Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3140/2023 04.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə. İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 13200 manat pul tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inizbati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh1 avtombilə ödəmiş olduğu pula görə 11700 manat, avtomobilə çəkdiyi xərcə görə 1500 manat, cəmi 13200 manat, dövlət rüsumuna görə rüsum 139,60 manat və mediyasiya xərcinə görə 200 manat pul tələb etmiş, iddiaçının məhkəmə hazırlıq iclasında təqdim edilmiş ərizəsinə əsasən Cavabdeh2 da cavabdeh kimi işə cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 11700 manat məbləğində ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili almışdır. Cavabdeh ona aldığı avtomobilə sərəncamvermə hüququna dair xx.xx.2022- ci il tarixli ƏN-Vİİİ seriyalı 596045 nömrəli etibarnamə vermişdir. Avtomobilin əzik yerləri vardır, 1500 manat xərc çəkib onları təmir etdikdən sonra avtomobili adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, avtomobilin ilkin sahibi maşına sərəncamvermə hüququna dair etibarnaməni ləğv etmişdir. O, avtomobilin ilkin sahibini tanımır, sərəncamvermək hüququna dair etibarnamə ilə həmin avtomobili Cavabdeh1 almışdır. Hazırda etibarnamə ləğv edildiyindən o, avtomobildən istifadə edə bilmir. Bununla bağlı dəfələrlə cavabdehdən etibarnaməni bərpa etməsini və ya pulunu qeri qaytarmasını tələb etsə də, cavabdeh “bu mənim günahım deyil” deyərək pulunu qaytarmaqdan imtina etmiş, nəticədə Cavabdeh1 ona 13 200 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ seriyalı 596045 nömrəli etibarnamədən də görünür ki, nəqliyyat vasitəsinin sahibi X1 adından etibarnamə ilə çıxış edən Cavabdeh1 ona xx.xx.2023-cü il tarixə kimi qüvvədə olan ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobilə sərəncamvermə hüquqnuna- idarə etmək, bağışlamaq, ipotekaya qoymaq və s. hüquqlara dair səlahiyyət vermişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən də görünür ki, ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobil X1 mülkiyyətindədir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Qaradağ rayon Polis İdarəsinin 10-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından da görünür ki, Cavabdeh1 ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili ona 11700 manata satdığını, ona həmin avtomobilə dair sərəncamvermə hüququna dair etibarnamə verməsini və sonradan avtomobilin sahibinin etibarnaməni ləğv etdiyini, onun günahı olmadığından aldığı pulu qaytarmadığını etiraf etmişdir. Cavabdeh izahatında qeyd etmişdir ki, mübahisəli avtomobili Emin adlı şəxsdən almış, avtomaşın Saddədin adlı şəxsə məxsus olmuş, Eminin Saddədinə borcu olduğundan sonuncu verdiyi etibarnamələri ləğv etmişdir. ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili təmir etdirmiş və təmirinə 1500 manat məbləğində pul vəsaiti xərclənmişdir.Təqdim olunan fotoşəkillərdən də görünür ki, ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobildə əziklər olmuş, təmirə ehtiyacı olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Cavabdeh1 onu aldadaraq 13200 manat məbləğində pul vəsaitinə ələ keçirərək mənimsəməklə onun hesabına əsassız varlanmışdır. Aralarında olan şifahi alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməmiş, ondan aldığı pulun müqabilində verdiyi nəqliyyat vasitəsinə sərəncamvermək hüququna dair etibarnamənin etibarlığını təmin etməmiş, onu aldığı əmlakdan istifadə hüququndan məhrum etmiş, onun pul vəsaitini özündə saxlamaqla qaytarmaqdan imtina etməklə ondan əsassız olaraq varlanmış və nəticədə ona 13200 manat məbləğində ziyan vurmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, avtomobili Cavabdeh1 və Cavabdeh2 almışddır. Əvvəlcə sövdələşməsi Ramalla olmuş, daha sonra Səbuhi qiymətdən çıxmış, 11700 manat pulu onlara vermişdir. Avtomibili etibarnamə əsasına əldə etmişdir. Sonradan avtomobilə 1500 manat xərc çəkmişdir. Artıq 11 aydır avtomobil həbsdədir, idarə edə bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, o, sadəcə etibarnamə vermişdir. Mübahisənin ona aidiyyəti yoxdur. O, sadəcə qardaşı Cavabdeh2 kömək etmişdir. Ona görə də özünü cavabdeh hesab etmir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, İddiaçı pulu o almışdır. O, avtomobili Mirəhədə 11700 manata satmış və pulunun. Onun qardaşının bu məsələdə heç bir günahı yoxdur. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 26 yanvar 2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında Qaradağ RPİ 10-cu PB-də tərəfindəm CPM-in 207-ci maddəsinə əsasən araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 31 mənzil 30-da yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək Qaradağ rayonu. Lökbatan qəsəbəsi yaxınlığında yerləşən BDYPİ-nin müayinə və sənədləşmə mərkəzində Ramal və Səbuhi qardaşlarından ** CB *** dövlət qeydiyyat nişanlı avtomobili sərəncamvermə hüququnu təsdiqləyən etibarnamə əsasında 11 700 manata alması lakin təqribən 1 ay müddət keçdikdən sonra avtomobilinin mülkiyyətçi qismində öz adına rəsmiləşdirmək istəyərkən etibarnamənin ləğv olunduğunu aşkar etməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında Cavabdeh1 və onun qardaşı Cavabdeh2 izahatı alınmışdır. Alınmış izahatlardan məlum olmuşdur ki, hər iki şəxs birlikdə fərdi olaraq avtomobil alğı-satqısı ilə məşğul olur. Bu işi həyata keçirərkən onlar əvvəllər cavadov Emin adlı şəxsdən avtomobili alıb digər şəxslərə satıb. Cavabdeh2 bildirmişdir ki, avtomobobili Emin adıı şəxsdən alarkən ondan sərəncamvermə hüququ verən etibranmə alaraq və daha sonra başqa şəxslərə satıb. xx.xx.2022-ci il tarixdə Emin oan zəng etmiş və Gürcüstan Respublikasından yeni avtomobilin gətirildiyini bildirərərk onu çağırmışdır. Cavabdeh2 qardaşı Cavabdeh1 ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən BDYPİ-nin müayinə və qeydiyyat mərkəzində Emin və yanında olan 2 nəfər şəxslə görüşmüşdür. 2006-cı ildə istehsal olunmuş tünd boz metallik rəngli “Toyota Carolia” markalı avtomobilinə baxdıqdan sonra qiyməti danışılmış və razılaşma əsasında Emin adlı şəxsin yanındakı şəxslərdən birinin kart hesabına pul köçürülmüşdür. Sənədləşmə prosesi zamanı avtomobilin qeydiyyat şəhadətnaməsi Rəhimova Günel adlı şəxsin adına olmalı olduğu halda Eminin yanıdakı Sadəddir adlı şəxs Günel Rəhimovadan mülki etibarnamə aldığını sənədləşmə ərizəsində qeyd etmədiyi üçün qeydiyyat şəhadətnaməsi Sadəddin adl şəxsin adına hazırlanmış və sonrada qeydiyyat mərkəzinin əməkdaşları texniki yalnışlıq olduğunu bildirİD şəhadətnaməni dəyişmişdirlər. Bundan sonra qeydiyyat şəhadətnaməsi X1 adına rəsmiləşdirilmiş və Sadəddin adlı şəxs Günel Rəhimovanın adından mülki etibarnaməsi olduğu üçün sərəncamvermə hüququ verən etibarnamə əsasında avtomobili onlara satmışdır. Cavabdeh2 Eminin verdiyi karta dostu Vurğun adlı şəxsin vasitəsi ilə 10000 manat pu! göndərmiş və geri qalan 1000 manat puli isə əlbəəl vermişdir. Növbəti günlərdə Badamdar qəsəbəsində avtomobili diaqnostika edərkən bir nəfər şəxs onlara yaxınlaşmış və avtomobilin satılıq olub- olmadığını soruşmüşdür. Özünü İddiaçı kimi təqdim edən həmin şəxsə 11700 manat qiymət deyilmiş və həmin gün, yəni xx.xx.2022-ci il tarixdə aralarında olan razılığıa əsasən 11700 manat məbləğdə avtomobili İddiaçı sərəncamvermə hüququnu təsdiq edən etibarnamə vasitəsi il satmışdırlar. Təqribən 1 ay 10 gün sonra 2023-cü ilin Yanvar ayının 11-i avtomobilin sahibi Sadəddin adlı şəxs Cavabdeh2 zəng edərək Eminin ona borcu olduğu üçün “Toyota Carolla”nın etibarnaməsini ləğv etdiyini bildirmişdir. Cavabdeh2 avtomobili başqa şəxsə satdığını jə buna görə də pis vəziyyətdə qalacağını bildirmişdir. Cavabdeh2 Emini tapa bilmədiyi üçün yaşadığı ərazi üzrə 40-cı polis bölməsinə müraciət etdiyini və bununla paralel zəng edib avtomobili alan şəxsə etibarnamənin ləğv olunması barədə məlumat verdiyini bildirmişdir. Sonda Cavabdeh2 və Cavabdeh1 etibarnamənin ləğv olunmasında onların günahının olmadığını və hər-hansı dələduzluq məqsədlərinin olmadığını bildirmişdirlər. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1. və 14.2.7.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Əsassız varlanma həmin əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. və 1091.2.-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1.-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: -1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; -1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1.-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında qanuni əsas və ya müqavilə əsasından kənar hüquq münasibəti yaranmışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 qeyri-rəsmi olaraq 11700 manat məbləğində pul ödəməklə ** CB *** dövlət qeydiyyat nömrəli “Toyota Carolla” markalı avtomobili almışdır. Cavabdeh tərəf ona aldığı avtomobilə sərəncamvermə hüququna dair xx.xx.2022- ci il tarixli ƏN-Vİİİ seriyalı 596045 nömrəli etibarnamə vermişdir. İddiaçı avtomobili adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, avtomobilin ilkin sahibi maşına sərəncamvermə hüququna dair etibarnaməni ləğv etmişdir. Cavabdeh tərəf avtomobilin 11700 manata qeyri-rəsmi satılmasını təsdiq edir. Həmin qeyri-rəsmi müqaviləni avtomobilin mülkiyyətçisi sonradan bəyənməmişdir. Cavabdeh2 avtomobilin pulun mülkiyyətçiyə ödədiyini bildirmiş olsa da, hazırlı mübahisə üzrə İddiaçı ilə avtomobilin mülkiyyətçisi arasında heç bir hüquq münasibəti yaranmadığına görə, əsassız varlanma maddi hüquq normalarının tələbinə uyğun olaraq, 11700 manat pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh1 iddianın ona aidiyyəti olmadığını bildirsə də, işin hallarına, eləcə də Cavabdeh2 polis şöbəsində vermiş olduğu izahata əsasən müəyyən olunur ki, cavabdehlər hər ikisi birgə hərəkət etməklə avtomobilin qeyri-rəsmi satışında iştirak etmişlər. Ona görə də onlar hər ikisi müştərək mülki məsuliyyət daşımalıdırlar. Məhkəmə mediyasiya prosesində iştirak etməyə görə 200 manat, avtomobilə çəkilmiş xərcə görə 1500 manat pul tələbinə münasibətdə qeyd edir ki, bu növ mübahisələr üzrə qanunla məcburi qaydada mediyasiya prosesində iştirak nəzərdə tutulmamışdır, bu iddiaçının özünün istəyi ilə olmuş və ona görə də həmin məbləğin cavabdehlərdən tələb olunması əsassızdır. Bundan başqa 1500 manat avtomobilə xərc çəkilmiş olsa belə, həmin məbləğ avtomobilin mülkiyyətçisindən tələb oluna bilər. Cavabdehlərin belə bir hüquqları olmadığına görə, çəkilmiş xərcə görə məsuliyyət daşıya bilməzlər. Odur ki, iddia həmin tələb üzrə də əsassız hesab olunmalıdır. Ödənilmiş dövlət rüsumuna görə məhkəmə qeyd edir ki, iddia 11700 manat həcmində əsaslıdır, ona görə də həmin məbləğə uyğun 125,10 manat cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, izahatla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticıyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11700 manat, ödənilmiş dövlət rüsumuna görə 125,10 manat pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İddia mediyasiya xərcinə görə 200 manat, avtomobilə çəkilmiş xərcə görə 1500 manat pul tələbinə münasibətdə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaraılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-3140/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3140/2023
04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver