Məhkəmə qərarları › İş №2(050)-3213/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-3213/2025

10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-3213/2025 10.09.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı YeloBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı YeloBank Acıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə aralarında olan müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 7282.92 manat əsas borc, 146.14 manat faiz borcu və 5.84 manat cərimə borcu olmaqla cəmi 7434.9 manat borcun tutulması və Cavabdeh1 YeloBank ASC-in xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 360.37 manat əsas borc, 6.81 manat faiz, 0.1 manat cərimə borcu olmaqla cəmi 367.28 manat məbləğində borcun və 98.02 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehlərdən Cavabdeh2 ünvan 1 ünvanında, Cavabdeh1 isə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Göründüyü kimi, hazırki mübahisəyə Masallı Rayon Məhkəməsində deyil, Bakı şəhəri Xətai rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 98.02 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Odur ki, İddiaçı YeloBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin, iddiaçı YeloBank ASC-nin tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211) 98.02 manat məbləğində dövlət rüsumu YeloBank ASC-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264 və 279-cu maddələrinə əsasən, QƏRARA ALDİM: İddiaçı YeloBank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılsın. İddiaçının hazırki iddia tələbi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilsin. İddiaçı YeloBank ASC-nin tərəfindən ödənilmiş (xx.xx.2025-ci il tarixli, qəbz nömrəsi **********, büdcə təsnifat kodu 142211) 98.02 manat məbləğində dövlət rüsumu YeloBank ASC-yə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar