Məhkəmə qərarları › İş №2(050)-3005/2023

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3005/2023

09.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3005/2023 09.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı “arayışın düzgün və tam doldurularaq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsi öhdəliyinin “Masallı rayon Mərkəzi Xəstəxanası” X2 üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: İddiaçı “arayışın düzgün və tam doldurularaq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsi öhdəliyinin “Masallı rayon Mərkəzi Xəstəxanası” X2 üzərinə qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Mülki işin mümkünlüyü məsələsinə baxılarkən mübahisənin mahiyyətini təhlil edərək məhkəmə qeyd edir ki, İddiaçı inzibati akt qəbul etmək səlahiyyəti verilmiş X3 hərəkətsizliyindən narazılğını ifadə etməklə oğlu X1 əlilliyin təyin olunması ilə bağlı “88” formalı arayışın düzgün və tam doldurulmasını tələb edir. Göründüyü kimi iddiaçı inzibati məhkəmə icraatı qaydasında həmin hazırkı məsələni mübahisələndirməlidir. Belə olan halda məhkəmə aidiyyətı qaydalarına əsasən həmin tələbə mülki icraat qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir Azərbaycan Respublikası MPM-nin 153.2.1.-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göründüyü kimi tələb inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli ilə əlaqədardır. Məhkəmə aidiyyətı Şirvan İnzibati Məhkəməsinə aiddir. Göstərilənlərə əsasən və MPM-in 153, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “arayışın düzgün və tam doldurularaq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyinə göndərilməsi öhdəliyinin “Masallı rayon Mərkəzi Xəstəxanası” X2 üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar