Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-322/2023 26.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı rayon məhkəməsinin hakimi Bəhmənov Habil Xanoğlan oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək Cavabdeh 109 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 139 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh “Masallı Elektroniks” mağazasına müraciət edərək istehlak krediti müqaviləsi şərti olmaqla ona “Samsung A20S Red A207S 2019” markalı telefon verilməsini xahiş etmişdir. 13 noyabr 2019-cu il tarixli, 153 saylı kredit müqaviləsi üzrə illik 30 faiz olmaqla 8 ay müddətinə 399 manat dəyərində, 506 manat kredit məbləği ilə “Samsung A20S Red A207S 2019” markalı telefon verilmişdir. Cavabdehə kredit müqaviləsi üzrə aylıq 57 manat kredit öhdəliklərini yerinə yetirilməsi vəzifəsi izah edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, nəticədə 109 manat borcu yaranmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı edilmiş xəbərdarlıqlara baxmayaraq müqavilə üzrə borcun ödənilməsindən yayınmışdır. Odur ki, həmin məbləğin cavabdehdən tutulması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası MPM-in 284-5.2.-ci maddəsinə əsasən iddiaya qarşı əsaslandırılmış etirazlarını göndərmək barədə məlumat verilməsinə baxmayaraq, iddaya qarşı etirazlarını məhkəməyə göndərməmişlər. İşdə olan 13 noyabr 2019-cu il tarixli, 153 saylı istehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə illik 30 faiz olmaqla 8 ay müddətinə 399 manat dəyərində, 506 manat kredit məbləği ilə “Samsung A20S Red A207S 2019” markalı telefon verilmişdir. İşdə olan kredit ödənişi hesabatından aydın olur ki, Cavabdehnun iddiaçıya 109 manat əsas borcu qalmışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ay 57 manat olmaqla 8 ay müddətinə borcunu ödəməlidir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. İşdə olan bildirişdən görünür ki, İddiaçı Cavabdeh borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə təqdim edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə mübahisəli hal yoxdur, tərəflərin izahatlarının alınmasına zərurət yoxdur, iddia əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materillarında olan və tədqiq edilmiş mötəbər, təkzibolunmaz sübutlarla təsdiq olunur ki, Cavabdeh “Masallı Elektroniks” mağazasına müraciət edərək istehlak krediti müqaviləsi şərti olmaqla ona “Samsung A20S Red A207S 2019” markalı telefon verilməsini xahiş etmişdir. 13 noyabr 2019-cu il tarixli, 153 saylı kredit müqaviləsi üzrə illik 30 faiz olmaqla 8 ay müddətinə 399 manat dəyərində, 506 manat kredit məbləği ilə “Samsung A20S Red A207S 2019” markalı telefon verilmişdir. Cavabdehə kredit müqaviləsi üzrə aylıq 57 manat kredit öhdəliklərini yerinə yetirilməsi vəzifəsi izah edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında və lazımınca icra etməmiş, nəticədə 109 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1.-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3.-cü maddəsinə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233, 284.1-285-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 109 manat borc və dövlət rüsumuna ödənilmiş 30 manat, cəmi 139 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Hakim: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(050)-322/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-322/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver