Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-312/2024 13.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), məhkəmə iclasının katibi X3, Cavabdeh iştirakı ilə. İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 50 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağcabədi rayonu Hindarx qəsəbəsində yaşayır. O, tanımadığı və münasibətdə olduğu Cavabdeh xahişini nəzərə alaraq ehtiyac olduğu üçün borc müqaviləsinə əsasən qaytarmaq şərti ilə müqavilə ilə 3000 manat borc pul vermişdir. Beləliklə cavabdehin ona 3000 manat məbləğində borcu yaranmışdır. Lakin o, bir neçə dəfə cavabdehə borcunu ödəməsini tələb etsə də cavabdeh ona yalan vədlər verir və onu aldatmışdır. O, yenədə öz aralarında müqavilə yazaraq imzalamışlar. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının teleqramını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 3000 (üç min) manat məbləğində pulu borc vermiş, cavabdeh aldığı borc məbləğini 2 ay müddətində iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/250 saylı ekspert rəyindən görünür ki, 2(050)-312/2024 nömrəli mülki işin 3-cü vərəqində olan xx.xx.2022-ci il tarixli Borc müqaviləsinin yuxarı hissəsində "və digər tərəf Borcalan" qrafasındakı "Cavabdeh" yazıları, "1.Müqavilənin predmeti" hissəsində "borc alana" yazılarının qarşısındakı "Cavabdeh" yazıları, "2.Tərəflərin hüquq və vəzifələri" hissəsində "2.4.2.Borcalan:" qrafasındakı "Cavabdeh" yazıları və onun qarşısındakı "İmza" qrafasındakı imza, "7. Tərəflərin hüquqi ünvanları və rekvizitləri" hissəsində "Borcalanın ünvanı şəxsiyyət vəsiqəsi.təvəllüdü" qrafasında "Quliyev X5 rayonu səmidxan kənd sakiniyəm. 190 nömrəli h/h-də xidmət edirəm.yaşayıram" yazıları, "İmza" qrafasındakı "xx.xx.1988 AZE 14188428" yazıları və məmin yazıların aşağı orta hissəsindəki imza - Cavabdeh tərəfindən icra olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, tərəflər arasında borc müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı müəyyənəşdirilmiş pul məbləğini cavabdehə borc vermiş, cavabdeh isə aldığı borc məbləğini müəyyənləşdirilmiş müddətdə geri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, nəticədə iddiaçının cavabdehdən öhdəliyinin icrasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində Cavabdeh 110 manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3000 manat məbləğində pul vəsaiti, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3050 (üç min əlli) manat alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul vəsaiti, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3050 (üç min əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 110 manat məbləğində pul vəsaiti X2 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT -CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN: **********, Hesab AZ34CTRE********************) xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-312/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-312/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver