Məhkəmə qərarları › İş №2(050)-320/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-320/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-320/2023 26.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh, X2 və Zamin2 qarşı borc tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, X1 və Zamin2 müştərək qaydada 25 avqust 2020-ci il tarixli, 3622/3622 saylı kredit müqaviləsinə görə pay haqqı 500 manat çıxılmaqla, 837 manat əsas, 242 manat faiz, 470 manat cərimə, cəmi 1549 manat kredit borcu və ödənilmiş 35 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC fiziki şəxs Cavabdeh arasında 25 avqust 2020-ci il tarixli, 3622/3622 saylı kredit müqaviləsi bağlamış və bu müqavilənin 2.1-ci maddəsinə əsasən kredit və borcalana 18 ay müddətinə 500 manat pay haqqı daxil olmaqla, cəmi 2000 manat kredit verilmişdir. X3 və Zamin2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borclular götürdüyü kredit borcunu tam və ya düzgün ödəmədiyindən pay haqqı 500 manat çıxmaq şərti ilə 837 manat əsas, 242 manat faiz, 470 manat cərimə, cəmi 1549 manat borcu yaranmışdır. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmiş, kredit təşkilatı tərəfindən onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, nəticəsi olmamışdır. Odur ki, həmin məbləğin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdehlər Cavabdeh, X2 və Zamin2 Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişlər. İşdə olan 25 avqust 2020-ci il tarixli, 3622/3622 nömrəli kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinə əsasən Cavabdeh 18 ay müddətinə 500 manat pay haqqı daxil olmaqla, cəmi 2000 manat kredit verilmişdir. Müqavilə üzrə X3 və Zamin2 birgə zamin olan şəxslərdir. 25 avqust 2020-ci il tarixli, 3622/3622 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X3 və Zamin2 ilə iddiaçı arasında müddətsiz zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin olmuş şəxslər kredit müqaviləsində göstərilən məbləği kredit verənin ilk tələbi əsasında heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür və buna görə özlərinin bütün əmlakı (pul vəsaiti ) ilə məsuliyyət daşıyır. Pretenziyaların surətlərindən görünür ki, "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh, X2 və Zamin2 xəbərdalıq etməklə və bildiriş göndərməklə banka olan kredit borcunu vaxtında qaytarmadığı halda məhkəməyə müraciət ediləcəyini, yaranmış borcun və ona hesablanmış faizin ödənilməsini bildirmişdir. Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 500 manat pay haqqı olmaqla 2000 manat kredit verilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatı məhkəmədə iddia qaldırılması üçün 35 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, "xxxx" MMC fiziki şəxs Cavabdeh arasında 25 avqust 2020-ci il tarixli, 3622/3622 saylı kredit müqaviləsi bağlamış və bu müqavilənin 2.1-ci maddəsinə əsasən kredit və borcalana 18 ay müddətinə 500 manat pay haqqı daxil olmaqla, cəmi 2000 manat kredit verilmişdir. Borclular götürdüyü kredit borcunu tam və ya düzgün ödəmədiyindən pay haqqı 500 manat çıxmaq şərti ilə 837 manat əsas, 242 manat faiz, 470 manat cərimə, cəmi 1549 manat borcu yaranmışdır. Ona görə də zaminlər və əsas borclu birgə məsuliyyət daşıyırlar. Lakin məhkəmə Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən tələb olunan cərimə məbləğinin azaldılaraq, 20 manat həddində tutulmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə ( hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının tələbi təmin olunduğuna görə onun tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq, bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X1 və Zamin2 müştərək qaydada 837 manat əsas, 242 manat faiz, 20 manat cərimə, cəmi 1099 manat kredit borcu və ödənilmiş 35 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar