Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-2955/2023 16.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə İddiaçı verdiyi ərizəyə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 10 avqust 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh ona olan borcunu tam şəkildə ödədiyindən, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1 və 260.6-cı maddələrinə görə iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firdovsi.Əliyev
Məhkəmə qərarları › İş №2(050)-2955/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-2955/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver