Məhkəmə qərarları › İş №2(050)-3146/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-3146/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-3146/2023 07.11.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 (sədrlik edən), Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 570 manat zərərin və 30 manat rusum pulu cəmi 600 (altı yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Masallı şəhəri, Xətai kücəsində yerləşən “Retroqar” adlanan kafenin qarşısında onun cibindən gizli yolla 570 (beş yüz yetmiş) manat pulunu oğurlamışdır. Bu barədə Masallı rayon polis şöbəsinə müraciətlər etdikdən sonra, onun barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokolu tərtib etmiş polis, sahə rəisinin tərtib etmiş protokolda 400 manat göstərilmişdir. Lakin cavabdeh pulunu cibindən gizli yolla 570 manatını oğurlamış və ona ziyan vurmuşdur. Cavabdehin ona vurmuş olduğu ziyanı etiraf etmiş və pulunu yaxın günlərdə qaytaracağına söz vermişdir. Lakin buna baxmayaraq cavabdeh pulunu qaytarmır. Ona görə də, cavabdehin ondan, gizli yol ilə götürüb istədiyi formada xərcləyib, qaytarmadığını nəzərə alaraq cavabdehdən məhkəmə qaydasında tələb etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi Nümayəndə 19 oktyabr 2023-cü il tarixdə məhkəmə iclasıda verdiyi izahatında bildirmişdir ki, Cavabdeh iddiaçıya faktiki borcu 570 manatdır. Lakin araşdırma zamanı təhqiqatçı məbləği az, yəni 400 manat məbləğində göstərmişdir. Odur ki, iddianın tam olaraq təmin edilməsini Cavabdeh 570 manat zərərin alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 01 avqust 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Masallı Dadva-2 küçəsində yaşayan İddiaçı vurulmuş ziyan 400 (dörd yüz) manat olduğundan törədilmiş əməldə cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Əməli törətmiş İddiaçı əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin (xırda talama) tərkibi olduğu üçün, onun həmin maddə ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə verilməsi, Qərarın surəti maraqlı tərəflərə göndərilməklə qəbul edilmiş qərardan narazı olduğu halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilməsi, Qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən Masallı rayon Prokuroruna göndərilməsi, Material saxlanılması üçün Masallı RPŞnin dəftərxanasına verilməsi qərara alınmışdır. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan və materiallardan görünür ki, Salayev X4 RPŞ-nə müraciət edərək ona məxsus 400 manat pulun tanışı Rüfət adlı şəxs tərəfindən oğurlanmasını bildirmişdir. Materilada olan şifahi ərizə qəbul edilməsi barədə xx.xx.2023-cü il tarixli Protokoldan görünür ki, İddiaçı tanışı Rüfət adlı şəxsin onun 400 manat pulunu oğurlaması barədə ərizə vermişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 3(050)-1198/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əssən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1. maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin faktiki və hüquqi hallarını müqayisəli təhlil edərək qeyd edir ki, iddiaçı cavabdehin ona 570 manat məbləğində ziyan vurğunu qeyd etmiş olsa da, həmin məbləğin qeyd edildiyi qədər olmasını sübut edəcək hər hansı sübut təqdim etməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, cavabdehin iddiaçıya vurmuş olduğu ziyan 400 manat məbləğindədir. Odur ki, iddia qismən təmin edilməli və cavabdehdən 400 manat pul alınaraq iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 30 (otuz) manat məbləğində dövlət rüsum ödənilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən, yəni 1150 manat məbləğə münasibətdə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar