərində 2 ədəd “Big-boss” qəlyan, 600 manat dəyərində 2 ədəd “Jostik” qəlyan, 120 manat dəyərində 60 ədəd müşdük; -10 iyul 2022-ci il tarixli qaimə üzrə 1000 manat dəyərində 4 ədəd “Misir” qəlyan, 300 manat dəyərində 1 ədəd “Big-boss” qəlyan, 30 manat dəyərində 15 ədəd müşdük və ya dəyəri cavabdehdən alınmalıdır. Əsaslı hissədə əşyaların ümumi dəyəri 6437 manat olduğuna görə, iddianın qiymətinə münasibətdə dövlət rüsumuna ödənilmiş 84.37 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 930, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ümumi dəyəri 6437 manat olan 210 manat dəyərində 30 paçka kömür, 60 manat dəyərində 30 ədəd müşdük, 14 manat dəyərində 2 ədəd falqa, 104 manat dəyərində 2 ədəd falqa, 495 manat dəyərində 15 ədəd bador, 24 manat dəyərində 2 ədəd “Buta black”, 40 manat dəyərində 5 ədəd “Brüska” tütün, 250 manat dəyərində 1 ədəd “Misir” qəlyanı, 100 manat dəyərində 50 ədəd müşdük, 180 manat dəyərində 30 ədəd “Klaud” çaşka, 900 manat dəyərində 30 ədəd “Quasar” çaşka, 60 manat dəyərində 10 dədə bazuki, 500 manat dəyərində 2 ədəd “Joystik” qəlyan, 600 manat dəyrində 2 ədəd “Big-boss” qəlyan, 100 manat dəyərində 50 ədəd müşdük, 250 manat dəyərində 1 ədəd “Misir” qəlyan, 500 manat dəyərində 2 ədəd “Big-boss” qəlyan, 600 manat dəyərində 2 ədəd “Jostik” qəlyan, 120 manat dəyərində 60 ədəd müşdük, 1000 manat dəyərində 4 ədəd “Misir” qəlyan, 300 manat dəyərində 1 ədəd “Big-boss” qəlyan, 30 manat dəyərində 15 ədəd müşdük və ya qətnamə icra olunan vaxt olmayan əşyanın dəyəri, o cümlədən və dövlət rüsumuna ödənilmiş 84.37 manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-2952/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-2952/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver