Məhkəmə qərarları › İş №2(050)-3065/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3065/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3065/2023 12.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kommunal xidmətlərə görə 3024 manat, quraşdırılmış antenaya görə 315 manat, cəmi 3339 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Mənzil-Tikinti Kooperativi 2006-cı ildə ünvan 1 ünvanında çoxmənzilli bina inşa etmişdir. İnşa olunmuş binanın payçıları tərəfindən 2021-ci ilin iyul ayınadək MMC-nin yaradılmaması ilə əlaqdar olaraq binanın kommunal xidmətləri və binaya xidməti və onun saxlanılmasını, binanın təmirini, zibillərinin daşınmasını, liftin və binanın saxlanılmasını sakinlərin razılığı əsasında İddiaçı MTK üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə İddiaçı MTK ləğv olunmuş, hüquqi varisi İddiaçı MMC yaranmışdır. İddiaçı MTK-ın varisi olaraq xərclənmiş kommunal pulları bəzi sakinlərdən almaq mümkün olmamışdır. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2006-ci ildə “Mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 17 mərtəbəli 2-ci blok, mənzil 27, 1 otaqlı mənzili Payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzil Payçıya təhvil verilmiş, Payçı isə mənzilin dəyərini tam olaraq ödəmiş və mənzili təhvil almışdır. Cavabdeh ilə “Kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilə də imzalanmışdır. Cavabdeh kommunal xidmətdən istifadə etdiyinə görə müəyyən dövr ərzində ödəniş etsə də, sonradan ödəniş etməmişdir. O, xidmət haqqı borcunu 2009-cu ilin noyabr-aprel ayından 2021-cu ilin iyun ayı da daxil olmaqla müxtəlif vaxt fasilələri ilə ödəməmişdir. Cavabdehə kommunal xidmətinə görə borclarının ödənilməsi barəsində hər il dəfələrlə bildiriş göndərilmiş, binanın kommendantı və işçiləri tərəfindən dəfələrlə xəbərdar olunmuşdur. Belə ki, cavabdehin 2010-cu il üçün 28 manat, 2011-ci il üçün 228 manat, 2012-ci il üçün 466 manat, 2013-cü il üçün 594 manat, 2014-cü il üçün 528 manat, 2015-ci il üçün 370 manat, 2016-cı il üçün 300 manat, 2017-ci il üçün 240 manat, 2019-cu il üçün 30 manat, 2020-ci il üçün 180 manat, 2021-ci il üçün 60 manat, cəmi 3024 manat kommunal xidmətlərə görə, 315 manat antenaya, cəmi 3339 manat borcu var. Kommunal xidmət haqlarının ödənilməsi üçün dəfələrlə cavabdehlə telefon əlaqəsi saxlanılsada, həmçinin yazılı xəbərdarlıq edilsədə hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu ödəməmişdir. Kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin 1-ci maddəsinə əsasən iddiaçı üzərinə yük və sərnişin liftlərinin fasiləsiz işləməsini, binanın həyətində abadlıq-yaşıllaşdırma və həyətin işıqlandırılmasını, həyətdə zibilin vaxtında daşınmasını, bütün sutka ərzində həyət qapılarında gözətçilər qoyulmasını, mənzillərin mərkəzləşdirilmiş televizya antenası ilə təmin etmək (əlavə haqq ödənilməsi şərti ilə) kimi öhdəliklər götürmüşdür. Müqavilənin 2-ci maddəsinə əsasən mənzil mülkiyyətçisi kommunal xidmətlərə görə MMC rəhbərliyindən aldığı ödəniş cədvəli üzrə müəyyən edilmiş məbləği nağd və tam həcmdə növbəti ayın 5-dən gec olmayaraq cəmiyyətə ödəməlidir. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 443, 445; Mənzil Məcəlləsinin 38, 135 140-cı maddələrinə və kommunal xidmətlərin göstərilməsi barədə müqaviləyə istinad edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müarciət edərək göstərmişdir ki, İddiaçı borc tələbinə dair iddiası üzrə MM-in 373.3-cü maddəsinə əsasən müddət keçmişdir. Tələb edilən kommunal xərclərin borcları hər ay ayrı-ayrı borclardır. Belə ki, iddia tələbində 2010-cu il üçün 28 manat, 2011-ci il üçün 228 manat, 2012-ci il üçün 466 manat, 2013-cü il üçün 594 manat, 2014-cü il üçün 528 manat, 2015-ci il üçün 370 manat, 2016-cı il üçün 300 manat, 2017-ci il üçün 240 manat, 2019-cu il üçün 19 manat, 2020-ci ilin may ayına qədər 60 manat, cəmi 2844 manat təşkil edir. Tələb edilən 3339 manat borcun 2844 manatı üzrə MM-in 373-cü maddəsinə əsasən prosessual müddəti keçmişdir. Televizya antenasının quraşdırılmasına görə tələb edilən 315 manata münasibətdə də müddət keçmişdir. Belə ki, antena 2017-ci ildə çəkilmiş və ona görə tələb edilən borc 6 il əvvəl yaranmışdır. Sonda cavabdeh kommunal xərclər üzrə 2844 manat və televizya antenasının quraşdırılmasına görə 315 manat borc üzrə müddət keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi R.Mənsimov ərizə il məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçı iddia müddətinin 3 il müddət nəzərə alınmaqla hesablanmasını xahiş etmişdir. Onun bildiyinə görə 5 il müddət keçdikdən sonra kommunal borc tələb edilə bilməz. Televizya antenası ilə bağlı müqavilə bağlanmamışdır, lakin 2017-ci ildə mənzil mərkəzləşdirilmiş televizya antenası ilə təmin edilmiş və ondan istifadə olunur. Televizya antenasının quraşdırılmasına görə tələb edilən 315 manata münasibətdə də müddət keçmişdir. Müqavilələrdən bəzilərində imza yoxdur, bəzilərində isə Cavabdeh qarşısındakı imza bacısına məxsus deyil. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2006-cı il tarixli “Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, "xxxx" MMC Bakı şəhəri, M.Cəlal küçəsində inşa edilən 16 mərtəbəli, 1 bloklu, 2 nömrəli, 1 otaqlı, 27 nömrəli mənzili payçı Cavabdeh verməyi, payçı isə 12280 ABŞ dolları məbləğində pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2009-cu il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2009-cu il üçün 18 manat müəyyən edilmişdir. - İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2010-cu il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2010-cu il kv.m-dən asılı olaraq qış fəsli ayları üçün 50 manat, yay fəsli ayları üçün 22 manat müəyyən edilmişdir. - İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2011-ci il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2011-ci il kv.m-dən asılı olaraq qış fəsli ayları üçün 50 manat, yay fəsli ayları üçün 25 manat müəyyən edilmişdir. - İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2012-ci il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2012-ci il kv.m-dən asılı olaraq qış fəsli 50 manat, yay fəsli üçün 25 manat dekabr ayından kvadrata görə qış fəsli ayları 54 manat, yay fəsli ayları üçün 27 manat) müəyyən edilmişdir. - İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2013-cü il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2013-cü il qış fəsli ayları (yanvar, fevral mart, aprel, noyabr, dekabr) üçün 54 manat, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 27 manat müəyyən edilmişdir. - İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2014-cü il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2014-cü il qış fəsli ayları (yanvar, fevral mart, aprel, noyabr, dekabr) üçün 54 manat, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 27 manat müəyyən edilmişdir. - İddiaçı MTK üzvlərinin ümumi iclasının xx.xx.2015-ci il tarixli qərarından görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il üçün 25 manat müəyyən edilmiş; ümumi iclasın protokolundan çıxarışdan isə görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2015-ci il qış fəsli ayları (yanvar, fevral mart, aprel, noyabr, dekabr) üçün 40 manat, yay fəsli ayları (may, iyun, iyul, avqust, sentyabr, oktyabr) üçün 35 manat müəyyən edilmişdir. - İddiaçı MMC üzvlərinin ümumi iclasının xx.xx.2016-cı il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2016-cı il üçün 25 manat müəyyən edilmişdir. - İddiaçı MMC üzvlərinin ümumi iclasının xx.xx.2017-ci il tarixli qərarından və ümumi iclasın protokolundan çıxarışdan görünür ki, 1 otaqlı mənzilin kommunal ödəmə haqqı 2017-ci il üçün 25 manat müəyyən edilmişdir. - xx.xx.2015-ci il tarixli, 27 nömrəli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MTK ilə Cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilə bağlanmış, müqavilədə 1 otaqlı mənzil üçün xx.xx.2015-ci tarixdən etibarən kommunal xərclərin 25 manat ödəniləcəyi göstərilmişdir. - xx.xx.2018-ci il tarixli, 27 nömrəli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilə bağlanmış, müqavilədə 1 otaqlı mənzil üçün xx.xx.2018-ci tarixdən etibarən kommunal xərclərin 30 manat ödəniləcəyi göstərilmişdir. - xx.xx.2020-ci il tarixli kommunal xidmətlərin göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Kommunal xidmətlərin göstərilməsi və ödənişi haqqında” müqavilə bağlanmış, müqavilədə 1 otaqlı mənzil üçün kommunal xərclərin 30 manat ödəniləcəyi göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş borc barədə bildirişdə göstərilir ki, Cavabdeh İddiaçı MMC-yə kommunal xidmətlərin göstərilməsi ilə bağlı 2010-cu il üçün 28 manat, 2011-ci il üçün 228 manat, 2012-ci il üçün 466 manat, 2013-cü il üçün 594 manat, 2014-cü il üçün 528 manat, 2015-ci il üçün 370 manat, 2016-cı il üçün 300 manat, 2017-ci il üçün 240 manat, 2019-cu il üçün 30 manat, 2020-ci ilin aprel, may, avqust, sentyabr, noyabr və dekabr ayları üçün hər ay 30 manatdan hesablanmaqla 180 manat, 2021-ci ilin aprel və may ayları üçün 60 manat, cəmi 3024 manat və 315 manat antenaya görə borcu yaranmışdır. 2012, 2016 və 2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, İddiaçı MMC tərəfindən borcun ödənilməsi ilə bağlı cavabdeh barəsində xəbərdarlıq tərtib edilmişdir. İddiaçı MMC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, Cəmiyyət İddiaçı Mənzil-Tikinti Kooperativinin hüquqi varisidir. Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən çıxarışdan görünür ki, qurumun əvvəlki adı İddiaçı Mənzil-Tikinti Kooperativi xx.xx.2003-cü ildə, qurumun hazırki adı İddiaçı xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınmışdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC məhkəmədə iddia qaldımaq üçün 53.80 manat (0.40 manat xidmət haqqı ilə birlikdə) dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6-cı maddəsinə əsasən çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənziltikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İşin araşdırılması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş borc barədə bildirişdə göstərilən məlumatlara əsasən müəyyən edilmişdir ki, tələb edilən kommunal xidmətlərə borc 2010-cu il üçün 28 manat, 2011-ci il üçün 228 manat, 2012-ci il üçün 466 manat, 2013-cü il üçün 594 manat, 2014-cü il üçün 528 manat, 2015-ci il üçün 370 manat, 2016-cı il üçün 300 manat, 2017-ci il üçün 240 manat, 2019-cu il üçün 30 manat, 2020-ci ilin aprel, may, avqust, sentyabr, noyabr və dekabr ayları üçün hər ay 30 manatdan hesablanmaqla 180 manat, 2021-ci ilin aprel və may ayları üçün 60 manat, cəmi 3024 manat yaranmışdır. Borc barədə bildirişdən görünür ki, digər aylar üzrə kommunal borc ödənilmiş və iddiaçı cavabdehin kommunal xidmətlərə görə ödənişlərini cədvəldə hansı ay üçün ödənildiyi göstərmişdir. Yəni, cavabdeh iddiaçının hansı il üzrə hansı aya görə hansı vaxta kimi kommunal xidmətlərə görə ödənişi etməli olduğunu, lakin ödəniş etməməsini və beləliklə öz hüququnun pozulduğunu bilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, kommunal xidmətlərə görə ödənişlər vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələb tələbdir və tələb edilən kommunal xidmətlərə görə 3024 manat borca münasibətdə üç illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı MMC-in iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh 2020-ci ilin iyul ayı üçün kommunal xidmətlərə görə borcunu ödəmişdir. Belə olan halda iddiaçı 2020-ci ilin avqust ayı daxil olmaqla kommunal xidmətlərə görə borcu tələb edə bilər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş borc barədə bildirişdən görünür ki, iddiaçının 2020-ci ilin avqust, sentyabr, noyabr, dekabr, 2021-ci ilin aprel və may ayları üçün hər ay 30 manatdan hesablanmaqla, cəmi 180 manat kommunal xidmətlərə görə borcu var. Məhkəmə iddiaçının digər tələbinə - quraşdırılmış antenaya görə 315 manat borcun ödənilməsinə münasibətdə bildirir ki, iddia ərizəsində bununla bağlı kommunal xidmətlərin göstərilməsi barədə müqavilənin 1-ci maddəsinə istinad edilsədə, iş materiallarına mənzillərin mərkəzləşdirilmiş televizya antenası ilə təmin edilməsi ilə bağlı hər hansı müqavilə əlavə edilməmiş və ya işdə olan müqavilələrdə belə bir şərtin müəyyən edilməsi görünmür. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə, həmçinin onun nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bildirilmişdir ki, 2017-ci ildə mənzil mərkəzləşdirilmiş televizya antenası ilə təmin edilmiş və ondan istifadə olunur. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində televizya antenasının quraşdırılmasına görə 315 manat borca görə iddia müddətinin keçməsini iddia etmişdir. Mülki Məcəllənin müvafiq maddələrinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2). Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin (maddə 406.1). İş materiallarında mərkəzləşdirilmiş televizya antenası ilə bağlı yazılı müqavilənin olmaması belə bir müqavilənin bağlanmaması anlamına gəlmir, cavabdehə aid mənzil mərkəzləşdirilmiş televizya antenası ilə təmin edilmiş və ondan istifadə olunur. Cavabdeh ərizəsində 2017-ci ildə mənzilin mərkəzləşdirilmiş televizya antenası ilə təmin edildiyini göstərmiş, iddiaçı isə bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Mülki Məcəllənin 373.2-cü maddəsinin tələbi baxımından müqavilə tələbləri üzrə iddia müddəti üç il olduğundan quraşdırılmış antenaya görə 315 manat borcun ödənilməsi hissəsində də iddia müddəti ötürülmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum Qərarında göstərilir ki, “...İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (X1rşı iş üzrə 1985-ci il 28 may tarixli, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il 4 dekabr tarixli Qərarlar). Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı).” Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, Cavabdeh kommunal xidmətlərə görə 180 manat borc tutularaq İddiaçı MMC-yə ödənilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 53.80 manat (0.40 manat xidmət haqqı) dövlət rüsumunun 30.40 (0.40 manat xidmət haqqı) manatı cavabdehə, 23.40 manatı isə iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh kommunal xidmətlərə görə 180 manat borc tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş 53.80 manat (0.40 manat xidmət haqqı) pulun 30.40 (0.40 manat xidmət haqqı) manatı Cavabdeh tutuluraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar